Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-92/2023 06.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(015)-39/2023 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(104)-2512/2021 saylı qətnaməsinə əsasən, X4 59130 (əlli doqquz min yüz otuz) manat pul X5 xeyrinə tutulmuşdur. X2 Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(104)-2512/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin hissə-hissə, yəni hər ay 300 manat ödənilməklə, icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(015)-39/2023 saylı qərardadı ilə (hakim Natiq Abbasov) Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(104)-2512/2021 saylı icra sənədinin hissə-hisə icra edilməsi barədə X2nın ərizəsi təmin edilməmişdir. X3 həmin qərardaddan şikayət verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(015)-39/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Birinci instasiya məhkəməsi iclasında iştirakı təmin edilməmiş və bu səbəbdən də hüquqlarını müdafiə edə bilməmişdir.Bundan başqa hər ay 300 manat tələbkara ödənişlər edir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(015)-39/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(015)-39/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, tələbkar X5 qətnamənin hissə-hissə icra edilməsinə razılığı müəyyən olunmur. Məhkəmə borclu və tələbkarın mənafeyini, borc məbləği tutulmuş qətnamənin hal-hazıradək icra edilmədiyini və qətnamənin hissə hissə icra edilməsi üçün müstəsna halın olmadığını, həmçinin 25 iyun 2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, borclu tərəfindən 59130 (əlli doqquz min yüz otuz) manat borc məbləğindən yalnız 150 manat ödəniş edilməsini , tələbkarın borcun hissə-hissə ödənilməsinə razı olmamasını nəzərə alaraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2021ci il tarixli, 2(104)- 2512/2021 saylı icra sənədinin hissə-hisə icra edilməsi barədə X2nın ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasını “İcra Haqqında” Qanununun: 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissəhissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3-cü bəndinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanun qüvvəyə minmiş qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnamənin hissəhissə icra edilməsi məsələsinə baxarkən, yalnız borclunun yox, eyni zamanda tələbkarın da maddi və əmlak vəziyyətini nəzərə almalıdır. İş materialları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-2512/2021 saylı icra sənədinə əsasən, X4 59130 (əlli doqquz min yüz otuz) manat pulun X5 xeyrinə tutulmuş, həmin borcdan 150 manat ödəniş edilmişdir. Nazilə Nəbiyevanın yaranan borcu 58980 əlli səkkiz min doqquz yüz səksən) manat təşkil edir. Nazilə Nəbiyeva fiziki şəxsə məxsus obyektdə ofisiant işləyərək əmək haqqından hər ay 300 manat ödəmək istəyir, tələbkar isə həmin ödənişlə razı deyildir. Hazırkı iş üzrə borclunun xahişi təmin olunduğu təqdirdə, icra sənədi üzrə illik tutulmalar cəmi 3600 manat təşkil edir ki, bu hal da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin uzun müddət, yəni 16 ildən artıq müddətə icra edilməsi deməkdir ki, bu hal tələbkarın mənafeyinə uyğun deyildir. X1 birinci instasiya məhkəməsi iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə gəldikdə isə, o, birinci instansiya məhkəməsinin iclasında iştirak edib, izahatını vermiş, sonrakı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə dair ərizəsi olmuş, şikayətinə isə yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(015)-39/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(015)-39/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-92/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-92/2023
06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver