Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-48/2023 10.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadından Tələbkar MMC-in nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-6960/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu məxsus “Mercedes BENZ SPRİNTER” yük markalı, **-CC-*** dövlət qeydiyyatlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-6960/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən verilmiş təqdimat rədd edilmişdir. Tələbkar MMC-in nümayəndəsi X1 həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar MMC ilə Borclu arasında abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ona nömrə və İphone 7 markalı mobil telefonu 17 ay müddətinə ödəniş etmək şərti ilə verilmişdir. Abunəçi əldə etdiyi cihaz müqabilində 12 ay ərzində hər ay ƏDV daxil 189 manat ödəməli olduğu halda, ödəməmiş və aylıq borcdan başqa cihazın dəyəri də, yəni ƏDV daxil olmaqla abunəçinin cəmi borcu 1291.93 manat təşkil etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyevin təqdimatına yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 6960/2017 saylı icra sənədinə əsasən Borclu 50 682-77-52 nömrəli mobil telefondan istifadəyə görə 1291.93 (min iki yüz doxsan bir manat doxsan üç qəpik) manat məbləğində xidmət haqqı və 20 manat dövlət rüsumunun alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 6960/2017 saylı icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6960/2017 saylı icra sənədinə əsasən Borclu 50 682-77-52 saylı telefon nömrəsindən istifadəyə görə 1291.93 manat məbləğində abunə haqqı və 20 manat dövlət rüsumunun alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərar ilə icraata başlanmışdır. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, işin materiallarına icra məmuru tərəfindən icra sənədinin üzrə Borclu ünvanlanmış tələbin könüllü icrası haqqında bildiriş əlavə edilsə də, həmin sənədin həqiqətən göndərilməsini təsdiq edən (reyestr, xəbərnamə və.s ) və borclu tərəfindən qəbul edilməsi, ümumiyyətlə borclunun icra hərəkətlərindən məlumatlı olması, həmçinin həmin tarixdən sonra icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra Şöbəsinə çağırılması təqdimata əlavə edilmiş sənədlərdən görülmür. Bununla da, icra məmurunun icra sənədinin icrası ilə bağlı qanunda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməsi öz təsdiqini tapmamışdır. Bu baxımdan hazırki təqdimat əsaslandırılmamış, icra məmuru borclunu icra sənədinin icrası ilə bağlı məlumatlandırılmasını, bu barədə çağırışlar göndərməsini sübuta yetirməmişdir. Buna görə də, təqdimat hazırki vəziyyətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6960/2017 saylı icra sənədinə əsasən, Borclu Tələbkar MMC-nə 1291.93 manat məbləğində borcu mövcuddur ki, həmin borc üzrə ötən müddətdə heç bir ödəniş edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılarkən, icra idarəsindən icra işi tələb edilib icra işinin vəziyyəti yoxlanılmamış və icra məmuru tərəfindən icra sənədinin icrası üzrə hansı tədbirlərin görülməsi, həmçinin borclunun icra sənədini icra etməməsi səbəbləri araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyevin təqdimatına yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə təqdimata yenidən baxarkən yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-90/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyevin təqdimatına yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-48/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-48/2023
10.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver