Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-55/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(076)-153/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Borclu qarşı alimentin indeksasiya edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə Məhkəməsinə müraciət edərək cavabdehdən 09 sentyabr 2009-cu il təvəllüdlü Cəlilova Səma Elvin qızının saxlanılması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(076)-1046/2021 saylı qətnaməsi ilə ayda 140 manat kəsilmiş alimentin 2025-ci ilin minimum əmək haqql nəzərə alınma indeksasiya barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(076)-153/2025 nömrəli ərizə təmin edilərək 09 sentyabr 2009-cu il təvəllüdlü Cəlilova Səma Elvin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(076)-1046/2021 saylı qətnaməsi ilə ayda 140 manat məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 çisli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. Şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Borclu “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış kabnet vastəsilə verdiyi şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, borclu şikayətində işin hallarını qeyd etmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, habelə istinad etdiyi konkret fakt və halların pozulmasının nədən ibarət olmasını isə şikayətdə göstərməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayəti qeyri-mümkün hesab edilməli və və şikayət geri qaytarılması üçün işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(076)-153/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-55/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-55/2025
09.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver