Məhkəmə qərarları › İş №8(105)-100/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-100/2023

29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-100/2023 29.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X25 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X6 məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimata dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-500/2023 nömrəli qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X16 və X15 30 oktyabr 2014-cü il tarixli, 764/182/2014 saylı müqavilə üzrə cəmi 8801.89 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. Cavabdeh X7 1 ədəd “X30”, binocular 45, Led light Source markalı avadanlıq işlək vəziyyətdə geri alınaraq Tələbkar QSC”-yə geri qaytarılmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov əmlak üzərinə həbs qoyulması barədə verdiyi təqdimatı onunla əsaslandırmışdır ki, icra zamanı tələbin təmin edilməsi üçün borclu X22 məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya onlar tərəfindən aşkar olunmamışdır. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan icra sənədi üzrə borclu X17 X10 ilə xx.xx.2018-ci il tarixdən birgə nikah aktı qeydə alınmışdır. Elektron portaldan əldə etdikləri məlumata əsasən X6 məxus daşınmaz əmlakların olduğu məlum olunmuşdur. Sözügedən əmlaklar X26 ilə birgə nikah zamanı alınmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq borclu X6 məxsus əmlakların üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-500/2023 saylı qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X6 məxsus əmlakların üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə təqdimatın təmin edilməməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Hazırda həmin qərardaddan narazı qalan “Beynəlxalq Lizinq QSC” Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-500/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-500/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023cü il tarixli, e8(060)-500/2023 saylı qərardadında yazılmışdır ki, “borclu olunan məbləğlə üzərinə həbs qoyulması tələb edilən daşınmaz əmlak mütənasiblik təşkil etmir. Bu xüsusatı əsas gətirən hakim təqdimatı rədd etmişdir. Məhkəmənin bu əsassız “qənaəti” ilə razılaşmırlar, çünki “Təqdimat”dan və iş materiallarından konkret olaraq bəlli olur ki, AR Prezidentinin Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Tələbkar QSC tərəfindən verilmiş çoxsaylı şikayət və müraciətlər əsasında borclu barəsində məcburi icra tədbirləri görülməsi üçün müvafiq addımlar atılmışdır. Borcluların bank hesabından çıxarışlar iş materiallarına əlavə edilmiş, həmçinin, üzərinə həbs qoyulması barədə Təqdimat verilmiş əmlakın mülkiyyət hüququ əsasında məxsusluğuna dair sənəd də iş materiallarına əlavə edilmişdir. Rəsmi nikah münasibətinə girən borclu ilə birgə nikahda olan şəxsə məxsus mülkiyyət əsasında olan fərdi yaşayış evinə, paylı mülkiyyətdə olan torpaq sahəsinə dair Çıxarışları heçə alan məhkəmə bir tərəfdən borclu ilə G.Mikayılovanın nikah münasibətinə daxil olduğunu bildirir, mülkiyyət hüququnu təsdiq edən Çıxarışın birgə nikah dövründə verildiyini təsdiq edir, digər tərəfdən isə özünün iş materiallarına əlavə edərək sübut kimi istinad etdiyi əsasları təkzib edərək sanki belə bir halın olmadığı qənaətini yaradır. Borclunun Dövlət adından qəbul edilən qərarın icrasına maneəçilik törətməsi aşkar isbat edildiyi halda və borcun ödənilməsinə şərait yaranmasına rəğmən qərardadda sadəcə bir cümlə ilə Təqdimatın rədd edilməsinin əks edilməsi həqiqətən də təəccüb və təəssüf hissi doğurur. Müvafiq məhkəmənin qətnaməsi ilə borclu X16 və qeyrisindən 8.831,89 manat pul vəsaitinin alınaraq Tələbkar QSC-nin xeyrinə ödənilməsi və dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyekti olan 1 ədəd lizinq predimetinin qanunsuz istismardan geri alınaraq Tələbkar QSC-ə qaytarılması qət edilmişdir. Qeyd edilən təqdimat verilməzdən əvvəl tərəflərindən mövcud Qanunvericiliyin konkret normalarına istinad edilməklə əsaslandırılmış ərizə ilə İcra Şöbəsinə müraciət edilərək borclunun Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi, əsas olmadığı halda vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımların Tələbkar QSC-nin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməsi göstərilmiş, borclu barəsində məcburi icra tədbirləri görülməsi tələb edilmişdir. Borclunun vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımlar dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın qanunsuz istismar sayəsində yararsız vəziyyətə düşməsi ilə nəticələnmişdir ki, mövcud Qanunvericilik bu cür halların qarşısının alınması üçün əhəmiyyəti olan icra institunu nəzərdə tutmuşdur. Müraciət və tələblərinə baxmayaraq hələ də borclu tərəfindən borc məbləği ödənmədiyi üçün icra məmuru tərəfindən verilən əsaslı təqdimatın məhkəmənin birtərəfli qərardadı əsasında rədd edilməsi həqiqətən də hüquq pozuntusudur. Məhkəmə təqdimata baxıb heç bir araşdırma aparmadan qərarını elan edərkən qərardadı demək olar ki, əsaslandırmamış və təqdimatın rədd edilməsinə əsas verən halın məhz nədən ibarət olunduğu xx.xx.2023cü il tarixli qərardadda əks edilmir. Qeyd edilənlərə əsasən tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 8(060)500/2023 saylı iş üzrə 19 iyun 2023-cü il tarixli qərardadını ləğv edərək təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini və ya əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-500/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə tələb olunan borc məbləğinin X3 tutulması üçün təqdimata əlavə olunmuş materiallardan digər icra tədbirlərinin ardıcılıqla həyata keçirilməsi, barəsində olan icra tədbirindən məlumatlı olması müəyyən edilmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, görülmüş icra tədbirlərinin ardıcıllığı müəyyən edilməyərək öz təsdiqini tapmır. X1 borclu olduğu məbləğlə üzərinə həbs qoyulması əmlaka münasibətdə mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından mütənasiblik təmin edilmir. Borcluya münasibətdə onların birgə nikahda olmaları, hazırki halda barəsində təqdimat verilmiş şəxsin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dəlalət etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X16 və X15 30 oktyabr 2014cü il tarixli, 764/182/2014 saylı müqavilə üzrə cəmi 8801.89 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. Cavabdeh X7 1 ədəd “X30”, binocular 45, Led light Source markalı avadanlıq işlək vəziyyətdə geri alınaraq Tələbkar QSC-yə geri qaytarılmalıdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraaa başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən qərar qəbul edilmişdir. 23 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, borclu X6 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddət müəyyən edilmiş, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi və müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. X10 bildirişin sürətini xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 11 aprel 2023-cü il tarixli, 3-16-5/7-1557/14 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaş X17, X4 ilə xx.xx.2004-cü ildə 1378 saylı nömrə ilə Sumqayıt Şəhər nikah evində nikah aktı qeydə alınmış və xx.xx.2010-cu ildə Sumqayıt Şəhər qeydiyyat şöbəsində 135 saylı nömrə ilə nikahın pozulması qeydə alınmışdır. X26 ilə X11 xx.xx.2010-cu ildə 4 saylı akt qeydi ilə Qəbələ Rayon Bunud İcra nümayəndəliyində nikah aktı qeydə alınmışdır. X9, X10 ilə xx.xx.2018-ci ildə 54 saylı nömrə ilə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində nikah aktı qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs X18 olmaqla, daşınmaz əmlakın növü fərdi yaşayış evi olmaqla, daşınmaz əmlakın olduğu ünvanı Bərdə rayonu, Vəliuşağı kəndində yerləşməklə 162.7 kvadradmetr sahəsi olan mülkiyyət xüsusi mülkiyyət hüququ əsasında X12 fərdi yaşayış evi tam, torpaq sahəsi 2/6 hissə olmaqla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi üzrə tələb olunan borc məbləğinin borclular X26 və X7 tutulması üçün iş materiallarında yalnız icraata başlamaq haqqında qərarın göndərilməsinə dair məktub əlavə edilmiş, lakin qeyd edilən icraata başlamaq haqqında qərarın borcluya rəsmi qaydada çatdırılmasına dair hər hansı sübut mövcud deyildir. Bundan başqa borclulara dair bank hesablarında pul vəsaitlərinin, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması, borcluların hər hansı müavinətin alıb-almaması araşdırılmamışdır. Bununla da müəyyən edilir ki, icra tədbirləri aradıcılıqla həyata keçirilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqdimatda qeyd edilən Bərdə rayonu, Vəliuşağı kəndində yerləşməklə 162.7 kvadradmetr sahəsi olan mülkiyyət xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evi tam, torpaq sahəsi 1/6 hissə olmaqla Mikayılova (Ağayeva) Göhər Ədalət qızının adına dövlət reyestrində qeydə alınmış əmlak X16 ilə birgə nikah dövründə qeydiyyata alınsa da həmin əmlak üzərində borclu X9 payı mövcud deyil. Əmlak üzərinə paylar Mikayılova (Ağayeva) Göhər Ədalət qızı ilə yanaşı 2/6 hissədə onun anası Tahirə Hacıyeva, hər biri 1/6 hissə olmaqla bacıları X8, X13, X2 mülkiyyətindədir. Hazırki halda həmin əmak üzərinə həbs qoyularaq hərracda satılması iş üzrə borclu olmayan və əmlak üzərində 5/6 hissədə payları olan digər 4 mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-500/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar