Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-236/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 8(076)-715/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2233/2024-014 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 21000 (iyirmi bir min) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198 (bir yüz doxsan səkkiz) manat alınıb tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Şəmkir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-715/2025 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan xx.xx.1988ci il tarixdə anadan olmuş Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması, qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-715/2025 saylı qərardadının ləğv olunmasını və təqdimata onun iştirakı ilə baxılmasını xahiş etmişdir Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-715/2025 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra borclunun nümayəndəsi Vəkil nöqsanları aradan qaldırmaqla yenidən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin 8(076)-715/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərardadından şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-715/2025 saylı qərardadının ləğv olunmasını və təqdimata onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-715/2025 saylı qərardadı ilə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(076)-715/2025 saylı qərardadının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin 268.1 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, borclu şikayətində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-715/2025 saylı qərardadını xx.xx.2025-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. Həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-715/2025 saylı qərardadı ilə verilmiş şikayət Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Lakin, borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-715/2025 saylı qərardadından şikayət verməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-674/2025 saylı qərardaddan nöqsanları aradan qaldırmaqla yenidən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir ki, bununla da qərardaddan şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsində nəzərdə tutulmuş müddəti 1 gün ötürmüşdür. Mülki Prosessual Məcəllənin 268.1-ci madəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 8(076)-715/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-236/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-236/2025
03.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver