Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-46/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Borclu Süleymanov Elşad Əjdər oğlunun Bərdə Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(021)-2256/2018 nömrəli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə ərizəyə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadından borclu Süleymanov Elşad Əjdər oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Borclu Süleymanov Elşad Əjdər oğlu ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(021)-2256/2018 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra icraatına xitam verilməsindən imtina olunmasına dair icra məmuru Məhəmmədəli Qasımzadənin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan borclu Süleymanov Elşad Əjdər oğlu şikayət vermiş və Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə borclu Süleymanov Elşad Əjdər oğlunun ərizəsi təmin edilməsi; Borclu Süleymanov Elşad Əjdər oğlunun Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qasımzadə Məhəmmədəli Duman oğlunun Bərdə Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(021)-2256/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair hərəkətsizliyi qanunsuz hesab edilməsi qərara alınmışdır. Tələbkar Borclu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməsi və iş üzrə məhkəmə iclası 04 dekabr 2024-cü il tarixə, saat 10:00-a təyin edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu Süleymanov Elşad Əjdər oğlu şikayək verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadının giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə düzəliş edilərək Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərardadından Borclu nümayəndəsi Akifzadə Lalə Asif qızı tərəfindən verilmiş şikayət təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 nömrəli, 09 oktyabr 2024cü il tarixli qərardadı ləğv edilməsi; Süleymanov Elşad Əjdər oğlunun ərizəsi təmin edilməməsi; Borclu Süleymanov Elşad Əjdər oğlunun Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qasımzadə Məhəmmədəli Duman oğlunun Bərdə Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(021)-2256/2018 nömrəli icra sənədi üzrə icra məmurunun icra sənədinin icrasına xitam verilməməsinə dair hərəkətsizliyi qanuni hesab edilməsi qərara alınmışdır. Borclu Süleymanov Elşad Əjdər oğlu şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə Süleymanov Elşad Əjdər oğlunun Bərdə Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadından vermiş olduğu şikayət geri qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə Süleymanov Elşad Əjdər oğlunun Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadından vermiş olduğu şikayət geri qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadından Süleymanov Elşad Əjdər oğlu tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadının giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə düzəliş edilmişdir. Qərardaddan göründüyü kimi, buraxılmış yalnışlığı birinci instansiya məhkəməsi öz təşəbbüdü ilə aradan qaldırsada, lakin bu barədə tərəflərə lazımı qaydada məhkəmə bildirişi göndərilməmiş və onların iştirakı təmin olmadan buraxılmış yalnışlığın düzədilməsi məsələsinə baxılmışdır. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228.2. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli qərardadı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 8(021)- 479/2024 nömrəli qərardadında buraxılmış yalnışlığın düzədilməsi məsələsinə tərəflərin iştirakı ilə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Süleymanov Elşad Əjdər oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(021)-479/2024 nömrəli ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 8(021)-479/2024 nömrəli qərardadında buraxılmış yalnışlığın düzədilməsi məsələsinə tərəflərin iştirakı ilə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-46/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-46/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver