Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-10/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 8(060)-480/2019 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 8(060)-480/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-480/2019 nömrəli 18 noyabr 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Borclu məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 480/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 480/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilmiş, "Original Motors” MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Hesab edir ki. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-480/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ləğv olunmalıdır. Belə ki. sözügedən qərardadla ölkədən getmək hüququnun məhdudlaşdırılması təmin olunan Borclu hüquqi şəxsin icra orqanının rəhbəri deyildir. Belə ki, xx.xx.2022-ci il tarixdə tərəfindən tutduğu vəzifədən azad edilməsi barədə ərizə ilə "xxxx" MMC-nin təsisçisinə müraciət etmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 nömrəli əmri ilə onun xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq öz xahişinə görə əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə onunla "xxxx" MMC arasında bağlanan əmək müqaviləsinə xitam verilməsi əmək müqavilələrinin elektron qeydiyyatı sistemində qeydə alınmışdır. Belə olan halda isə "xxxx" MMC-nin rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Dəlirlər Baş İdarəsinin "Original Motors” MMC-nin rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3329/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yuxarıda qeyd etdiyi əsaslar üzrə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 788/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3329/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dətişdirilmədən saxlanılmışdır. Həmin qətnamələri məhkəməyə təqdim edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 480/2019 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Məhkəmənin qərardadına nəzər yetirdikdə, qərardadda əsaslandırıcı hissənin olmadığı, yalnız qanunvericiliyin maddələrinin toplusu olduğu aydın görünür. Məhkəmə gəldiyi qənaəti yalnız bir cümlə ilə əsaslandırmağa çalışmışdır ki, bu əsaslandırıcı cümlə də hakimin şəxsi mülahizəsi olmuşdur. Həmin cümlə budur: “Borclu hüquqi şəxsin rəhbərinin dəyişməsi ilə bağlı ərizəçinin dəlilinə gəldikdə isə məhkəmə həmin xüsusatı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir.” Məhkəmənin ərizəsinə belə bir cümlə ilə qiymət verməsi onun işə laqeyd yanaşdığının, səthi araşdırma apardığının, işin obyektiv həllində maraqlı olmadığının bariz sübutudur. Məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər yoxdur. Birinci instansiya məhkəməsinin qərardadda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini onun əsassız olması ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli və onunla bağlı 19 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Borclu məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-480/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 3(060)-998/18 nömrəli xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-205/18 nömrəli xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-202/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 3(003)-201 /18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 3(003)-200/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 3(003)-199/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 3(003)-204/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 3(003)-203/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1376/18 nömrəli, xx.xx.2018-ci il tarixli Xəzər rayon Məhkəməsinin 3(003)-296/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 2098/19 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1984/19 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2071/19 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2082/19 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən borclu "xxxx" MMC 3.300 (üç min üç yüz manat) və 20.818 (iyirmi min səkkiz yüz on səkkiz) avro, 52 (əlli iki) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədilə təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi 3(060)-998/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-205/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-202/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-200/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-199/18 nömrəli. xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-204/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin 3(003)-203/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1376/18 nömrəli, xx.xx.2018-ci il tarixli Xəzər Rayon Məhkəməsinin 3(003)-296/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2098/19 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1984/19 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2071/19 nömrəli, xx.xx.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2082/19 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə borclu - 13 avqust 1976-cı ildə Bakı şəhərində doğulmuş və Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında yaşayan "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüquqularının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 8(060)-480/2019 nömrəli qərardadı ilə təqdimat təmin edilərək icra sənədləri üzrə borclu 13 avqust 1976-cı ildə Bakı şəhərində doğulmuş və Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında yaşayan "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan narazı qalan borclu "xxxx" MMC-nin rəhbəri Borclu şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)480/2019 saylı, 29 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi və icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-480/2019 nömrəli, 29 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Göründüyü kimi hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq Borclu yenidən məhkəməyə edərək 29 iyul 2019-cu il tarixli qərardadın ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə bu işə apellyasiya qaydasında baxılaraq məhkəmə aktının yoxlanılmasını nəzərə almamışdır. Bununla yanaşı həmçinin o da qeyd olunmalıdır ki, Borclu müraciətində qərardadın ləğvi kimi artıq həmin hüquqi şəxsin rəhbəri olmadığına istinad etmişdir. Halbuki bu hal məhdudlaşdırma barədə qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, İcra haqqında Qanunun 84-1.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun mənasına görə məhdudlaşmanın götürülməsi məhkəmənin yox, icra qurumunun səlahiyyətlərinə aiddir. Lakin Borclu müraciətini icraata götürüb baxan birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməli olmasına (icra qurumuna müraciət etməli olmasına) əhəmiyyət verməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli və onunla bağlı 19 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə (şikayətə) qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla müraciətə yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 42-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli və onunla bağlı 19 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Borclu ərizəsinə (şikayətinə) yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-10/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-10/2023
25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver