Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-28/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Tələbkar, nümayəndəsi Nümayəndə və Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadından Tələbkar nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Tələbkar cavabdehlər Borclu və X1 qarşı özbaşına inşa edilmiş ara hasarının sökülməsi və mənəvi ziyan tələbinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında cavabdeh X5 tərəfindən ünvan 2nvanında yaşayan iddiaçı Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla parallel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh Borclu vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir Bundan sonra Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ayaz Hüseynov ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-218/2022 nömrəli qətnaməsinin qət etdi hissəsinə izah verilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-448/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Tələbkar şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilərək qətnamənin ekspert rəyinə uyğun izah edilməsi barədə qərardad çıxarılmasını, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-151/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadının ləğv edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəyə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-218/2022 saylı qətnaməsinə izah verilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ərizənin təmin edilməsi və Şəmkir rayon Məhkəməsinin 2(076)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi, Şəmkir rayon Məhkəməsinin 2(076)- 218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticəvi hissəsi “ünvan 3 ünvanında cavabdeh (qarşılıqlı iddiaçı) Borclu tərəfindən ünvan 4 ünvanında yaşayan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar yaşadığı evin (texniki pasportda yaşayış evi kimi qeyd edilmiş 1 yaşayış otağının) pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülsün” kimi başa düşülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin qərardaddan narazı qalan Tələbkar nümayəndəsi Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilərək qətnamənin ekspert rəyinə uyğun izah edilməsi barədə qərardad çıxarılmasını, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, hər nə qədər əvvəllər təyin edilmiş ekspert rəyində sökülməsi nəzərdə tutulmuş daş hasarın neçə metr uzunluğunda olması qeyd edilmiş olsa da, həmin rəy nəzərə alınmadan qətnamə izah edilmişdir. Hesab edir ki, həmin qərardad ləğv edilməli və qətnaməyə ətraflı izah verilməli və sökülməsi nəzərdə tutulmuş daş hasarın 13 dekabr 2021-ci il tarixli 10/5261 nömrəli ekspert rəyində göstərilmiş ölçülərə uyğun olaraq sökülməli olması qeyd edilməlidir. Belə ki, 13 dekabr 2021-ci il tarixli 10/5261 nömrəli ekspert rəyində Tələbkar məxsus olan, Şəmkir şəhəri, M.Ə.Sabirküçəsiev 57 ünvanında yerləşən evin pəncərəsinin qarşısında 1.05 m aralı 4.2 m hündürlüyündə 10.5 m uzunluğunda mişar daşından hasar inşa edildiyi və həmin daş hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1-ci bəndinin tələblərinə uyğun inşa edilmədiyinin müəyyən edilməsi qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi nə 8(076)-448/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadında, nə də 8(076)-2/2024 saylı 09 yanvar 2024-cü il tarixli qərardadında həmin ekspert rəyinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Əgər həmin rəyə hüquqi qiymət verilərək məhkəmə iclasında ətraflı araşdırılmış olsaydı qətnaməyə daha aydın izah verilmiş olardı. Belə ki, həmin ekspert rəyində qanunsuz olaraq çəkilmiş hasarın uzunluğunun 10.5 metr olması qeyd edilmiş, icra vaxtı isə həmin hasarın cəmi 4 metr hissəsi sökülmüşdür. Belə olan halda isə sökülmüş 4 metrlik hasarla, rəydə qeyd edilmiş 10.5 metrlik hasarın arasında qalan 6.5 metrlik fərqin necə olması barədə sual yaranır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə səthi yanaşmış və ətralı araşdırma aparmadan qətnamənin izah edilməsi zamanı rəyi vermiş eksperti dəvət etməmişdir. Hətta məhkəmə özü mübahisəli əraziyə baxış keçirmişdir. Hesab edir ki, əvvəllər rəy vermiş ekspert rəyə aydınlıq vermək üçün dəvət edilərsə, iş üçün daha ədalətli nəticəyə gəlmək olar. Bir daha qeyd edir ki, əgər qətnamənin nəticə hissəsində olan anlaşılmazlıqla ekspert rəyində olan anlaşılmazlıq həmin ekspertizanın keçirilməsində iştirak etmiş və rəyi tərtib etmiş ekpsert məhkəmə iclasına çağırılaraq ondan rəydə qeyd edilmiş 10.5 metr uzunluğunda çəkilmiş qanunsuz hasarın hansı hissədən başlayıb, hansı hissədə bitməsinə aydınlıq gətirilmiş olsaydı mübahisə öz həllini tapmış olardı. Lakin, birinci insitansiya məhkəməsi hazırki mübahisə üzrə izahı tələb olunan qətnamənin daha qanuni izah yolu olan rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsini təmin etmədən formal mülahizələrlə əsassız nəticəyə gəlmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-2/2024 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(104)- 28/2024 nömrəli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)- 2/2024 nömrəli qərardadından Tələbkar nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən Tələbkar şikayətin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək və tələbkarın göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ayaz Hüseynov izahatında göstərmişdir ki, o, Şəmkir Rayon İcra və Probasiya şöbəsində icra məmuru işləyir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında cavabdeh X5 tərəfindən ünvan 2nvanında yaşayan iddiaçı Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla parallel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh Borclu vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, tələbkarın müraciətinə görə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-218/2022 nömrəli qətnaməsinin qət etdi hissəsinə izah verilməsini xahiş etmişdir. İş üzrə borclular Borclu və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında”Azərbaycan Respublikası Qanunun icra sənədlərindən bəhs edən 6.16-cı maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədləri hesab olunur. Həmin Qanunun 43.1.1-ci maddəsində icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-in 230-cu maddəsində göstərilmişdir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. İcra məmurunun ərizəsinin hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. İş materialları ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 nömrəli 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə, ünvan 6 ünvanında cavabdeh (qarşılıqlı iddiaçı) Borclu tərəfindən ünvan 2nvanında yaşayan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda icra məmuru ərizəsində qeyd etmişdir ki, məhkəmə qətnaməsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülməsi qət edilmiş, borclu tərəfindən Tələbkar yaşayış otağında olan 2 pəncərənin qarşısındakı hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) sökülmüşdür. Tələbkar şöbəyə müraciət edərək borclu tərəfindən qərarın tam şəkildə icra edilmədiyini bildirmiş və onun yaşadığı evin 4 (dörd) pəncərəsinin (2 yaşayış otağının pəncərəsi, 2 çardağa aid pəncərə) qarşısının açılmalı olduğunu bildirdiyindən qətnamənin izah olunmasına zərurət yarandığını qeyd etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-218/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı Tələbkar qanuni istifadəsində olan fərdi yaşayış evindən cavabdeh Borclu hüquqazidd hərəkətləri səbəbindən təyinatına uyğun şəkildə istifadə etmək hüququndan məhrum olmuşdur. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evində təbii işığın düşməsi, habelə otağın havalandırılması məqsədilə pəncərə nəzərdə tutulmuş, lakin cavabdeh həmin pəncərənin qarşısını qanunsuz tutmaqla iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadə etmək hüququnu pozmuşdur. Qeyd olunan səbəblərdən də Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülməsi qət edilmişdir Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim, (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, qətnaməyə izah verilməsinə qətnamə aydın və dəqiq olmadığı, həmçinin ziddiyyətli olduğu hallarda, yalnız onun məzmununu dəyişdirməmək şərti ilə yol verilir. Bu o deməkdir ki, qətnamənin və ya icra sənədinin izahı, heç bir halda işə mahiyyəti üzrə baxılarkən araşdırılmamış tələbləri əhatə edə bilməz. Ona görə də qətnaməyə verilən izah, bir qayda olaraq qətnamənin müddəalarının şərhindən ibarət olur və əlavə subutların araşdırılması ilə müşayiət olunmamalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-218/2022 nömrəli qətnaməsində iddiaçı Tələbkar fərdi yaşayış evinin (çardaq da daxil olmaqla) qarşısında olan daş hasarın sökülməsi deyil, yalnız evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materialları və qətnamədən də müəyyən olunur ki, pəncərənin qarşısında mişar daşından inşa olunmuş hasarın pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi sökülməsi fərdi yaşayış evinə təbii işığın düşməsi, habelə otağın havalandırılması məqsədilə olmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırda Şəmkir Rayon İcra və Probasiya Şöbəsi çardaqda olan 2 pəncərənin qarşısındaki borclunun inşa etdirdiyi hasarın məhkəmə qətnaməsində nəzərdə tutulub tutulmaması məsələsinə izah verilməsini xahiş etmişdir. Hazırki halda məhkəmə qətnamə qəbul edərkən yalnız ünvan 3 ünvanında Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasarın təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi sökülməsini müəyyən etmiş, həmin qətnamədə nəzərdə tutulan ev texniki pasportda da yaşayış otağı kimi qeyd edilmiş otaqda yerləşən pəncərələri nəzərdə tutur. Belə ki, texniki pasportda yaşayış evi ayrıca, çardaq ayrıca qeyd edilmiş, qətnamədə isə yaşayış evində olan pəncərələrin sökülməsi qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, 2(076)- 218/2022 nömrəli mülki iş məhkəmə iclası zamanı tədqiq edilmiş, mülki işdə olan ekspert rəyində də “yaşayış otağına düşən təbii işığın qarşısını kəsməsi Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinin tələblərinə zidd olduğu” qeyd edilmişdir. (2(076)-218/2022 nömrəli mülki iş səhifə 66-67) Eyni zamanda məhkəmə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra texniki pasportda çardaq kimi nəzərdə tutulmuş hissə tələbkar tərəfindən aradan hasar çəkilməklə 2 hissəyə bölünmüş, məhkəmə qətnaməsində isə yalnız məhkəmə qətnaməsi çıxarılan zaman yaşayış otağı kimi istifadə olunan otağın havalandırılması məqsədi ilə olan pəncərələr nəzərdə tutulmuş, çardaqda olan 2 pəncərənin qarşısındaki borclunun inşa etdirdiyi hasar məhkəmə qətnaməsində nəzərdə tutulmamışdır. Əvvəlki apellyasiya baxışı zamanı qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsi mahiyyət etibarı ilə qətnaməyə izah verilməsindən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi həmin əsaslandırma ilə qətnaməyə əsasən hansı pəncərələrin qarşısında olan hasarın sökülməli olması nəticəsinə gəlmiş olsa da qərardadın nəticə hissəsində gəldiyi nəticəyə uyğun olaraq qətnaməyə izah verməsindən imtina etməsi anlaşılan olmamışdır. Halbuki, qərardadın əsaslandırıcı hissəsi ilə birinci instansiya məhkəməsi dolayısı ilə qətnaməyə izah vermiş hesab olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticə işin hallarına uyğun gəlməməklə, əsassız hesab olunur. Azərbaycan Respublikasınnın MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instaniyasının göstərişlərinə riayət edilmiş, məhkəmə tərəfindən mübahisəli obyektə yerli baxış keçirilmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-218/2022 saylı qətnaməsinə - “ ünvan 3 ünvanında cavabdeh (qarşılıqlı iddiaçı) Borclu tərəfindən ünvan 4 ünvanında yaşayan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar yaşadığı evin (texniki pasportda yaşayış evi kimi qeyd edilmiş 1 yaşayış otağının) pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülməsi” kimi izah verilmişdir. Göründüyü kimi, qətnamədə yaranmış ziddiyyətli məqamlar aradan qaldırılmış və bu barədə məhkəmə tərəfindən düzgün izah verilmişdir. Buna görə də məhkəmə kollegiyası tələbkarın şikayətinin dəlillərini əsaslı hesab etmir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasınnın MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli 8(076)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-28/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-28/2024
30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver