Məhkəmə qərarları › İş №8(104)-91/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-91/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-91/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-839/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********8-10301 reyestr və ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla” X1 məxsus Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin çıxarılması, cavabdeh X6 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********8-10301 reyestr və ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla” X1 məxsus Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş - hasar və darvaza tikililərin sökülməsi, cavabdeh X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********8-10301 reyestr və ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla” X1 məxsus Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmaq qadağan olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 140/2022 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(021)-839/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması, 29 noyabr 2021-ci il tarixli, 10/4477 saylı ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X3 tutularaq AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlığı hesab AZ Agentliyi, VÖEN ********** Müxbir 41 KOD 210005 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3446/2022 nömrəli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-140/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X2 qətnamənin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(021)-839/2020 nömrəli qətnamənin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(021)-839/2020 nömrəli qətnaməsinə əsasən X1 məxsus Bərdə şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində olan qapının sökülməsi, tərəfindən inşa edilmiş hasar və darvaza tikililərin sökülməsi həmin ünvanda yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmasının qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən Plenuma şikayət vermişdir. Başqa gediş-gəliş yolları yoxdur. Qanuna müvafiq qaydada evinə gediş-gəliş yolu əldə edənə kimi onlara vaxt verilməsi zərurəti yaranmışdır. Həmçinin ailə uşaq cavabdeh olmasa da onlarda bu qərardan əziyyət çəkirlər. Bu səbəbdən də ona qətnamənin icrası üçün möhlət verilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X2 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-839/2020 nömrəli qətnaməsinə əsasən X1 məxsus Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan qapının sökülməsi, tərəfindən inşa edilmiş hasar və darvaza tikililərinin sökülməsi həmin ünvanda yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmasının qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən Plenuma şikayət vermişdir. Başqa gediş-gəliş yolları yoxdur. Qanuna müvafiq qaydada evinə gediş-gəliş yolu əldə edənə kimi onlara vaxt verilməsi zərurəti yaranmışdır. Həmçinin ailə uşaq cavabdeh olmasa da onlarda bu qərardan əziyyət çəkirlər. Bu səbəbdən qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin 8(021)-256/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. Odur ki, şikayətin təmin olunaraq qərardadın ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadı ilə şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 8(021)- 256/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 22 may 2023-cü il tarixli 8(021)- 256/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi borclu tərəfindən qətnamənin hissə-hissə icrasının əsaslılığı barədə kifayət qədər sübut təqdim olunmaması əsası ilə qətnamənin hissə-hissə icra edilməsinə dair borcluların ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası öz aktuallığı və əhəmiyyəti baxımından kifayət qədər mühüm məsələlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası MPM-in 4-cü maddələri vəİnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndi bütün fiziki və hüquqi şəxslərin onların mülki hüquq və vəzifələri müəyyən edilərkən öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək haqqını tanıyır. Bu hüquq beynəlxalq sənədlərdəədalətli məhkəmə araşdırmasına olan hüquq adlanır. Ədalətli məhkəmə araşdırmasına olan hüququn qüvvədə olduğu və tətbiq edildiyi zaman kəsiyi məhkəməyə müraciət anından həmin müraciət əsasında qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının başa çatdığı anadək davam edir. Məhz qanunvericiliyimizin məhkəmə qərarlarının icrası qaydalarını və müddətlərini təsbit edən normalarının birgə təhlilinin nəticəsi və Avropa Konvensiyasının 6-cı maddəsi tələb edir ki, məhkəmə qərarlarıəsassız ləngiməyə yol verilmədən ağlabatan müddət ərzində icra olunsun. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında icra olunmamasıədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qərarlarının icrasının məcburiliyi öz ifadəsini Konstitusiyada, mülki prosessual qanunvericilikdə tapmaqla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Ədalət mühakiməsinin həyata keçirilməsi zamanıİnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının vəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Plenum qərarında da xüsusilə vurğulanmışdır. Həmin qərarda məhkəmə qətnaməsinin icrası müddəti də məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir və məhkəmələrə tövsiyə olunur ki, məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərləəlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə alsınlar. Plenumun qərarına görə əgər məhkəmə qətnaməsi icra olunmamışdırsa, deməli, həmin iş üzrə məhkəmə baxışı da başa çatmamışdır. Əgər icra prosesi illərlə yubanırsa, tərəfin pozulmuş hüququ ilə bağlı məhkəmə araşdırmasının ağlabatan müddət ərzində həyata keçirilməsinə olan hüququ pozulur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi təkcə fərdi maraq obyekti, yəni yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil. Bu, həm də ictimai maraq obyektidir. Cəmiyyət və dövlətimiz qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz qəbul edilməsində və icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, «İcra haqqında» Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-in 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Azərbaycan Respublikasının MPM-in 231.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatıüzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdən çox olsun. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, bu hal müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinin mümkünlüyü isədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı işüzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Qeyd olunan hüquqi prinsiplərə görə, hüququn müdafiəsinin səmərəliliyi üçün sözügedən məhkəmə qərarının qanunla müəyyən olunmuş müddətdə, yaxud ləngiməsinə haqq qazandıran vəziyyətdən asılı olaraq ağlabatan müddətdə icrası təmin olunmalıdır. Baxılan iş üzrə də tələbkarın pulunun qaytarılması barədə qətnamənin qanuni qüvvəyə minib icraya yönəldilməsindən sonra borclu tərəfindən hər hansı məbləğin ödənilməsi iş materialarından görünmür. Eyni zamanda borclu qətnamənin hissə-hissə icra olunmasını tələb etsə də, məhz hansı məbləği ödəməyə imkanı çatdığını bildirməmişdir. Hissə-hissə icra o zaman yolverilən olardı ki, borclunun təklif etdiyi aylıq ödənişin məbləği, qətnamənin tələbkarın mənafelərinə zərər vurmadan icrasını təmin etmiş olsun. Qətnamənin hissəhissə icrası, məhkəmə qətnaməsinin bir neçə ildə icra olunmasını şərtləndirirsə, bu halda məhkəmənin qətnaməsi tələbkar üçün əhəmiyyətini itirmiş olur və tələbkarın hüquqlarının səmərəsiz müdafiəsinə gətirib çıxarır. Məhkəmə qətnaməsinin bu cür icrası tələbkarın hüquqlarının davamlı olaraq pozulmasına səbəb olur. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi 2020-ci ildə qəbul edilmiş, lakin 2 ildən artıq müddətdirki borclu tərəfindən icra sənədi icra edilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin tez müddətdə icra edilməməsi və ya uzun müddət icra edilməməsi məhkəmə qətnaməsini xəyali bir kağız parçasına çevirmiş olur ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli bu iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 22 may 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasınnın MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 22 may 2023-cü il tarixli 8(021)-256/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar