Məhkəmə qərarları › İş №8(104)-48/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-48/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-48/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 8(042)-28/2025 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: X2 xx.xx.2021-ci il doğum tarixli X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-604/2022 saylı qətnaməsi ilə Maraqlı şəxs onun xeyrinə bir uşaq üçün tutulan 150 manat alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.615 misli həddində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-604/2022 saylı qətnaməsi ilə onunla Maraqlı şəxs arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş uşaqları xx.xx.2021-ci il doğum tarixli X6 onun yanında saxlanılmış, uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat alimentin cavabdeh Maraqlı şəxs alınaraq, ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Belə ki, məhkəmə tərəfindən alimentin təyin edildiyi vaxt ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. 2025-ci il üçün isə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 8(042)- 28/2025 saylı qərardadı ilə (hakim F.Mirzəquliyev) ərizənin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il doğum tarixli X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində alimentin alınaraq, X4 verilməsi qərara alınmışdır. Maraqlı şəxs həmin qərərdadından şikayət verərək qərardadın qanunsuz və əsasız olduğu üçün ləğv edilməsi və ərizəçinin müraciətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 8(042)-28/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Maraqlı şəxs şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət elektron qaydada imzalanmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, maraqlı şəxs Qasımov X7 Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 8(042)-28/2025 saylı qərardadından şikayət verərkən həmin qərardadı gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron qaydada imzalamamış, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPMin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 8(042)- 28/2025 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 8(042)-28/2025 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar