Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-1/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, borclu Həsənov Fərman Köçəri oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1691/2015 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.M.Həsənov) iddiaçı X3 cavabdeh X5 və Həsənov Fərman Köçəri oğluna qarşı torpağın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs - Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər X5 və Həsənov Fərman Köçəri oğluna qarşı DT və XK-nin Abşeron rayon şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin X11 tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, X4 adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş ayrılmış 0,10 ha torpaq sahəsinin yerinin qeyd edildiyi yerquruluşu planından çıxarış və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 4430 nömrəsi ilə uçota alınmış A 026710 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron rayon İcra Hakimiyyətini Başçısının xx xxxxxx 1993-cü il tarixli, 827 saylı sərəncamına əsasən X5 ayrılmış ünvan 1 və 27 saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nin Abşeron rayon şöbəsinə həvalə edilməsi, X5 ayrılmış torpaq sahəsinin yerləşdiyi yerə dair yerquruluşu planından çıxarış və torpaq sahəsinin plan və ölçüsü hazırlandıqdan sonra həmin koordinatlar əsasında Həsənov Fərman Köçəri oğlunun adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəlişlər edilməsinin DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsi, Həsənov Fərman Köçəri oğlu tərəfindən ünvan 1 və 27 saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması və Həsənov Fərman Köçəri oğlunun ailə üzvləri ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə torpaqşunaslıq ekspertizasının 220 (iki yüz iyirmi) manat ümumi xərcinin 100 (yüz) manatının X2, 120 (yüz iyirmi) manatının Həsənov Fərman Köçəri oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Həsənov Fərman Köçəri oğlu apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbləri əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan iddiaçı X3 nümayəndəsi X6 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsinin 1-ci və 3-cü bəndlərinin ləğv edilərək onun iddia tələblərinin tam təmin olunması və məhkəmə torpaqşünaslıq ekspertizası üçün çəkilmiş 220 manat xərcin hamısının cavabdeh Həsənov Fərman Köçəri oğlundan tutulması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. AR Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(105)-598\2012 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Həsənov Fərman Köçəri oğlu kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)-189\2013 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, AR Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(105)-598\2012 saylı qətnaməsi üçüncü şəxs Masazır bələdiyyəsinin cavabdehlər X5 və Həsənov Fərman Köçəri oğluna qarşı yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi barədə iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(105)-485\2013 saylı qərardadı ilə xx.xx.2012-ci ildə vəfat etmiş iş üzrə iddiaçı X3 prosessual hüquq varisi kimi tanınması barədə oğlu X1 ərizəsi təmin edilməmiş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-968/2014 saylı qətnaməsi ilə Həsənov Fərman Köçəri oğlunun apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iş üzrə müstəqil tələb irəli sürən Masazır bələdiyyəsinin iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Masazır Bələdiyyəsi və cavabdeh N.MMəmmədov kassasiya şikayətiu vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-968/2014 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə F.K.Həsənovun apelyasiya şikayəti təmin edilmiş, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsi mübahisə predmetinə dair müstəil tələb irəli sürən üçüncü şəxs Masallı Bələdiyyəsinin cavabdehlər X5 və Həsənov Fərman Köçəri oğluna qarşı Dövlət Torpağının və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin X11 tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən F.K.Həsənov kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)1691/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsinin mübahisə predmetinə dair müstəil tələb irəli sürən üçüncü şəxs Masallı Bələdiyyəsinin cavabdehlər X5 və Həsənov Fərman Köçəri oğluna qarşı Dövlət Torpağının və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxaaırşın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin X11 tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qətnamənin F.K.Həsənovun masazır kəndi, Füzuli küçəsindəki 25 və 27 saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, F.Həsənovun ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəzuiyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğun 18 metr , eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Qətnamə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Qərardaddan Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1691/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(077)-2/12 saylı qətnaməsinin mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Masallı Bələdiyyəsinin cavabdehlər X5 və Həsənov Fərman Köçəri oğluna qarşı Dövlət Torpağının və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxaaırşın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin X11 tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qətnamənin F.K.Həsənovun masazır kəndi, Füzuli küçəsindəki 25 və 27 saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, F.Həsənovun ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəzuiyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr , eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Bu baxımdan Masazır Bələdiyyəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməlidir. İcraçı icra vərəqindən qətnamənin birinci və ikinci hissəsində mümkün olmadığı qənaətinə gəlir. İcraçı iş materialları ilə tanış olmadan qətnaməni icra etmədən işi məhkəməyə ikinci dəfə geri qaytarmağa çalışır. İcraçı iş materialları ilə tanış olmadığından, torpaq sahəsinin ekspertiza rəyinə və digər sənədlərə müraciət etmədən ərizədə qeyd edilən mübahisəli torpaq sahəsinə bitişik uzunu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin harada olması barədə məlumatı yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1691/2015 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icranın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında borclu Həsənov Fərman Köçəri oğlu şikayətə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi, borclu X7 və Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1691/2015 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra– Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinad edərək qeyd edir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsi üzrə icra hərəkətləri davam etdirilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsi tam şəkildə icra olunmamasına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarından da göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İş materiallarında olan icra sənədinin geri qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qətnamənin icrası xx.xx.2020-ci il tarixə təyin edilmiş, həmin əraziyə Bələdiyyənin nümayəndəsi ilə baxış keçirilmiş, mübahisəli torpaq sahəsinə bitişik torpaq aşkar edilməmişdir. Məhkəmə kollegiyası qərarda göstərilənlərlə razılaşmayaraq qeyd edir ki, icra məmuru mübahisəli torpaq sahəsinin aşkar edilməməsini göstərsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2012-ci il tarixli, 19751 saylı ekspert rəyindən görünür ki, mülkiyyət hüququ ilə Həsənov Fərman Köçəri oğluna məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən torpaq sahəsi Masazır Bələdiyyəsinin mülkiyyətinə aiddir. X7 ilə Həsənov Xalid Köçəri oğlu arasında 12,2 kv.metr yaşayış sahəsi olan tikilinin notarial alqı-saqtı müqaviləsində həmin tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsinin ölçülərinin hasarın içərisində yol tərəfdən 23 metr, arxa tərəfdən 27 metr, sol və sağ tərəfdən 54 metr, Masazır qəsəbəsi, Füzuli küçəsi 25 və 27 saylı evlərin arasında iki yerə bölünmüş cəmi olçüsü 0,0847 ha təşkil edir. (eni yol tərəfdən 28,2 metr, qarşı tərəfdən 27,6 metr, uzunluğu 32 və 29 metr). Həmin sahəsidən bir qədər kənarda yerləşdiyi ərazidə olan torpaq sahəsinin mülkiyyət hüququ ilə Həsənov Fərman Köçə\ri oğluna məxsus olan Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən torpaq sahəsinin sahəsi 0,123 ha (ölçüləri yol tərəfdən 32,82 metr, qarşı tərəfdən 28,12 metr, uzunlu 39 və 41,9 metrdir) ilə üstə-üstə düşmür. Mülkiyyət hüququ ilə Həsənov Fərman Köçəri oğluna məxsus olan Abşeron rayonu. Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən torpaq sahəsi ilə Füzuli küçəsi 25 və 27 saylı evlərin yerləşdiyi ərazidə torpaq sahəsi arasında olan (uzunluğu 18 metr, eni 28,55 metr olan daş hasara alınmış) torpaq sahəsinin ölçülıəri hal-hazırda uzunluğu bir tərəfdən 41,94 metr, digər tərəfdən 43,10 metr, eni evlər tərəfdən 27,60 metr, qarşı tərəfdən 28,12 metr, cəmi sahəsi 0,1186 ha olmaqla Maszır Bələdiyyəsinin mülkiyyətinə aiddir. Göründüyü kimi, Masazır Bələdiyyəsinə təhvil verilməsi göstərilən torpaq sahəsinin yerləşdiyi sahə iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir. Həmçinin ekspert rəyinə əlavə edilmiş sxemdə də qeyd edilən torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edlmişdir. Bununla da müəyyən edilir ki, Masazır Bələdiyyəsinə qaytarılmalı torpaq sahəsinin yerləşdiyi sahə və yer müəyyən olunduğu halda, torpaq sahəsinin yerinin müəyyən edilməməsi əsası ilə icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun gəldiyi nəticə əsassız olmuşdur. İcra haqqında Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Azərbaycan Respublikası İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə icra sənədinin icrasını mümkünsüz edən heç bir hal yoxdur. Bu səbəbdən, şikayət təmin olunmalı, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv olunmalı, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar tədbirləri davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayəti təmin olunsun. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv olunsun. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar tədbirləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-1/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-1/2021
17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver