Məhkəmə qərarları › İş №8(105)-1/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-1/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-1/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında icra məmurunun qərarından şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədinin aidiyyəti üzrə göndərilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Hüseynzadə və X1 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli qərardadından borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Maraqlı şəxs2, "xxxx" MMC-nin iştirakçısı X5 və "xxxx" MMC-nin iştirakçısı X3 üzərinə qoyulması qət edilmişdir.

2. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsindən xx.xx.2021-ci il tarixində apellyasiya şikayəti vermiş və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

3. Sumqayıt Apellyasiya Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 2623/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021- ci il tarixli icra sənədinin icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır.

5. Ərizəçi Tələbkar Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Maraqlı şəxs2, "xxxx" MMC-nin iştirakçısı X5 və "xxxx" MMC-nin iştirakçısı X3 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu Ağayev X4 rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 26 ünvanında qeydiyyatda olduğuna görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə yönəldilmiş, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərar borclunun ünvanına göndərildikdən sonra icra sənədinin icrası istiqamətində hər hansı bir icra hərəkəti aparılmamışdır. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icraçı ilə şifahi danışıqlar aparılmış və borclunun məcburi gətirilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilməsi ilə bağlı ərizələr Nəsimi rayon İcra şöbəsinə poçt vasitəsilə göndərilmişdir. Lakin icra sənədinin icra olunmasından ötrü bütün tələblərinə və müraciətlərinə baxmayaraq icra məmuru icra sənədini icra etməkdən yayınır. İcra məmuru hər dəfə bəhanə gətirərək bildirirdi: “Qeyd olunan icra sənədi üzrə hüquqi şəxslə bağlı hissədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru icra sənədini geri qaytarmış və həmin qərar məhkəmə qaydasında mübahisələndirilmişdir. Bu səbəbdən də mənim icraatımda olan işə bağlı heç bir tədbir görə bilmərəm”. Həmin məhkəmə mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)- 59/2023 nömrəli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 işdən azad edilməsi icra sənədinin geri qaytarılmasına əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qərarda verilmiş şikayəti müzakirə edərək hesab etmişdir ki, şikayət təmin edilməli, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Bundan sonra icra məmurunun dövlətin adından çıxarılan qərarın icra olunmaması üçün heç bir bəhanəsi qalmamışdır. Buna baxmayaraq yenə də məhkəmə qərarı icra olunmamış qalmışdır. Belə ki, icra sənədi Nəsimi rayon icra şöbəsinin icra məmuru Nümayəndə icraatına daxil olduqdan sonra bircə dəfə borclunun formal izahatını almış, sonradan icra sənədinin icra olunması üçün heç bir qanuni tədbir görməmişdir. Amma icra məmuru icra sənədini icra etməmək üçün qanuna istinad etməyin yolunu ona havadarlıq edən rəhbərinin nəzarəti ilə düşünmüş və yekunda qeyd olunan icra sənədini əsassız formada xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərardan tərəflərindən şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 611/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Məhkəmə qərarını da elə tərəflərindən yazılan şikayətdə əsaslandırılmış dəlilləri haqlı hesab etmiş və qərarda qeyd etmişdir:“Hazırki halda Maraqlı şəxs2 halhazırda direktor (qanuni təmsilçi) vəzifəsini icra etdiyindən "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir”. Bundan sonra yenidən icra məmurundan icra sənədinin qanunauyğun formada icra olunmasını tələb etsələr də onlara məhəl qoymamış və məhkəmə qərarının qanunsuz qəbul olunmasını bildirmişdir. Beləliklə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-611/2023 saylı qərardadı barədə icra məmuru və onun rəisi tərəfindən məlumatları olduqda həmin qərardan şikayət verməkdən də çəkinməmişlər. Lakin hazırda qüvvədə olan qanunvericiliyin tələblərini də düzgün bilmədiklərinə görə məhkəmənin qərardadından şikayət vermə müddətini ötürərək, şikayət vermə formasına riayət etməmişlər. Bu səbəbdən də icra məmuru tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Lakin yenə də israrlarından əl çəkməyən icra məmuru və ona havadarlıq edən rəisi tərəfindən bu dəfə müddətin bərpası haqqında ərizə vermişlər və Abşeron Rayon Məhkəməsinin qərardadından şikayət vermişlər. İcra məmuru, ona birbaşa rəhbərlik edən rəisi və borclunun birgə səyləri nəticəsində həmin qərardan verilmiş şikayət Abşeron Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, öyrənilən işdən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 59/2023 saylı qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(012)-216/2023 saylı qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. İş materiallarından həmçinin o da görünür ki, "xxxx" MMCnin hazırkı direktoru Maraqlı şəxs2 işdən azad edilməsi ilə bağlı məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin məhkəmə qərarının icrası hal-hazıradək təmin edilməmiş, borclu Maraqlı şəxs2 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsini icra edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Maraqlı şəxs2 üzərinə qoyulması qət edilmişdir. Belə olan halda Maraqlı şəxs2 hah-hazırda direktor (qanuni təmsilçi) vəzifəsini icra etdiyindən "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir. Ona görə də Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması barədə işə baxan məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Bütün bunlardan göründüyü kimi, Nəsimi rayon icra şöbəsinin icra məmuru və onun rəisinin birgə fikirləşdikləri plan baş tutmamış və Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Bundan sonra tərəflərindən ərizə ilə məhkəməyə müraciət edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün borclunun barəsində qanunvericiliklə nəzərdə tutulan icra tədbirlərinin borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsinin Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə üzərinə qoyulması və Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyev və icra məmuru Nümayəndə barəsində tədbir görülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-165/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasının təmin olunması ilə bağlı məcburi icra tədbirlərinin aparılması vəzifəsinin Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə üzərinə qoyulması, şikayətin digər hissədə rədd edilməsi qərara alınmışdır. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə xx.xx.2024- cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-165/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(105)- 67/2024 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024- cü il və xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Abşeron Rayon Məhkəməsinin 2(012)- 435/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Belə ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə qeyd edilən icra sənədinin yenə də təkrarən məhkəməyə geri qaytarmağı planlayaraq bu dəfə məhkəmələrin qərarlarında qeyd olunan əsaslandırmalara məhəl qoymayaraq yenə də öz qanunsuz əməllərindən çəkinmir. Bu dəfə də icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokol məhz "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 barəsində tərtib olunmuşdur. Yəni icra məmuru Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə borclu olan Maraqlı şəxs2 barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra icra məmuru bu hərəkətlərdən sonra yenidən bəhanə gətirərək icra sənədini icrası mümkün olmayan sənəd kimi geri qaytaracaqdır. Bu səbəbdən də qeyd olunan mövzuda tərəflərindən yenə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra xidmətinin rəisi cənab Vidadi Məmmədova müraciət olunmuşdur. Buna baxmayaraq icra məmuru tərəfindən xx.xx.2024cü il tarixində Maraqlı şəxs2 barəsində vəzifəli şəxs kimi MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol məhz "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 barəsində tərtib olunmuşdur. Yəni icra məmuru Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədi üzrə borclu olan Maraqlı şəxs2 barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol Nəsimi Rayon Məhkəməsinin 3(006)-3288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə geri qaytarılmışdır. Bütün bu olanları peşəkarcasına planlamış və yekunda Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin qərar tələbkara xx.xx.2024-cü il tarixində poçt vasitəsilə təqdim olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 işdən azad olduğuna görə Nəsimi rayon İcra şöbəsi tərəfindən hər hansı icra tədbiri görülə bilməz və hüquqi şəxsin hüquqi ünvanı Abşeron rayonu olduğuna görə aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş bu qərar nə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, nə də icra sahəsini tənzimləyən hər hansı qanunun tələblərinə cavab vermir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin nəticə hissəsində məhz “Magna Trans" MMC-nin və "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 adları borclu kimi ayrıca qeyd olunmuşdur. Yəni qətnamənin nəticə hissəsində yalnız hüquqi şəxsə münasibətdə qeyd olunsaydı, o zaman icra məmuru adı çəkilən icra sənədini aidiyyəti üzrə göndərməkdə haqlı idi. Amma Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin nəticə hissəsində aşkar formada qeyd olunmuşdur: “"xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 üzərinə qoyulsun”. Bu da o deməkdir ki, məhkəmə, nə vaxtsa, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 işdən çıxma ehtimalını nəzərə almış və bu səbəbdən də məhz qətnamə qəbul olunan zaman MMC-nin direktoru olmuş Maraqlı şəxs2 adını qeyd etmişdir. Elə qətnamənin mahiyyəti də ondan ibarətdir ki, 2010-cu ildən 2021-ci ilə kimi (qətnamə qəbul olunan tarix) fəaliyyət göstərmiş MMCnin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmuşdur. Yəni qeyd olunan məlumatlar 2010cu ildən 2021-ci ilə qədər MMC-nin direktoru olmuş Maraqlı şəxs2 da tələb olunmalıdır. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin "xxxx" MMC-yə münasibətdə Abşeron rayon İcra Şöbəsinin icra məmuru tərəfindən geri qaytarılmasına dair qərarından verdikləri şikayətlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, Maraqlı şəxs2 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunduğundan, icra sənədində göstərilən tələblər (təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında tələbkara verilməsi, iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi) Maraqlı şəxs2 tərəfindən hal-hazırki vəziyyətdə icra edilməsi mümkün olmadığından Abşeron rayon İcra və Probasiya Şöbəsi düzgün olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək, icra sənədini ona münasibətdə geri qaytarmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrində nəzərdə tutulmadığından və icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olmadığından, icra məmuru tərəfindən xx.xx.2023-cü il qərarın çıxarılması mövcud vəziyyətə uyğun olmuşdur. Lakin kollegiya eyni zamanda qeyd edir ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur. Yəni Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icra olunması üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Abşeron rayon İcra Şöbəsi tərəfindən Maraqlı şəxs2 deyil, hüquqi şəxsin özündən tələb olunmalıdır. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün borclunun barəsində qanunvericiliklə nəzərdə tutulan icra tədbirlərinin - borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə üzərinə qoyulması barədə tərəflərindən məhkəməyə müraciət olunmuş ərizəyə həm Abşeron Rayon Məhkəməsinin, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 işdən azad edilməsi ilə bağlı məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədi üzrə indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Maraqlı şəxs2 üzərinə qoyulması qət olunmuşdur. Bu da o deməkdir ki, 2010- cu ildə təsis olunan "xxxx" MMC-nin direktoru Ağayev X2 Rayon Məhkəməsinin qərarı qüvvəyə mindiyi, yəni direktor kimi işdən azad olunduğu tarixə qədər MMC-nin fəaliyyəti ilə əlaqədar olan sənədləri, məlumatları tələbkara təqdim etmək vəzifəsi daşımışdır. Bundan başqa məhkəmə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra sənədi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmiş, həmin qərardan tələbkar tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(012)-611/2023 saylı qərardadı ilə təmin edilmiş, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 611/2023 saylı qərardadından Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən şikayət verilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı səhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və məhkəmə hesab edir ki, bu hal da icra sənədinin icrası ilə bağlı Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra hərəkətlərinin aparılması vəzifəsini özündə ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında da aşkar formada qeyd olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 münasibətdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmalıdır. İcra sənədi üzrə tələb olunanlar borclu Maraqlı şəxs2 tərəfindən könüllü şəkildə icra olunmadığı təqdirdə icra məmuru tərəfindən onun barəsində vəzifəli şəxs kimi deyil, borclu fiziki şəxs kimi inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən qəbul olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması qərara alınmışdır.

8. Borclu Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 419/2024 saylı qərardadının ləğv olunmasını, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2024-cü il tarixli qərarının direktor (qanuni təmsilçi) olmadığı üçün qüvvədə saxlanılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) Abşeron Rayon Məhkəməsinin 8(012)- 419/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından borclu Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 8(105)-1/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)- 419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

11. Borclu Maraqlı şəxs2 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2278/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin üzərinə onunla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, təsisçilər X5, Tələbkar, X3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və Maraqlı şəxs2 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin həvalə edilmişdir. Bu qətnamənin icrası ilə bağlı məcburi icra tədbiri olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən olan Tələbkar tərəfindən digər təsisçilərə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək xx.xx.2022-ci il tarixdə Təsisçilərin növbədən kənar ümumi yığıncağı keçirilmişdir. "xxxx" MMC-nin təsisçilərinin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən, "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmışdır. Apellyator həmçinin göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında qəbul edilmiş icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə onun, yəni Maraqlı şəxs2 barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərmiş, məhkəmənin 3(006)- 3288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardadında Maraqlı şəxs2 vəzifəli şəxs kimi direktor olmasını təsdiq edən sənədlərin təqdim edilməsini istəmişdir. Məsələ burasındadır ki, Maraqlı şəxs2 "xxxx" MMC-nin direktoru deyildir və vergi sistemində də qanuni təmsilçi yeri boşdur. Bundan sonra icra məmuru “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Tələbkarın nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

15. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 8(012)- 419/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 7. İcra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür, məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir. Maddə 24. İcra sənədinin aidiyyəti üzrə göndərilməsi 24.1. icra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab edilir: 24.1.1. icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə; 24.1.2. icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə. 24.2. İcra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. 24.3. İcra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir. Maddə 10.3. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli və bununla bağlı 15 noyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

19. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması qərara alınmışdır.

20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru icra sənədinin mümkünsüzlüyü qənaətinə gəlməklə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməsi qərara gəlməklə səhvə yol vermiş, halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra məmuru icra sənədinin mümkünsüzlüyü qənaətinə gəldikdə icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul etməli olduğu halda, İcra haqqında Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə istinad edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərməklə qanunun tələbinə uyğun olmayan nəticəyə gəlmişdir.

21. Məhkəmə hesab etmişdir ki, icra sənədinin aidiyyəti üzrə göndərilməsinin əsasları olmadığından şikayət təmin edilməlidir.

22. Borclu Maraqlı şəxs2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-419/2024 saylı qərardadının ləğv olunmasını, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2024-cü il tarixli qərarının direktor (qanuni təmsilçi) olmadığı üçün qüvvədə saxlanılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.

23. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, qanuni və əsaslıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

25. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli və bununla bağlı 15 noyabr 2024-cü il tarixli, 8(012)-419/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar