Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-70/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 8(021)-172/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərardadından tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı qətnaməsi əsasında 04 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 1871-GL/16 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə yaranmış 4165 manat 80 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 4265 manat 80 qəpik məbləğində borc, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 510-GL/17 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə yaranmış 5956 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 6056 manat 20 qəpik məbləğində borc, ümumilikdə hər iki müqavilə üzrə 10322 (on min üç yüz iyirni iki) manat pulun, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının cavabdeh Borclu tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Borclu 120 (yüz iyirmi) manat 97 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 8(021)-172/2024 saylı qərardadına əsasən Borclu məxsus olan əmlak üzərinə həbs qoyulması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə şikayətlə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-172/2024 saylı qərardadının ləğv edilməsi və tələbin borc məbləği həddində Borclu məxsus “TOYOTA LAND CRUİSER PRADO” minik markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və götürülərək cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu ilə Agentlik arasında hissə-hissə ödənişlə bağlı hər-hansı razılaşma mövcud deyildir. Eyni zamanda borcu rüblük, yəni hissəli ödənişlərini dəfələrlə vaxtında icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin qətnaməsində isə borcun hissə-hissə ödənilməsi müəyyən olunmadığına görə, qətnamə üzrə borc tam məbləğdə ödənilməlidir. İcra məmurunun təqdimatı GəncəKommersiya Məhkəməsinin 2-2(115)- 84/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı verilmişdir. Belə ki, icra məmurunun təqdimatında borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələbin təmin olunmadığı qeyd olunmuşdur. Ona görə də borclu NadirovHabil Qənbər oğlunun borcun hissə-hissə ödənilməsinə dair iddiası əsassızdır. Beləliklə Borclu tərəfindən icra sənədinin təmin olunmasıməqsədilə ona məxsus “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, 09-BO- 229dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad təmin edilməlidir. Bu səbəbdən qərardad ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməlidir. Bərdə Rayon Məhkəməsinin 8(021)-172/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 8(021)-172/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərardadı tam və həmin qərardadla bağlı 8(021)-172/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərardadı ləğv edilməli və təqdimat təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-2(115)- 84/2024 saylı qətnaməsinə əsasən Borclu cəmi 10322 (on min üç yüz iyirni iki) manat pul, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Borclu məhkəmə iclasında verdiyi izahatında tələbkarla qarşılıqlı razılığa gəldiklərini, borcunu hər ay hissə-hissə ödəyəcəyini bildirmiş, ilkin olaraq borcundan 1500 manat ödəmişdir. Bu hal onu göstərir ki, borclu icra sənədinin icrasından boyun qaçırmır. Borclu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə olan 10322 (on min üç yüz iyirmi iki) manat borcuna görə tələbkarın mülkiyyətində olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması məqsədə uyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldyi nəticəylə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tələbkarla qarşılıqlı razılığa gəlməklə bağlı borclunun bildirdiklərinə istinat etsə də, qərardaddan tələbkar tərəfindən verilmiş şikayətdən görünür ki, borlunun bildirdikləri düzgün deyildir və onlar arasında hər hansı razılaşma mövcud deyildir. İkinci hal kimi birinci instansiya məhkəməsi borclunun 1500 manat ödəniş etməsini qeyd etmişdir ki, kollegiya bununla bağlı qeyd edir ki, icra vərəqəsinə əsasən, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ödənilməli olan 10322 manat puldan borclunun bu vaxtadək 1500 manat ödəniş etməsi təqdimatın təmin edilməməsi üçün yetərli əsas hesab oluna bilməz. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 43.1.1-ci və 44.1.1-ci maddələrinə əsasən maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi üçün əsasdır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 8(021)-172/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərardadından tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 8(021)-172/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 8(021)-172/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova tərəfindən verilmiş təqdimat qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-2(115)-84/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan “TOYOTA LAND-GRUİSER PRADO” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulun. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-70/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-70/2024
06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver