Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-10/2021 05.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatının təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)- 367/2020 saylı qərardadından icra məmuru X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-5936/2019 saylı icra sənədinə əsasən adları sadalanan qızıl-zinət əşyaları cavabdehlər Borclu2 və Borclu1 alınaraq iddiaçı Tələbkar verilməlidir: 15 qram çəkidə 750 əyarlı badam komplekti (brilyant qaşlı qızıl sırğa və üzük)-1200 manat, 5 qram çəkidə İtaliya istehsalı olan 750 əyarl brilyant qaşlı nişan üzüyü400 manat,14 qram çəkidə 750 əyarlı qolbaq-1120 manat,9 qram çəkidə 750 əyarlı boyunbağı-720 manat,10 qram çəkidə 750 əyarlı brilyant qaşlı sırğa-800 manat. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa həmin əşyanın dəyəri cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar verilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov qeyd edilən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-5936/2019 saylı icra sənədinə əsasən Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-367/2020saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-5936/2019 saylı icra sənədinə əsasən Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun təqdimatı təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva) Hazırda həmin qərardaddan narazı qalan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)367/2020saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-367/2020saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, könüllü icra bildirişi xx.xx.2020-ci il tarixdə sənədin kötüyünə imza etdirilməklə borcluya təqdim olunmuş, lakin tələb könüllü icra müddəti ərzində icra edilməmişdir. Həmin tarixdə tərəflərindən qanuna müvafiq məsuliyyətlər borcluya izah olunmaqla iş üzrə yazılı izahatı alınmışdır. Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sisteminə borclu barəsində sorğu verilmiş, borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir müəyyən olunmamışdır.xx.xx.2020-ci il tarixdə borclu barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, nəticədə məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(060)-1564/2020 saylı qərarı ilə borclu inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-367/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu barəsində zəruri digər icra tədbirlərinin görülməməsi, Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi, təqdimatda kifayət qədər əsaslandırılmadığından təmin olunmamışdır. Qərardad əsassızdır və ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Tələbkar qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsələr də, iş üzrə borclu və təqdimatı verən icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)- 367/2020saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-5936/2019 saylı icra sənədinə əsasənaşağıda adları sadalanan qızıl-zinət əşyaları cavabdehlər Borclu2 və Borclu1 alınaraq iddiaçı Tələbkar verilməlidir: 15 qram çəkidə 750 əyarlı badam komplekti (brilyant qaşlı qızıl sırğa və üzük)-1200 manat, 5 qram çəkidə İtaliya istehsalı olan 750 əyarl brilyant qaşlı nişan üzüyü-400 manat,14 qram çəkidə 750 əyarlı qolbaq-1120 manat,9 qram çəkidə 750 əyarlı boyunbağı-720 manat,10 qram çəkidə 750 əyarlı brilyant qaşlı sırğa-800 manat. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa həmin əşyanın dəyəri cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar verilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tаriхdə icrааtа dахil оlmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və Borclu2 icra sənədini könüllü icra etmək üçün bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra sənədində göstərilən tələbi bu günə kimi yerinə yetirməmişdir. Bu səbəbdən onun barəsində məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. İş materiallarından görünür ki, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunub, tərəflərə icranı könüllü olaraq təmin edilməsi üçün 10 gün vaxt verilmişir. Eyni zamanda tələbin könüllü icra edilməsi barədə bildirişdən görünür ki, Borclu2 xx.xx.2020-ci il tarixdə bildirişlə tanış olmuş, izahat yazmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatın təmin edilməsinə əsas kimi istinad etdiyi hallara dair (borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinin səbəblərinin müəyyən olunması, borclunun əmlakının axtarılması, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının icra məmuru tərəfindən yoxlanılması barədə və s.) hər hansı qeyd etməməsini, icra məmuru tərəfindən həmin hərəkətlərin edilməsinə dair hər hansı sübut əlavə edilməməsini müəyyən edərək təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını da yoxlamalıdır. Hazırki işdə isə icra məmuru təqdimatla məhkəməyə müraciət edən zaman yuxarıda qeyd olunan təlimata uyğun hərəkət etməmiş, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamamış, eyni zamanda həmin hərəkətləri etməsi barədə hər hansı sübutu təqdim, təqdimatı isə yuxarıda qeyd edilən Təlimata uyğun tərtib etməmişdir. Həmçinin iş materiallarında borclunun icra sənədinin icrasından üzrsüz olaraq yayınmasına dair hər hansı sübut təqdimatı verən şəxs tərəfindən təqdim edilməmişdir. Halbuki «İcra haqqında» Qanunun 84-1-ci maddəsinin tətbiqi üçün borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı mövcud olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-367/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Elman Rəhimov
Məhkəmə qərarları › İş №8(105)-10/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-10/2021
05.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver