Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-101/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1496/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş 22 yanvar 2013-cü il təvəllüdlü X5 və 12 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün müəyyən edilmiş 193 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manata) münasibətdə indeksasiya edilərək Borclu alınaraq onun xeyrinə ödənilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir.
2. X2 ərizəsini onunla əsaslandırmışdır ki, onunla Borclu nikahı 07 dekabr 2011-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların birgə nikahdan 22 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 aprel 2018-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Nikahları Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)- 1496/2022 nömrəli qətnaməsi ilə pozulmuş, uşaqların onun yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 193 manat məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Onun aldığı əmək haqqı iki məktəbli övladının maddi tələbatını, onların ehtiyaclarını ödəmir. Azərbaycan Respublikasının 2022-ci il üçün minimum əmək haqqının məbləği 300 manat, 2025-ci il üçün minimum əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir.
3. Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) ərizə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1496/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 22 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu X1 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
4. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1, 8.4-2-ci maddələrinə istinadla əsaslandırmışdır.
5. Qərardaddan narazı qalan Borclu şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, X2 işləyir, aylıq 1200 manat məbləğində əmək haqqı alır. O, isə hazırda heç bir yerdə işləmir. Hərbi xidmət zamanı aldığı psixoloji zərbənin təsirlərini hələ də çəkir. Bundan əlavə hazırda yenidən ailə həyatı qurub, kirayə evdə yaşayır. Övladları Rafiq və Hüseynlə mütəmadi olaraq görüşməsə də daim ünsiyyətdə olur, fərdi qaydada işləyib gəliri olduqda onlara həm də maddi köməklik göstərir. Böyük oğlu Hüseyn onunla bir yerdə qalmaq istəyir, lakin ərizəçi buna imkan vermir. Hətta, oğlu təhsil aldığı məktəbdə də davadalaş salıb məktəb qaydalarının pozmasına səbəb olan hərəkətləri də onunla birlikdə yaşamaqdan ötrü edir. Məhkəmə hazırkı ərizəyə onun iştirakı olmadan baxmış, işsiz olması, heç bir yerdən gəliri olmamasını, kirayədə yaşaması və hazırda yenidən nikahda olması kimi diqqətəlayiq halları nəzərə almadan qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə ərizə üzrə qərardad çıxararkən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, onun iştirakı olmadan, iş üzrə vəsatətlərini nəzərə almadan yanlış qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
13. Apellyatorun hazırkı şikayəti Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
14. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
17. Abşeron Rayon Məhkəməsinin 2(012)-1496/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh X8 arasında İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 778 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları cavabdeh X4 (ananın) yanında qalmaları, iddiaçı Borclu cavabdeh X4 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
18. Hazırda ərizəçi Gülnarə Babayeva ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1496/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş 22 yanvar 2013-cü il təvəllüdlü X5 və 12 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün müəyyən edilmiş 193 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manata) münasibətdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
21. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,64 misli (193:300=0,64) həddində müəyyən edilmiş olur.
22. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-1496/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 22 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu X1 xeyrinə tutulan alimentin məbləğini sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.
23. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.