Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-100/2024 12.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin şikayətin geri qaytarılması haqqında 04 iyul 2024cü il tarixli, 8(060)-8/2024 saylı qərardadından X1 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətinin qanunsuz hesab edilməsi və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 nömrəli icra sənədi üzrə borclu X4 mülkiyyətində olan üzərinə həbs qoyulmuş Sumqayıt şəhəri, Xovlu iplik fabrikinin cənub hissəsində yerləşən 1.250 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsi məqsədilə qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadı ilə Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətinin qanunsuz hesab edilməsi barədə X1 şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). X1 vəkili-nümayəndəsi Nümayəndə məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadına əsasən həmin şikayətin qanunla müəyyən olunmuş prosessual müddətin ötürülməsi ilə verildiyindən baxılmadan geri qaytarılması qərara alınmışdır (hakim Şəbnəm Haxıyeva). Tələbkar R.Əmirovun vəkili-nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadından da şikayət verərək qərardadın ləğv olunmasını, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadı ilə həmin Məhkəmənin 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadından tələbkar R.Əmirovun vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Haxıyeva). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadı ləğv edilərək, Sumqayıt Şəhər Məhkəməsinin Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətinin qanunsuz hesab edilməsi barədə X1 şikayətinin təmin edilməməsinə dair 20 may 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadından tələbkar R.Əmirovun vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş və qanunla müəyyən olunan prosessual müddətin ötürülməsi ilə verildiyi səbəbi ilə baxılmadan geri qaytarılmış şikayətə yenidən baxılması üçün hazırkı işin materialları həmin Məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadında həmin məhkəmənin 20 may 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadından verilmiş şikayətin baxılmadan geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir... Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 8(060)- 8/2024 nömrəli qərardadı X1 vəkili-nümayəndəsi Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, şikayət isə xx.xx.2024-cü il tarixdə, yəni qərardaddan şikayət üçün qanunla müəyyən olunmuş müddət bitdikdən sonra verilmişdir. MPM-in 130.3-cü maddəsinə görə isə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır... Ona görə də məhkəmə hesab etmişdir ki, X1 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 8(060)- 8/2024 nömrəli qərardadından verilmiş şikayət geri qaytarılmalıdır. Tələbkar R.Əmirovun vəkili-nümayəndəsi Nümayəndə isə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadından şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tələbkarın əvvəlki nümayəndəsinə qəradadın daha əvvəl çatdırıldığını qeyd etmiş və müddət axımını həmin vaxtdan hesablamışdır. Bu isə yanlışdır. Çünki tələbkarın özünə həmin qərardad rəsmi qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin qərardaddan şikayət isə tələbkarın ilk məhkəmədə olan nümayəndəsi Vəkil tərəfindən deyil, Nümayəndə tərəfindən verilmişdir. Buradan da açıq-aydın görünür ki, tələbkarla Vəkil arasında sonradan heç bir münasibət olmamışdır. Tələbkara rəsmi qaydada qərardad çatdırılandan sonra o, həmin qərardaddan şikayət vermişdir. Tələbkarın özünün elektron məhkəmə portalı (elektron kabineti) olmadığı üçün qərardadı yalnız kağız üzərində ala bilərdi. Bu hallar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, məhkəmə şikayətin başqa vəkil tərəfindən verildiyini və tələbkara qərardadın gec çatdırılmasını nəzərə almalı idi. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə borclunun və tələbkarın nümayəndəsi Vəkil “AZEMİS”də olan elektron kabinetlərinə yerləşdirilmiş, tələbkarın özünün elektron kabineti olmadığından qərardadın surəti ona sifarişli poçtla göndərilmişdir. Lakin sifarişli məktub X3na çatdırılmayaraq məhkəməyə geri qaytarılmışdır. X8 qərardadın surətini xx.xx.2024-cü il tarixdə məhkəmədə təqdim olunmaqla almışdır. Həmçinin müəyyən olunmuşdur ki, tələbkarın nümayəndəsi Vəkil hələ xx.xx.2024-cü il tarixdə, yəni xx.xx.2024-cü il tarixli qərardad çıxarılanadək vəfat etmiş, lakin bundan işdə iştirak edən şəxslər, o cümlədən tələbkar özü məlumatlı olmamışdır. Ona görə də qərardad qəbul ediləndən sonra tələbkar öz vəkili-nümayəndəsi ilə əlaqə saxlaya bilməmiş, qərardadın qəbul edilməsindən bir ay keçəndən sonra onu məhkəmədən əldə etmiş və başqa vəkil Nümayəndə ilə müqavilə bağlayıb, həm də sonuncuya nümayəndəlik üçün etibarnamə verib bu vəkil-nümayəndə vasitəsilə qərardaddan şikayət vermişdir. Göründüyü kimi, tələbkarın vəkili-nümayəndəsi vəfat etdiyindən xx.xx.2024-cü il tarixli qərardadın sonuncunun elektron kabinetinə yerləşdirilməsi əhəmiyyətsiz olmuş, tələbkar özü isə həmin qərardadın surətini yalnız xx.xx.2024-cü il tarixdə almışdır. Belə vəziyyətdə qərardaddan şikayət müddətinin onun tələbkarın vəfat etmiş vəkilinümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi vaxtdan hesablanması düzgün olmaz. Tələbkar özü qərardadın surətini rəsmi qaydada alandan sonra isə ondan şikayəti müddət ötürmədən (xx.xx.2024-cü il tarixdə) vermişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X1 xx.xx.2024-cü il tarixli qərardaddan şikayət müddətini ötürüb-ötürməməsi, yaxud müddəti ötürməsinin üzrlü səbəblə (vəkili-nümayəndəsi Vəkil ölümü ilə) bağlı olubolmaması məsələlərini lazımınca araşdırmamış, bu baxımdan şikayətin geri qaytarılması barədə yetərincə əsaslı olmayan nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, X1 vəkili-nümayəndəsi Nümayəndə şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2024cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadı ləğv edilməli və bu qərardadla həll olunmuş məsələyə yenidən baxılması üçün hazırkı işin materialları həmin Məhkəməyə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması haqqında qərardadından verilmiş şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 266-269, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: X1 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin “şikayətin baxılmadan geri qaytarılması haqqında” 04 iyul 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin Cavabdeh icra məmuru Orxan Bağırovun hərəkətinin qanunsuz hesab edilməsi barədə X1 şikayətinin təmin edilməməsinə dair 20 may 2024-cü il tarixli, 8(060)-8/2024 nömrəli qərardadından tələbkar R.Əmirovun vəkilinümayəndəsi Nümayəndə tərəfindən verilmiş və qanunla müəyyən olunan prosessual müddətin ötürülməsi ilə verildiyi səbəbi ilə baxılmadan geri qaytarılmış şikayətə yenidən baxılması üçün hazırkı işin materialları Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-100/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-100/2024
12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver