Məhkəmə qərarları › İş №8(105)-1/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-1/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-1/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədinin icrasına möhlət verilməsi tələbinə dair ərizəsi üzrə çıxarılmış Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından borclu Rəhbəri naryeĊ Əvəz qızı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 8(059)-27/2022 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədinin icrasına möhlət verilməsi barədə Borclu ərizəsi təmin edilməmişdir. Bundan sonra, borclu tərəfindən 08 avqust 2022-ci il və 09 avqust 2022-ci il tarixlərdə verilmiş şikayətlər Siyəzən Rayon Məhkəməsinin müvafiq olaraq, 08 avqust 2022-ci il və 09 avqust 2022-ci il tarixli qərardadlarına əsasən mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formada, eləcə də qaydada verilmədiklərinə görə geri qaytarılmışdır. Daha sonra, Borclu qeyd olunan nöqsanı aradan qaldırmadan təkrarən 25 avqust 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 8(059)- 27/2022 saylı qərardadından şikayət vermiş, lakin bu dəfə şikayət mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formada, eləcə də qaydada verilməməklə, yanaşı qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət keçdikdən sonra təqdim edilmişdir. Bu səbəbdən də, Siyəzən Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadı ilə qeyd olunan şikayət də geri qaytarılmışdır. Borclu sadalanan nöqsanları aradan qaldırmaq əvəzinə 19 sentyabr 2022-ci il tarixdə bu dəfə də Siyəzən Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 8(059)-27/2022 saylı qərardadından şikayət vermiş, həmçinin məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qərardadına əsasən Borclu şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürsə də, müddətin bərpası üçün vəsatət vermədiyinə, habelə sonuncu dəfə şikayətini qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət keçdikdən sonra, eləcə də, mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formada və qaydada vermədiyindən şikayət yenidən geri qaytarılmışdır. Borclu əvvəlki məhkəmə qərardadlarında dəfələrlə sadalanan nöqsanları aradan qaldırmaq əvəzinə 05 oktyabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 8(059)- 27/2022 saylı qərardadından şikayət vermiş və bu dəfə də məhkəmənin 07 oktyabr 2022ci il tarixli, 8(059)-27/2022 saylı qərardadına əsasən, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyinə görə geri qaytarılmışdır. Borclu dəfələrlə vurğulanmış nöqsanları yenidən təkrarlayaraq, 18 oktyabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 8(059)-27/2022 saylı qərardadından şikayət vermiş, məhkəmənin 20 oktyabr 2022-ci il tarixli, 8(059)-27/2022 saylı qərardadına əsasən, şikayət yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyinə görə geri qaytarılmışdır. Borclu nöqsanları aradan qaldırmaq əvəzinə yenidən təkrarlayaraq, 04 noyabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 8(059)-27/2022 saylı qərardadından verdiyi şikayət məhkəmənin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməməsi səbəbindən geri qaytarılmışdır. Borclu 21 noyabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 8(059)-27/2022 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 23 noyabr 2022-ci il tarixli qərardadına əsasən, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməməsi səbəbindən geri qaytarılmışdır. Siyəzən Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadından 07 dekabr 2022-ci il tarixdə Borclu şikayət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Borclu daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin çoxsaylı qərardadları ilə Borclu tərəfindən verilmiş şikayətlər geri qaytarılmış, lakin eyni nöqsanları aradan qaldırmadan borclu həmin qərardadlardan şikayətlər vermişdir. Belə ki, şikayətin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 363.1.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Borclu apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d i: Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar