Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-57/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(021)-55/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahru Nağıyeva təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan OPEL ASTRA minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı və VAZ 21060 minik markalı **-BE- *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimatdan görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)- 1017/2022 saylı icra sənədi üzrə Borclu 8322 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar Bank Respublika ASC-nin xeyrinə ödənilməlidir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Borclu məxsus olan OPEL ASTRA minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı və VAZ 21060 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Bərdə Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(021)-55/2024 nömrəli qərardadı ilə (hakim Qamət Əbilov) təqdimat təmin edilmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)- 1017/2022 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus OPEL ASTRA minik markalı 02- BK-984 dövlət qeydiyyat nişanlı və VAZ 21060 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qət edilmişdir. Borclu həmin qərardaddan apellyasiya şikayəti verməklə, eyni zamanda prossesual müddətin bərpasına dair ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(021)-55/2024 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(021)-55/2024 nömrəli qərardadının qəbul edilməsindən xəbəri olmamışdır. Həmin qərardadı 01 may 2024-cü il tarixdə almışdır. Bu səbəbdən də, hesab edir ki, buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmalı və apelyasiya şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-55/2024 saylı qərardadı ilə, ərizə təmin edilmiş, qərardaddan şikayət verilməsi üçün müddət ötürülməmiş hesab olunmuş, Bərdə Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(021)-55/2024 nömrəli qərardadının veilmiş şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(021)-55/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Təqdimata əlavə edilmiş: Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 saylı icra sənədindən görünür ki, cavabdehlər X1, Borclu və X2 müştərək qaydada 8906.03 manat əsas kredit borcu və 55.90 manat faiz borcu olmaqla, cəmi 8961.93 manat borc və 109.62 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Bank Respublika ASC-yə ödənilməlidir. Elektron çıxarışdan görünür ki, Borclu mülkiyyətində istehsal ili 1999-cu il olan OPEL ASTRA minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı və istehsal ili 1998-ci il olan VAZ 21060 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillər olduğu müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Borclu haqqında məlumatlara dair şəxsi kartoçkadan görünür ki, Borclu adına OPEL ASTRA minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı və VAZ 21060 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Borclu icra sənədini icra etmədiyindən və icra sənədi üzrə borcu yaranmışdır. Odur ki, məcburi icra tədbirləri kimi tələbin borclunun əmlaklarına yönəldilməsi və əmlakları üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, borclu icra sənədini icra etmədiyindən və icra sənədi üzrə borc yarandığından, eləcə də, borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak olduğundan, Bərdə rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi... 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclu şikayətində irəli sürdüyü dəlillər bu iş üzrə qəbul edilmiş qərardadın ləğv edilməsinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(021)-55/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(021)-55/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-57/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-57/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver