Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-61/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 8(076)-256/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadı ilə (hakim Z.Allahyyarov) təqdimat təmin edilərək, ünvan 1 ünvanında yaşayan Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərardadın icrasının Gədəbəy Rayon Polis Şöbəsinə tapşırılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadından narazı qalan Borclu şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadı ilə şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bundan sonra Borclu Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(076)- 256/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən mülki prosessual qanunvericiliklə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, Şəmkir Rayon Məhhkəməsinin 8(076)-256/2024 saylı iş üzrə 16 may 2024-cü il tarixli qərardadı ona xx.xx.2024-cü ildə rəsmi olaraq Gədəbəy şəhərində poçtla təqdim edilmişdir və onun tərəfindn şikayət xx.xx.2024-cü ildə poçt orqanına verilmişdir. Məhhkəmənin müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadından verilmiş şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Lakin, buna baxmayaraq birinci instansiya məhkəməsi şikayətə baxaraq qərardad qəbul etmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 8(076)-256/2024 saylı qərardadından verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayəti yalnız qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarmış, şikayətin elektron kabinet vasitəsilə verilməməsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-cimaddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 8(076)-256/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddələsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxaraq şikayəti təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən və MPM-nin 10-1, 263-264, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 8(076)-256/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-61/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-61/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver