Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-66/2025 13.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin indeksasiya edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Tələbkar Borclu qarşı alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1568/2021 saylı qətnaməsi ilə borcludan xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat ümumilikdə 260 (iki yüz altmış) manat alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-130/2025 saylı, 04 mart 2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014cü il təvəllüdlü Əsma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1568/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay bir uşaq üçün 130 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək Şəmkir Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 8(076)-130/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014cü il təvəllüdlü Əsma adlı uşaqların saxlanılması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1568/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay bir uşaq üçün 130 manat aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 misli həddində indeksasiyası qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarını düzgün və ədalətli hesab etmir. Belə ki, o X1 ilə ayrıldıqdan sonra X2 ilə ailə qurmuşdur və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü Onur və Ömər adlı iki övladı olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmə qətnaməsiilə müəyyən olunmuş alimenti ödəməyə maddi imkanı yoxdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1568/2021 saylı qətnaməsi ilə təyin olmuş 130 manat alimenti çətnliklə ödəmişdir. Hazırda indeksasiya olunmuş aliment hər iki uşaq üçün 416 manatdır müəyyən olunur. Həm 416 manat aliment ödəyib həm də digər iki övladına baxmağa maddi imkanı yoxdur. Əgər yüksək aliment müəyyən olunarsa onun ödəməyə maddi imkanı olmayacaq. Nəticədə isə bu onu daha çox maddi çətinliyə salacaqdır. Hesab edir ki, əgər aliment əvvəlki kimi 130 manat müəyyən olunarsa həmin alimenti ödəməyə imkanı olacaqdır. Alimentdən əlavə olaraq imkanı olduqca övladlarına maddi dəstək göstərəcəkdir. Həmçinin, onun maddi vəziyyətində heç bir əsaslı dəyişiklik olmamışdır. Qeyd edir ki, ailə qanunvericiliyinə əsasən uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Övladlarını saxlamaqdan boyun qaçırmır. Sadəcə gələckdə həmin alimenti ödəmədikdə bunun həm onun, həm də, övladları üçün daha ağır bir hal yaranmasında qorxur. Hesab etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə düzgün və ədalətli qərar qəbul etməmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-130/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar Tələbkar yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin indeksasiyası zamanı 2021-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində alimentin tutulmasını və 2025–ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş bir uşaq üçün alimentin miqdarının 2021-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,52 mislini (130:250=0,52) təşkil etdiyini nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 110, 232 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-66/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-66/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver