Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-9/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa оğlunun sədrliyi və məruzəsi, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüsenova Türkan Mehdi qızının katibliyi ilə, Tələbkar Borclu nümayəndəsi X3, Borclu Tələbkar MMC-nin nümayəndəsi vəkil X1, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 8(125)-608/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qərardadından tələbkar Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(104)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Tələbkar MMC-dən cəmi 65450 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçı Borclu ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru İlkin Qədimov təqdimatla məhkəməyə müraciət edərək, Tələbkar MMC-yə məxsus ünvan 1 ünvanında 0.1120 ha torpaq sahəsinin, ünvan 2da 0.0730 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin borcun hesabına tələbkar Borclu ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(125)-608/2022 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(104)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus torpaq sahələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru İlkin Qədimovun təqdimatı təmin edilməmişdir. Tələbkar Borclu Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(125)-608/2022 saylı qərardadından şikayət verərək, qərardadının ləğv edilib, təqdimatın təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-608/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qərardadı ilə tələbkar Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Tələbkar Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasının könüllü təmin olunması məqsədilə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Tələbkar MMC-yə 10 gün vaxt verilmiş, lakin borclu bildiriş və xəbərdarlıqlara baxmayaraq, bugünə kimi tələbi könüllü icra etməmişdir. İcra tədbirləri zamanı ona yalan vədlər verərək, borclarını bir ay ərzində ödəyəcəyini bildirmiş, bu səbəbdən o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edib, icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Ancaq borclu öhdəliyini yerinə yetirməyərək, vədinə əməl etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-608/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Borclu nümayəndəsi X6 şikayətdə göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 şikayətin təmin edilməsi və təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu Tələbkar MMC-nin nümayəndəsi vəkil X5 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətçinin nümayəndəsini, İcra məmurunu və borclu Tələbkar MMC-nin nümayəndəiş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 8(125)-608/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı tam və onunla bağlı 23 dekabr 2022-ci il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, təqdimat qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Təqdimatı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icra məmuru tərəfindən təqdimat verilərkən “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 45-ci maddəsində göstərilən ardıcıllığıa riayət olunmamışdır. Bundan əlavə digər icra tədbirləri görülmədən belə bir təqdimatla məhkəməyə müraciət olunmuşdur ki, bu da yolverilməzdir. Ona görə də təqdimat təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, icra sənədi Gəncə şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və məhkəməyə göndərilmişdir. Borclu Tələbkar MMC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, borclu tələbi könüllü icra etməmidir. Bundan sonra borclunun tələbi yönəldə biləcək əmlaklarının olub-olmaması barədə sorğular edilmiş, aparılmış icra tədbirləri nəticəsində borclu Tələbkar MMC-yə məxsus ünvan 1 ünvanda 0.1120 ha torpaq sahəsinin və ünvan 3paq sahəsinin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə эюря həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, təqdimatı qismən əsaslı hesab edən kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi təkcə fərdi maraq obyekti, yəni yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil. Bu, həm də ictimai maraq obyektidir. Cəmiyyət və dövlətimiz qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır. Ona görədə kollegiya hesab edir ki, tələbkar Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 8(125)-608/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı tam və onunla bağlı 23 dekabr 2022-ci il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Gəncə şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru İlkin Qədimov tərəfindən verilmiş təqdimat qismən təmin edilərək borclu Tələbkar MMC-yə məxsus ünvan 1 ünvanda 0.1120 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalı, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir və hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 263, 264, 372, 397, 398.0.2, 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Tələbkar Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 8(125)-608/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı tam və onunla bağlı 23 dekabr 2022-ci il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Gəncə şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru İlkin Qədimov tərəfindən verilmiş təqdimat qismən təmin edilsin. Borclu Tələbkar MMC-yə məxsus ünvan 1 ünvanda 0.1120 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-9/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-9/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver