Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-9/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(125)-1394/2023 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsi icra məmuru Ülvi Əlizadə təqdimat verərək, göstərmişdir ki, Samux Rayon Məhkəməsinin 2(058)-1125 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 1984,52 manat məbləğində pul vəsaiti və 40,51 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi əsasında verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Samux Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı Borclu tələbin könüllü icrası haqqında bildiriş verilmiş və idarəyə dəvət edilmişdir. Lakin, borclu tələbin könüllü icra etməmiş və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək qərəzli olaraq icraatdan yayınmışdır. Tərəflərindən aparılmış icra tədbirlərinin nəticəsi olaraq borclunun ünvanına xəbərdarlıqlar və borclunun məcburi gətirilməsi barədə qərar göndərilsə də, borclu idarəyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Aparılmış icra tədbirlərinə baxmayaraq Borclu idarəyə gətirilməsi mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq Samux Rayon Məhkəməsinin 2(058)-1125 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(125)-1394/2023 saylı qərardadı ilə təqdimat rədd edilmişdir. Tələbkar "xxxx" ASC həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(125)-1394/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Hazırki işdə məhkəmə qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Məhz bu aspektdən yanaşdıqda nəzərə alınmalıdır ki, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanunun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıqların borcluya çatdırılması qanunamüvafiq qaydada təmin olunmamış, borclu icra idarəsinə dəvət edilməmiş, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmiş, buna görə də təqdimat rədd edilməlidir. İcra məmuru borcluya müvafiq qaydada icra sənədi üzrə borcunun olması barədə məlumat vermiş (sms bildirişin çatdırılması barədə çıxarış qoşmadadır). Lakin məhkəmə həmin məlumatlandırılmanın çatdırılıb-çatdırılması barədə sübutların təqdimatda olmamasına istinad edərək, təqdimatı təmin etməməklə düz etməmişdir. Belə ki, əgər sözü gedən çatdırılmaların iş materiallarına olması zərurəti var idisə məhkəmə bunu icra məmurundan tələb edə bilərdi. Hesab edir ki, məhkəmə bir tək bu əsasla təqdimatı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(125)-1394/2023 saylı saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(125)-1394/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına olan, Samux Rayon Məhkəməsinin 2(058)-1125/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X1 və Borclu müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1864,63 manat əsas borc, 114,89 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 1984,52 (bir min doqquz yüz səksən dörd manat əlli iki qəpik) manat və ödənilmiş 40,51 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. İş materialları ilə müəyyən olunur ki, borcluya tələbin könüllü icrası barədə bildirişin və icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıqların Borclu tərəfindən qəbul edilməsi, icra idarəsinə çağırılması barədə heç bir sübut əlavə edilməmiş, bu da borclunun İcra İdarəsinə çağırılması və bu barədə məlumatlı olmadığı kimi qəbul edilə bilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıqların borcluya çatdırılması qanuna müvafiq qaydada təmin etmədən, borclu icra idarəsinə dəvət edilmədən, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyən etmədən, buna görə də təqdimat rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qeyd edilən maddənin 8.5ci bəndində isə göstərilmişdir ki, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Bu baxımdan, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq oluna bilər. Hazırkı iş üzrə isə, tələbin könüllü icrası barədə bildirişin və icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıqların Borclu təqdim edilməsi öz təsdiqini tapmır. Belə olan halda, borclunun məcburi gətirilməsi barədə təqdimatın təmin edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olmaqla yanaşı məhkəmə qərarı ilə şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına da səbəb ola bilər Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(125)-1394/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(125)-1394/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-9/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-9/2024
18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver