Məhkəmə qərarları › İş №8(104)-31/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-31/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-31/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-16/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 təqdimat verərək, göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu 2000 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə İcra Şöbəsinin icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlanılmış, qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə uyğun olaraq Borclu məcburi qaydada Bərdə rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-16/2024 saylı qərardadı ilə (hakim Fuad Babaşov) təqdimat təmin edilmiş, Bərdə rayon İcra Şöbəsinin icra məmuru X9 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatının təmin edilməsi, xx.xx.1977ci il tarixdə Bərdə rayonu, Gərənə kəndində doğulmuş, Bərdə rayon Mirzəxan Qaraqoyunlu Ə/D, Türkmən kəndində yaşayan və qeydiyyatda olan Borclu Bərdə rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi və qərardadın icrasının Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(021)-16/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə narazıdır.Birinci instansiya məhkəməsinin iclasında iştirakı təmin edilməmiş və bu səbəbdən də hüquqlarını müdafiə edə bilməmişdir.Hesab edir ki, tərtib olunmuş qərardad düzgün deyildir və ləğv olunmalıdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)- 16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1758/2019 nömrəli icra vərəqəsindən görünür ki, cavabdehlər X10 və X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(021)- 758/2018 nömrəli qətnaməsi ləğv edilməli, ilkin iddia üzrə iddiaçı Borclu cavabdehlər X11 və X4 qarşı ona məxsus ev əşyalarının və cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində tikilmiş tikililərə çəkilmiş xərcin naturada, yaxud onların dəyəri olan 16369 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddiası qismən təmin edilməli, dəyəri 500 manat olan 1 ədəd 24 kv-lıq kondisonerin (LG), dəyəri 720 manat olan 1 (Saratov), dəyəri 350 manat olan 1 ədəd 32 diaqanallı televizorun (Supra), dəyəri 600 manat ədəd 5 kq-lıq paltaryuyan maşının (LG), dəyəri 800 manat olan 1 ədəd iki qapılı soyuducunun dəyəri 480 manat olan 1 ədəd 3 metrlik mətbəx mebelinin, dəyəri 200 olan 1 divan 2 kreslo (Tülpan) dəstinin, dəyəri 250 manat olan 3 m x 2,50 m ölçüdə 1 ədəd manat olan 10 metr uzunluğunda tül pərdənin, dəyəri 150 manat olan 1 ədəd 5 lampalı çıl-çıraqın (lüstur), dəyəri 120 manat olan 1 ədəd şüşədən televizor altlığının, dəyəri 600 manat olan 1 ədəd servantın, dəyəri 650 manat olan 1 ədəd 3 qapılı şifonerin ümumi dəyəri olan 5420 manatın hissəsi ½ hissəsi 2710 manat, dəyəri 450 manat olan 6 m x 3,50 m ölçüdə 1 ədəd gəbə (Türkiyə istesalı), 160 manat dəyərində (birinin dəyəri 80 manat) 2 ədəd döşək, 100 manat dəyərində (birinin dəyəri 50 manat) 2 ədəd yorğan və 150 manat dəyərində (birinin dəyəri 30 manat) 5 ədəd yastıq, həmin əmlaklar naturada olmadıqda onların dəyəri və tikinti işlərinə xərclənmiş 7613 manatın ½ hissəsi 3806,50 manat ilkin iddia üzrə iddiaçı Borclu verilməli, ilkin iddia cavabdeh X5 aid, eləcə də qalan hissədə təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh Borclu 20000 manat alınaraq, qarşılıqlı iddia üzrə iddiaçı X4 verilməli, eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Borclu alınaraq X4 verilməli, qarşılıqlı iddia üzrə iddiaçı X3 iddiası, eləcɔdə qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Borclu, 50 manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(102) 7967/2019 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019cu il tarixli 2(104)-1758/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərardadın surətindən görünür ki, ərizəçi (borclu) Borclu Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1758/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurları X13, X7, hal şahidləri X17, X6 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1758/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı ailəni zəruri istifadədən artıq həbs qoyulub götürülə biləcək əmlak aşkar edilməmişdir. Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7, hal şahidləri X18 və X12 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, icra sənədi üzrə Borclu icra şöbəsində olarkən rəsmi-bildiriş, xəbərdarlıq qəbul etməkdən imtina etmiş, həmçinin izahat verməkdən boyun qaçırmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə borcluya dəfələrlə xəbərdarlıqlar edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. İş materialları ilə müəyyən olunur ki, borclunun məcburi gətirilməsi icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə о deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunduğundan, Borclu məcburi gətirilməsi üçün əsaslar mövcuddur və bu barədə Bərdə rayon İcra və Prosbasiya şöbəsinin icra məmuru X9 icra sənədi üzrə təqdimatı təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qeyd edilən maddənin 8.5ci bəndində isə göstərilmişdir ki, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Bu baxımdan, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq oluna bilər. Hazırkı iş üzrə isə, tələbin könüllü icrası barədə bildirişin və icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıqların borcluya təqdim edilməsi öz təsdiqini tapır. Belə olan halda, borclunun məcburi gətirilməsi barədə təqdimatın təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar