Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-36/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi və sədrlik edən) Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)- 3542/2017 saylı icra sənədi üzrə Borclu məxsus olan Bərdə şəhərində 0.0408 ha torpaq sahəsində yerləşən 2 otaqlı ümumi sahəsi 120 kv.m fərdi yaşayış evi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı (hakim Qamət Əbilov) ilə, təqdimatın təmin edilməsi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-3542/2017 saylı icra sənədi üzrə Borclu məxsus olan Bərdə şəhərində yerləşən 2 otaqlı ümumi sahəsi 120 kv.m sahəsi olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onun barəsində qərardadın qəbulu zamanı prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 8(021)-7/2024 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 saylı Qərarına əsasən Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı göstərilmişdir. Həmin Qərarın 1-ci bəndinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissəsləri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamamaq şərtilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin Qərarın şərhindən belə məlum olur ki, şəxsin mülkiyyətində bir ev vardırsa, tələb həmin evə yönəldilə bilməz. Onun mülkiyyətində yalnız ailə üzvlərinin yaşadığı bir ev mövcuddur. Belə olan halda, Bərdə Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 8(021)-7/2024 saylı qərardadı onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən ləğv edilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı şikayətin edilməməsi hissəsində ləğv edilməli, təqdimatın təmin olunmamasına dair yeni qərardad qəbul edilməlidir. Təqdimatın həllinin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası ilk növbədə təqdimatın verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamasi bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində hökmən icra olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi və Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsi). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında”Azərbaycan Respublikası qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-3542/2017 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin olunaraq, cavabdehlər Borclu, X3 və X4 6151.23 dollar əsas, 876.61 dollar faiz borcu, 5 dollar cərimə borcu olmaqla, cəmi 7032.84 dollar kredit borcunun ödəniş vaxtı manata olan məzənnəsi ilə tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlanılmış və həmin tarixdə Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilərək icranın könüllü təmin edilməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbin könüllü icra olunmayacağı halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Həmin icra sənədi üzrə boclu Borclu tərəfindən icra sənədi könüllü olaraq icra edilməmiş, bu səbəbdən icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti öyrənilmiş və “elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatı ilə edilmişdir ki, Bərdə şəhərində 0.0408 ha torpaq sahəsində yerləşən 2 otaqlı ümumi sahəsi 120 kv.m fərdi yaşayış evi aşkar olunmuşdur. Bundan sonra icra məmuru təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasının təmin olunması üçün həmin əmlaka həbs qoyulmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və satmaq yolu ilə əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. ”İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50-ci maddəsində göstərilir ki, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra məmurunun təqdimatının hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya hesab edir ki, borclu tərəfindən məhkəmə qətnaməsinin icrası könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə Borclu uzun müddət keçməsinə baxmayaraq icra vərəqəsini icra etmir. Bu da öz növbəsində qanuni və əsaslı olan məhkəmə qətnaməsinin icrasının xəyali xarakter almasına gətirib çıxarır. Lakin bu hallar mövcud olsa belə, icra sənədi üzrə tələbin icrası üçün Borclu məxsus Bərdə şəhərində 0.0408 ha torpaq sahəsində yerləşən 2 otaqlı ümumi sahəsi 120 kv.m fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına əsas vermir. Çünki, iş materialları ilə müəyyən edilir ki, həmin mənzil borclunun yeganə yaşayış evidir. Bundan əlavə, borlcuya məxsus digər Bərdə rayon Bəcirəvan kəndində 0,29 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132.50 kv.m olan fərdi yaşayış evi və Bərdə şəhər Tərtər yolunun cənub hissəsinə 0,0420 ha həyətyanı torpaq sahəsi vardır. Lakin, həmin əmlakların borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil (ev) olması müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəli əmlakın borclunun ailəsi ilə birlikdə sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edən yeganə əmlak olmasını nəzərə almamış və təqdimatı təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” xx.xx.2002-ci il tarixli, 089 nömrəli Qərarının 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə, evə və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) yönəldilməsinə yol verilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edilir ki, icra məmuru tərəfindən hazırki təqdimatla məhkəməyə müraciət edilərkən işin bu halı nəzərə alınmamış, eyni zamanda birinci instansiya məhkəməsi də həbs qoyulması tələb olunan evin borclunun yeganə yaşayış yeri olmasına diqqət yetirməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı şikayətin edilməməsi hissəsində ləğv edilməli, təqdimatın təmin olunmamasına dair yeni qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-7/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakının üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-36/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-36/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver