Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-101/2023 31.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 8(060)-256/2023 nömrəli qərardadından X8 İsax qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) ərizənin təmin edilməsi, Cavabdeh icra məmuru Tural İsayevin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-84/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. X11 qızı ərizə ilə məhkəməyə müraciət edərək, qərardadda yol verilmiş yanlışlıqların düzəldilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-256/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında buraxılmış yanlışlığa düzəliş edilməsinə dair X8 İsax qızı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. X8 İsax qızı həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-256/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından borclu X11 qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X11 qızı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Tural İsayevin 2(105)-84/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-84/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etmişdir. X8 İsax qızı ərizə ilə məhkəməyə müraciət edərək, qərardadda yol verilmiş yanlışlıqların düzəldilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X8 İsax qızı Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli iş № 8(060)- 256/2023 nömrəli qərardadını ləğv edərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 256/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərardadında buraxılmış yalnışlıqların və açıq səhvlərin düzəliş edilməsi, ərizəmin əsaslandırma hissəsində “ Cavabdeh böyük icra məmuru X7, xx.xx.2022-ci il tarixli qərarla icraata başlamış Sumqayıt Apellyasiya Məhkəməsini 2(105)-84/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə məsələyə baxaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 84/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədini tələbkar X3 ərizəsinə əsasən tam icra etməsi, xx.xx.2007-ci il tarixində bağlanmış barışıq sazişinə uyğun olaraq həmin Qərardad üzrə Sumqayıt şəhər Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.m olan bağ sahəsi, 1200 kv.m iddiaçı ƏsgərovAşur Kamil oğlunun, 200 kv.m X2, 400 kv.m. HüseynovAğaşükür oğlunun, 600 kv.m cavabdeh X11 qızının və B1895 №-li 1200 kv.m bağ sahəsi bütövlükdə X4 icarəsində saxlanılmaqla bölünməli olması, Sumqayıt şəhər üzrə İcra İdarəsinin böyük icra məmurunun qanunu və mənim hüquqlarımı kobud şəkildə pozaraq, 11 may 2022-ci ildə qərar qəbul edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2xx-xx/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verməsini” qeyd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərardadında isə ərizənin əsasdırılması hissəsində səhvən qeyd olunmuşdur ki, “Cavabdeh böyük icra məmuru Tural X1 ərizəsinə əsasən tam icra etmiş və Cavabdeh xx.xx.2022-ci il tarixli 2(105)-84/2020 nömrəli icra sənədinə xitam verilməsi haqqında qərarı ilə Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-84/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. xx.xx.2007-ci il tarixində bağlanmış barışıq sazişinə uyğun olaraq həmin icra sənədi üzrə Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.m X2, 400 kv.m. Hüseynov Ağaşükür oğlunun, 600 kv.m X11 qızının və B1895 №-li 1200 kv.m bağ sahəsi bütövlükdə X4 icarəsində saxlanılmaqla bölünməli idi. Sumqayıt şəhər üzrə İcra İdarəsinin böyük icra məmuru qanunu kobud şəkildə pozaraq hüquqlarımı pozmuş, icra sənədi üzrə icraata xitam vermişdir. xx.xx.2023-cü il tarixli qərardadın ərizənin əsaslandırma hissəsində qeyd olunmuş yalnışlıq onun hüquqlarını pozur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-256/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında hər hansı yanlışlığa və açıq hesab səhvlərinə yol verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X8 İsax qızının şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli və onunla bağlı 07 avqust 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-101/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-101/2023
31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver