Məhkəmə qərarları › İş №8(104)-98/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-98/2023

13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-98/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov təqdimat verərək, göstərmişdir ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)-814/2022 saylı,xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Borclu 5373 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra vəprobasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki,“Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “KAMAZ 5320 YÜK” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulmalı və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “KAMAZ 5320 YÜK” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı ilə (hakim Marif Kazımov) təqdimat təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(042)-814/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan “KAMAZ5320 YÜK” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hal -hazırda tələbkar X2 olan borcunun 2673 manatını nağd şəkildə ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. Lakin maddi imkanı zəif olduğu üçün qalan məbləği birdəfəyə ödəməkdə çətinlik çəkir. O, ailəsini və digər təminatlarını həmin avtomaşından əldə etdiyi gəlirlə ödəyir. Avtomaşının üzərinə həbs qoyulduğundan həmin borcu ödəmək üçün maneə yaranır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-238/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı icra sənədinə əsasən, cavabdeh Borclu vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pul və ödənilmiş 73 manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınıb iddiaçı X2 verilməlidir. Borclu haqqında məlumatlara dair şəxsi kartoçkadan görünür ki, Borclu adına “KAMAZ 5320 YÜK” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobil vardır. İş materialları ilə müəyyən olunur ki, Borclu haqqında məlumatlara dair şəxsi kartoçkadan görünür ki, Borclu adına “KAMAZ 5320 YÜK” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobil vardır. Borclu icra sənədini icra etmədiyindən və icra sənədi üzrə borcu yaranmışdır. Odur ki, məcburi icra tədbirləri kimi tələbin borclunun əmlaklarına yönəldilməsi və əmlakları üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, borclu icra sənədini icra etmədiyindən və icra sənədi üzrə borc yarandığından, eləcə də, borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak olduğundan, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi... 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclu maddi imkanı zəif olduğu üçün qalan məbləği birdəfəyə ödəməkdə çətinlik çəkməsi, ailəsini və digər təminatlarını həmin avtomaşından əldə etdiyi gəlirlə ödəməsinə dair dəlilləri qərardadın ləğv edilib, təqdimatın rədd edilməsinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar