Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-62/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(040)-44/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin Borclu məxsus “Vaz 21723” minik markalı “**-KL-***” dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə (Həsən Qəniyev) Göygöl Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatının təmin edilməsi, tələbin Borclu məxsus “Vaz 21723 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyularaq avtomobilin hər hansı qaydada özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadından narazı qalan maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət verərək, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Borclu ilə Gəncə şəhərində yerləşən maşın bazarında tanış olmuşlar. Borclu özünə məxsus “Vaz 21723” minik markalı “**-KL- ***” dövlət qeydiyyat nişanlı avtomobili satışa çıxarmış, o da özünə avtomobil almaq məqsədində olduğuna görə Borclu məxsus avtomobilin qiyməti ilə razılaşdıqdan sonra belə qərara gəlmişlər ki, borclu ona bir il müddətinə etibarnamə əsasında avtomobili etibar edir və o da, həmin müddətdə avtomobili mülkiyyətinə keçirməlidir. Radilə avtomobilə görə 6800 (altı min səkkiz yüz) manat məbləğində pul verəcəyinə razılıq vermiş və notariusa gedərək razılıqlarını rəsmiləşdirmişlər. 20 yanvar 2024-cü il tarixdə onlar bərabər notariusa getmişlər və həmin tarixli etibarnaməyə əsasən borclu “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətlərini ƏN-İX№232842 nömrəli etibarnamə ilə ona etibar etmişdir. Həmin etibarnamə əsasında ona verilmiş sərəncam hüququndan istifadə etməmişdir, bunun da səbəbi ondan ibarət olmuşdur ki, anası xərçəng xəstəsidir və bir ildən çoxdur ki, anasının müalicəsi ilə əlaqədar Bakı şəhərində yerləşən Onkoloji xəstəliklərin müalicəsi ilə əlaqədar xəstəxanalarda olmuşdur. Bu səbəbdən də, avtomobili mülkiyyətinə keçirə bilməmişdir. Avtomobil 2013-cü il buraxılışlıdır və avtomobili aldıqdan indiyə qədər 4000 (dörd min) manatadək xərc çəkmişdir. Borclu barəsində Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsinin olması barədə heç bir məlumatı olmamış və Radil də ona bu barədə məlumat verməmişdir. Faktiki olaraq onların arasında etibarnamə əqdi olmasına baxmayaraq, o, vicdanlı alıcı kimi 6800 (altı min səkkiz yüz) manat pul ödəyib avtomobili almışdır. Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı onun maraqlarına toxunur, belə ki, avtomobil onun tərəfindən borcludan alınmışdır. Avtomobilin üzərinə həbs qoyulması Radilin mövcud olan borcuna adekvat deyil. Belə ki, 13 fevral 2024-cü il tarixli 2(040)- 44/2024 saylı qətnaməsi ilə ondan alimentin tutulması qət edilmiş və onun yəqin ki, 2000 (iki min) manat həddində aliment borcu yaranmış olar və o da, aliment borcunu ödəməlidir. Hesab edir ki, icra məmuru qanunvericiliyin tələbinə görə məcburi icra tədbirlərini tam həyata keçirmədən tələskənliyə yol verərək avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət etmişdir. Qərardad borcluya münasibətdə çıxarılmasına baxmayaraq, onun və onkoloji xəstə olan anasının səhhətinə pis təsir edəcəkdir. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-cimaddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddələsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxaraq şikayəti təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-62/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-62/2024
28.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver