Məhkəmə qərarları › İş №8(104)-51/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-51/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-51/2024 07.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(076)-4027/2017 nömrəli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadından Borclu tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(076)-4027/2017 nömrəli icra sənədinə əsasən, Borclu 6700 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi icra olunması üçün Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********97-06301 reyestr nömrəli (torpağın ümumi sahəsi 0.0010 ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(076)-4027/2017 nömrəli icra sənədinə əsasən Borclu 6700 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi 29 noyabr 2017-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular verilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli **********97-06301 reyestr nömrəli (torpağın ümumi sahəsi 0.0010 ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binası vardır. Hazırda icra sənədi üzrə borc 6730 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadı ilə (hakim Şəfəq Məmmədova) təqdimat təmin edilərək, Borclu məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********97-06301 reyestr nömrəli (torpağın ümumi 0.0010 ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Məhkəmə iclası barədə məlumat alsaydı, işə baxılmasında iştirak edərək lazımı sənədləri məhkəməyə təqdim edərdi. Həmçinin barəsində olan məhkəmə qətnaməsi barədə məlumatlar və həmin məhkəmə qətnaməsini mübahisələndirərdi. Çünki qeyd olunan qətnamə barədə məlumatı yoxdur. Həmin qətnamə onun iştirakı olmadan qəbul olunmuş və məlumat üçün ünvanına göndərilməmişdir. Bundan başqa, üzərinə həbs qoyulmuş qeyri-yaşayış binasını birgə nikah dövründə əldə etdiyindən, həmin əmlakın ½ hissəsi arvadı X1 məxsusdur. Bu səbəbdən qərardaddan narazıdır və ləğv olunmasını istəyir. Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 13 fevral 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 13 may 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, təqdimat qismən təmin edilməli, Borclu məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********97-06301 reyestr nömrəli (torpağın ümumi 0.0010 ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Belə ki, işə əlavə olunmuş “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılan Şəmkir Rayon Məhkəməsinin 2(076)-4027/2017 nömrəli, xx.xx.2017-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə Borclu təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən çıxarışından görünür ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********97-06301 reyestr nömrəli (torpağın ümumi sahəsi 0.0010ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binası Borclu məxsusdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(076)-4027/2017 nömrəli icra sənədinə əsasən, Borclu 6700 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi icra olunması üçün Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tələbi könüllü icra etməmişdir. Ona görə də icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən məhkəmə qətnaməsinin icrası qanunla müəyyən edilmiş müddətdə könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə borclu 6 ildən artıq müddət keçməsinə baxmayaraq icra vərəqəsini icra etmir. Bu da öz növbəsində qanuni və əsaslı olan məhkəmə qətnaməsinin icrasının xəyali xarakter almasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Borclunun şikayətində “üzərinə həbs qoyulmuş əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması” barədə göstərdikləri təqdimatın təmin edilməməsinə əsas vermir. Çünki, bu barədə məhkəməyə ümumiyyətlə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməməsinə görə borclunun əmlakının üzərinə həbs qoyulması onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olar. Çünki, əmlakın üzərinə həbs qoyulması borclunun mülkiyyətində olan əmlaka dair sahiblik və istifadə hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnər. Kollegiya hesab edir ki, hazırkı mərhələdə borcluya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********97-06301 reyestr nömrəli (torpağın ümumi 0.0010 ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan edilməklə borclunun sözügedən əmlaka dair sərəncam hüququnun məhdudlaşdırılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 13 may 2024-cü il tarixli 8(076)-85/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Təqdimat qismən təmin edilsin. Borclu məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********97-06301 reyestr nömrəli (torpağın ümumi 0.0010 ha, əmlakın ümumi sahəsi 100 kv.m) qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə qadağa qoyulsun. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar