Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-103/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, X4 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ X2 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Tələbkar ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021-cil tarixli qətnaməsi birgə nikah dövründə əldə edilmiş “Honda CRV” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil bərabər paylara bölünməklə ½ hissədə Tələbkar, ½ hissədə isə X3 payları müəyyən edilmişdir. Tələbkar ilə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məlum olduğu kimi Azərbaycan Respublikasında keçirilən məhkəmə islahatı nəticəsində üçpilləli məhkəmə sistemi yaradılmış, fiziki və hüquqi şəxslərin hüquqlarının məhkəmə müdafiəsi imkanları daha da genişlənmiş, maddi və prosessual hüquq normalarını tənzimləyən yeni qanunlar qəbul edilmişdir. Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də “İcra haqqında” Azərbaycan Respublikası 20.1.2-ci maddəsidir. Həmin maddəyə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Lakin qanunvericiliyə edilmiş bu dəyişikliklə də xitamın əsaslarından biri olan barışıq sazişin təsdiq edilməsi məsələsinə aidiyyəti üzrə hansı instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmamışdır. Halbuki bu qaydanın müəyyənləşdirilməsi işlərə baxılmasında həlledici meyardır. Nəzərə alsaq ki, mövcud ərizə üzrə qəbul ediləcək məhkəmə aktından şikayət vermə hüququ nəzərdə tutulur, bu zaman həmin ərizələr üzrə məsələyə yuxarı məhkəmə (apellyasiya məhkəməsi) tərəfindən həll edilməsi tərəflərin həmin məhkəmə qərardadından şikayət etmək hüququnu məhdudlaşdırmış olar. Belə ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsində apellyasiya instansiya məhkəməsinin hansı qərardadlarından kassasiya şikayəti verilməsi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mövcud ərizə üzrə məsələnin yuxarı instansiya məhkəməsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həll edilməsi üçpilləli məhkəmə sisteminin mahiyyətinə zidd olduğundan ərizə Sarvan Hüseynova geri qaytarılmalıdır. Həmçinin ərizəçi qaldırılan məsələ ilə bağlı məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət etmə hüququ istisna olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ X1 Tələbkar ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-103/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-103/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver