Məhkəmə qərarları › İş №8(104)-89/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-89/2023

22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-89/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadından Tələbkar oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022-008 saylı icra sənədi üzrə əmlakın tələbkarın adına rəsmilləşdirməsnə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu borcundan 2372 manat ödəniş etmiş və 3000 manat məbləğində borcu qalmışdır. O, borcunu qalan hissədə ödəyəcəyini bildirsədə ödənişdən yayınmışdır. Nəticədə icra məmuru borcluya məxsus olan “KAMAZ 5320 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 8(042)- 238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə borclunun avtomobilinə həbs qoyulmuşdur. Qeyd olunan nəqliyat vasitəsinin tələbkar kimi onun adına rəsmiləşdirilməsinə dair qərar qəbul olunması üçün icra məmuru tərəfindən məhkəməyə müraciət olunmuş, icra məmurunun təqdimatı təmin olunmamışdır. Məhkəmə tərəfindən belə qənaətə gəlinmişdir ki, icra məmuru borcluya qarşı başqa məcburi icra tədbirləri görülməlidir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Borclu məxsus olan “KAMAZ 5320 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Gədəbəy Rayon Məhkəməsinin 8(042)- 238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həmin avtomobilinə həbs qoyulmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022-008 saylı icra sənədi üzrə əmlakın tələbkarın adına rəsmilləşdirməsnə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, Borclu mülkiyyətində “KAMAZ 5320 YÜK” MARKALİ, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Borclu borcundan 2372 manat ödəniş etmiş, qalan borcunu da ödəyəcəkdir. Məhkəmənin qənaətinə görə icra məmuru tərəfindən borcun ödənilməsi ilə əlaqədar digər məcburi icra tədbirləri görülməlidir. Məhkəmə kollegiyası birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göründüyü kimi, icra qanunvericiliyinin tələbinə görə, üzərinə həbs qoyulmuş əmlak, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə halda isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. İş materiallarından görünür ki, tələbkar avtomobilin onun adına sənədləşdirilməsindən imtina etməmişdir. Belə olan halda, yəni borclu razı olmadıqda, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsi isə, icra sənədinə əsasən, üzərinə həbs qoyulmuş borcluya məxsus olan “KAMAZ 5320 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili icra qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq tələbkarın adına rəsmilləşdirməsini həll etməmiş və qanunsuz nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə təqdimata yenidən baxarkən yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 53.1-ci maddəsinin tələbləri baxımından qanuni qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və təqdimata yenidən baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar