Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-47/2024 27.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, X1 icra sənədinin yenidən müvafiq indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, icra vərəqələrində tələb olunan pulun yenidən müvafiq indeksasiyasının olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)-2800/2016 nömrəli qətnaməsinə əsasən onun işlədiyi dövrdə istifadə etmədiyi 24 iş ili üçün məzuniyyət pulunun alınıb verilməsi ilə bağlı Bərdə rayon icra və probasiya şöbəsinə icra vərəqəsi daxil olmuşdur. İcra işi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X9 həvalə edilmişdir. Lakin icra məmuru icra vərəqəsindəki pulun hesablanmasında düzgün etmədiyi üçün məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 25 may 2016-ci il tarixli 2(021)-2800/2016 saylı icra sənədində X4 istifadə etmədiyi 24 iş ili üçün məzuniyyət və onun məbləği barədə izah verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 8(021)-340/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək onun istifadə etmədiyi 21 illik məzuniyyətin olması və həmin illər üzrə cəmi 1083,18 manat pul hesablanması nəzərə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(104)-26/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 8(021)-340/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli və 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş və Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)- 2800/2016 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Bərdə Rayon Məhkəməsinin 25 may 2016- ci il tarixli 2(021)-2793.2800,2807.2835/2016 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi təmin edilməmişdir. Daha sonra o Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 8(021)-305/2023 nömrəli qərardadından şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 8(021)-305/2023 nömrəli qərardadına əsasən şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 17 iyul 2023- cü il tarixli, 8(104)-103/2023 nömrəli qərardadına əsasən Bərdə rayon icra və probasiya şöbəsinin Bərdə Rayon məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)-2800/2016 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəyə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadından onun tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadının tam, 19 iyun 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadının isə şikayətin təmin edilməməsi hissədə ləğv edilməsi, Bərdə Rayon məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)- 2800/2016 nömrəli qətnaməsinə izah verilməsi barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Sahil Rzayevin ərizəsinə yenidən baxılması üçün işin məhkəməyə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadı ilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-ci il tarixli 2(021)- 2793,2800,2807,2835/2016 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi təmin edilərək, X4 istifadə etmədiyi 24 iş ili üçün məzuniyyətinin olması və onun məbləğinin 1203.54 manat olması müəyyən edilmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)- 305/2023 nömrəli qərardadı ilə X1 Bərdə Rayon Məhkəməsinin 8(021)- 340/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(104)-141/2023 saylı qərardadı ilə vermiş olduğu şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 8(021)-340/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-ci il tarixli, 2(021)-2800/2016 saylı icra sənədində X4 istifadə etmədiyi 24 iş ili üçün məzuniyyət və onun məbləği barədə ərizəsi təmin edilməmişdir. Hazırda problemi 24 iş ili üçün istifadə etmədiyi məzuniyyət pulunun düzgün hesablanmamasıdır. Belə ki, 2014, 2015 və 2016-cı ilin aprel ayına kimi olan istifadə edilməmiş məzuniyyət məbləği cəmi 120.36 manat hesablanmış, MTİS1 tərəfindən həmin məbləğ hesablanaraq 1203.54 manat olmuşdur. Məzuniyyət pulu düzgün hesablanmadığı üçün yenidən pulun müvafiq indeksasiyadan keçirilməsini istəyir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(104)-141/2023 saylı qərardadından hakim tutulmalı pul məbləğinin müvafiq indeksasiyasının keçirilməsi üçün məhkəmə müraciət etmək hüququmun olduğunu mənə izah etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) X1 icra sənədindəki tələb olunan pulun yenidən müvafiq indeksasiya olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müəyyən olunan məbləğdə kompensasiya almamışdır. Müvafiq iş ilinin (illərinin məzuniyyətində istifadə etməmiş işçi ilə bu məcəllənin 70-ci maddəsinin “a” və “b”,”c”) bəndlərinə nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdən çıxma tarixi məzuniyyətindəki son günü hesab edilir. Bərdə Mənzil Təmir İstismar Sahəsində 1987-ci ildən 65 nömrəli əmrlə işə qəbul olunmuş və uzun zaman pasportcu vəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə, yəni 1987-ci ildən 2022-ci ilədək müddətdə məzuniyyətə çıxmamış və nəticədə istifadə etmədiyi 24 illərin məzuniyyət pulunu almamışdır. Onun məzuniyyət pulunun 24 ilin hesablanıb verilməsinə baxmayaraq icra sənədləri 21 illik məzuniyyətin olmasını və həmin illər üzrə cəmi 1083,18 manat pul hesablanması nəzərə almışdır. Məzuniyyət pulu yanlış olaraq 21 il müddətinə hesablanmaqdan başqa əlavə olaraq keçmiş əməkhaqqı ilə hesablanmışdır. Halbuki, onun məzuniyyət pulları 24 il müddətinə ən son əməkhaqqı ilə hesablanmalı və ona verilməli idi. Bununla bağlı Bərdə Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində işi olmuş və hər birində qanunsuz qərarlar qəbul olunmuşdur. Ən son isə şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 8(104)-141/2023 saylı qərardadından hakim tutulmalı pul məbləğinin müvafiq indeksasiyasının keçirilməsi üçün məhkəməyə müraciət etmək hüququ olduğunu ona izah etmişdir. Bunun üçün də ərizə ilə məhkəməyə müraciət edərək icra vərəqələrindəki tələb olunan pulun müvafiq indeksasiyasının olunmasına dair qərar qəbul edilməsini istəmişdir. Lakin məhkəmə ərizəsini rədd etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 17 aprel 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, X1 icra sənədinin indeksasiya olunması barədə ərizəsinə baxılıb yenidən hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilə Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Sahil Rzayevin X1 istifadə etmədiyi 24 iş ilinə görə məzuniyyət və onun məbləğinə izah verilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin hakimi Qamət Əbilovun sədrliyi ilə baxılaraq məhkəmənin xx.xx.2023-cü il tarixli 8(021)-305/2023 saylı qərardadı ilə ərizəyə izah verilərək həmin məbləğin 1203,54 manat olması müəyyən edilsə də, tələbkarın verdiyi şikayətə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-141/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək Bərdə rayon Məhkəməsinin qərardadı ləğv edilmiş və məzuniyyət məbləğinə izah verilməsinə dair icra məmurunun ərizəsi təmin edilməmişdir. Tələbkara istifadə etmədiyi 24 iş ilinə görə məzuniyyət pulunun hesablanıb tələbkara ödənilməsi icra sənədi üzrə borclu Bərdə Mənzil Təmir İstismar Sahəsinin öhdəliyi olduğundan və hazırda konkret məbləğ məhkəmə tərəfindən müəyyən edilmədiyindən və bilinmədiyindən bilinməyən məbləğin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün deyil və buna görə hazırkı ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. İndeksasiya anlayışı «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin indeksləşdirilməsi haqqında» 17 iyun 1992-ci il tarixli 174 saylı Azərbaycan Respublikası Qanununda verilmişdir. Həmin Qanunun 1-ci maddəsində deyilir ki, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda verilən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada MPM-nin 232-ci maddəsində göstərilən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. Qanunun bu müddəası qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin qətnamənin icrası zamanı baş vermiş və ya davam edən inflyasiyaya görə indeksasiyasının aparılmasını deyil, məhkəmə tərəfindən indeksasiya haqqında məsələyə qətnamənin icrası zamanı baxılmasını nəzərdə tutur. MPM-nin 232-ci maddəsində göstərilən “qətnamənin icrası zamanı” ifadəsi həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan qətnamənin tam icra olunmasına qədər olan müddəti ehtiva edir. Həmçinin MPM-nin qeyd olunan maddəsi yalnız məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiyasının mümkünlüyünü nəzərdə tutur. Diqqətə alınmalıdır ki, məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca normativ-hüquqi akt qəbul olunmadığına görə «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 sentyabr 1992-ci il tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş «İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodik təlimat» MPM-nin 13.4-cü maddəsinə uyğun olaraq adıçəkilən Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş indeksasiya məsələsinin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir. İndeksasiya haqqında məsələyə baxılarkən məhkəmə indeksasiyasnın tətbiqinin mümkünlüyünü müəyyənləşdirmək üçün prosessual qanunvericiliyin ona verdiyi imkanlardan istifadə etməklə məsələnin həlli üçün zəruri sənədləri almalı, rəy verməkdən ötrü müvafiq dövlət orqanlarını, o cümlədən mütəxəssisləri işə cəlb etməli, habelə lazım gəldikdə ekspertiza təyin etməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərinə uyğun araşdırma aparmadan hazırkı mübahisələndirilən qərardadı qəbul etmişdir. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunmalı halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və MPM-nin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və bu qərarda göstərilən qaydada ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və AMPM-nin 263-264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 17 aprel 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. X1 icra sənədinin indeksasiya olunması barədə ərizəsinə baxılıb yenidən hüquqi qiymət verilməsi üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-47/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-47/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver