Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-63/2024 17.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi) Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(066)-94/2024 nömrəli qərardadından Tələbkar ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi Borclu ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı qərardadına əsasən onun Borclu mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin və məhdudiyyətin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(066)-94/2024 nömrəli qərardadı ilə (hakim Mübariz Məmmədov), ərizənin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı qərardadı qismən, “Ford Fusion” minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissədə, ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomiobilinin üzərinə qoyulmuş həbs və məhdudiyyətin götürülməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Tələbkar ASC-nin nümayəndəsi X3 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 8(066)-198/2023 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Honda İnsight” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoulmuşdur. Lakin qərardadın icrası istiqamətində borclu tərəfindən heç bir addım atılmamış əksinə bu günə qədər Borclu avtomobilləri gizlədərək qərardadın icrasından yayınmışdır. Bundan başqa məhkəmənin əsaslandırılması ki, borclu tərəfindən borc məbləği qismən ödənilmişdir. Şikayətçi isə bu hissədə məhkəmə ilə razı deyildir ki, istər avtomobillərin üzərinə həbs istərsədə Borclu rəsmi gəlirindən borc məbləğinə tutulmaların aparılması yalnız İcra haqqında Qanunun müvafiq maddəsinə uyğun olaraq məcburi icra tədbirlərinin tətbiqinin nəticəsdir. Bu günə qalıq borc 19044,99 manat təşkil edir, hesab etsək ki, aylıq olaraq Borclu rəsmi gəlirlərindən hər aya borca 1000 manat məbləğində pul silinəcək bu isə vaxt olaraq 19 ay çəkəcəkdir. Belə olan halda tələbkar olaraq şikayətçi tərəfin maraqlarının kobud şəkildə pozulması deməkdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(066)-94/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(066)-94/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında”Azərbaycan Respublikası Qanunun icra sənədlərindən bəhs edən 6.16-cı maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədləri hesab olunur. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və satmaq yolu ilə əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50.2-ci maddəsində göstərilir ki, Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra məmurunun təqdimatının hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materialları ilə müəyyən edilir ki, Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə zamin qismində iştirak etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borc və ödənilmiş 204,53 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi ücra üzrə Borclu tərəfindən 20206,77 manat ödəniş edilmiş, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Honda İnsight” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Borclu icra sənədi üzrə borcun çox hissəsini özü tək olaraq ödəmiş, habelə onun əmək haqqısının yarısı yuxarıda qeyd olunan icra sənədi üzrə tutulur. Həmçinin, ona məxsus olan “Honda İnsight” minik markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində də həbs qoyulmuşdur. Belə olan halda kollegiya ərizəçinin mülkiyyətində olan hər iki avtomobilinin üzrə həbsin qoyulmasını ədalətli hesab etmir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tələbkarın şikayəti üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(066)-94/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-63/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-63/2024
17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver