Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-103/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və qəbul edilmiş məhkəmə aktları Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-329/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-329/2021 nömrəli icra sənədinə əsasən boşanmadan sonra birgə nikahda olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il tarixli X8 oğlu anaları X2 yanında qalmalıdırlar. xx.xx.2020-ci il tarixdən başlayaraq, Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, 300 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İcra sənədi 6 aya yaxındır ki, icra olunmur. Bununla əlaqədar dəfələrlə borclu şəxs Borclu qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, Borclu icra sənədinin icra qaydasını pozmuş, icra məmurunun qanuni çağırışları ilə gəlməkdən imtina etmiş, uşağın yeri barədə qeyri-dəqiq məlumatlar vermişdir. Bununla əlaqədar Borclu heç bir üzrlü səbəb göstərməyərək tələbi təmin etməmişdir. Borclu şəxs hal-hazırda ölkə hüdudlarından kənardadır və nə zaman qayıdacağı bəlli deyil. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadına əsasən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatının təmin olunması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməsi, qərardadın icrasının Sumqayıt şəhəri üzrə İcra idarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunması xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadına əsasən şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-32/2024 nömrəli qərardadı ilə Borclu nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli və bununla bağlı xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadları ləğv edilmiş və təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı ilə (Şəbnəm Həxiyeva) Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilməsi və qərardadın icrasının Sumqayıt şəhəri üzrə İcra idarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv olunması və təqdimatın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadına əsasən şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-63/2024 saylı qərardadına əsasən şikayətin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadının ləğv edilməsi, təqdimata yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı ilə (Şəbnəm Həxiyeva) Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilməsi və qərardadın icrasının Sumqayıt şəhəri üzrə İcra idarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, e137866/2023-47-21-005 nömrəli icra işindən də görünür ki, X8 oğlu ilə 15 və 20 sentyabr 2023-cü il tarixlərdə psixoloqun iştirakı görüş keçirilmiş, psixoloqun rəylərinə əsasən X8 oğlunun azyaşlı olduğunu nəzərə alaraq, profilaktik tədbirlərin görülməsi məsləhət görülmüşdür. Lakin icra sənədinin icrasını təmin edilməsi məqsədilə profilaktik tədbirlərin görülməsinin vacib olduğu halda, borclu ölkədən kənarda olduğunu bildirərək icra məmurunun çağırışlarına gəlməkdən yayınır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sonuncu dəfə 20 iyun 2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak etmişdir. Halbuki, Borclu Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanladığı teleqramda Azərbaycana məzuniyyətə qayıdacağı dövr ərzində icra məmurunun qanuni çağırışlarına gedəcəyini bildirsə də vədinə əməl etməmişdir. Borclu Azərbaycana qayıtdığı halda, Sumqayıt şəhəri üzrə İcra idarəsinə yaxınlaşmaması icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınma halı kimi qiymətləndirilməlidir. Borclunun xidməti vəzifəsinin ölkə hüdudlarından kənarda yerləşməsindən istifadə edərək, icra məmurunun çağırışlarına gəlməməsi uzun illər icra sənədinin icrasız qalmasına səbəb olacaqdır. X8 oğlunun azyaşlı olduğu üçün onun barəsində profilaktik tədbirlərin görülməsi vacibdir. Belə ki, onun kənar təzyiqlərı məruz qalması təkzib edilmir. Göründüyü kimi borclunun xidməti vəzifəsinin ölkə hüdudlarından kənarda yerləşməsini əsas tutaraq, icra məmurunun çağırışlarına Azərbaycan Respublikasında olduğu halda gəlməməsi, icra sənədinin icra edilməməsinə səbəb olan halların mövcudluğunun aradan qalxmamasına, icra sənədinin qərəzli şəkildə icra edilməməsinə şərait yaradır. X8 oğlunun qanuni qüvvəsini almış məhkəmə aktına əsasən anası X2 yanında qalmasının müəyyən edilməsinə, atası Borclu işi ilə əlaqədar mütəmadi Azərbaycan Respublikasından kənarda olduğuna baxmayaraq, azyaşlı X8 oğlu hazırda ana nəvazişindən və ailə qayğısından məhrum edilərək, bibisi X5 himayəsindədir. Borclu nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunması və təqdimatın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclunun şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, 8 aydır davam edən və dəfələrlə ləğv edilib geri qaytarılan iş üzrə bildirir ki, Sumqayıt Şəhər Məhkəməsi apellyasiya instansiya məhkəməsinin irad, tələb və tapşırıqlarına belə məhəl qoymadan “köçür-yapışdır” üsulu ilə əvvəlki qərardadını təzələmiş, qanunsuz, əsassız və qondarma “təqdimatı” növbəti dəfə təmin etmişdir. Sumqayıt Şəhər Məhkəməsi açıq-aydın qərəzli, qanunsuz, əsassız və ədalətsiz mövqe sərgiləyərək, təqdim etdikləri təkzibedilməz sübutlara, uşağın fəryadını əks etdirən səs yazılarına, video-görüntülərə, azyaşlının mənafeyinə və taleyinə son dərəcə laqeyd qalaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında vurğuladığı irad, tələb və tapşırıqlara məhəl qoymayaraq, apellyasiya instansiyası məhkəməsinin qanuni göstərişlərini də növbəti dəfə görməzlikdə gəlmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli, 8(105)-63/2024 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 saylı qərardadını ləğv edərkən, qərardadla bağlı ciddi iradlar bildirmiş, mühüm tapşırıqlar və konkret tələblər irəli sürmüş, 1-ci instansiya məhkəməsinin qərəzli, qanunsuz, əsassız və ədalətsiz mövqeyini çoxsaylı müddəa və bəndlərdə açıq-aydın göstərmişdir. Həmin bəndlərdən birində bildirilir: “İşdən göründüyü kimi iş üzrə Borclu Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyində birinci katib vəzifəsində çalışdığını, onun xidməti vəzifəsinin ölkə hüdudlarından kənarda yerləşdiyini, iki dəfə – 15 və 20 sentyabr 2023-cü il tarixlərdə uşağı şəxsən aparıb icra idarəsində icra məmuruna təhvil verdiyini, icra mümkün olmadığı üçün icra məmurunun uşağı qaytardığını, hazırda uşağın müvəqqəti olaraq bibisi Gülyaz Mehdiyeva ilə ünvan 5 ünvanında yaşadığını, Sumqayıt şəhərində yerləşən Dünya Məktəbində oxuduğunu, bu barədə dəfələrlə icra məmuruna məlumat verdiyini göstərir. Lakin birinci instansiya məhkəməsi həmin xüsusatlar üzrə araşdırma aparmamış, təqdimata yenidən baxarkən həmin hallara qiymət verməmiş, borclunun icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gələrkən icra sənədinin hansı səbəbdən icra edilməməsi, mövcud vəziyyətdə icra sənədinin icra edilməsi üçün borclunun yenidən icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsinin zəruriliyi, xidməti vəzifəsi ölkə hüdudlarından kənarda yerləşən hazırkı iş üzrə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınıb-yayınmaması kimi hallar araşdırılmamış və qərardad da əsaslandırılmamışdır.” Lakin, birinci instansiya məhkəməsi nə apellyasiya instansiyası məhkəməsinin irad və tələblərinə, nə də tərəfindən verilmiş vəsatətə məhəl qoymamış, bəzi kosmetik dəyişiklər istisna olmaqla, əvvəlki qərardadların məzmununa heç bir əsaslı dəyişiklik etmədən, yalan dolu əsassız və qərəzli təqdimatı növbəti dəfə təmin etmişdir. Borclu Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyində birinci katib vəzifəsində çalışması onun qanuni qüvvəsini almış məhkəmə aktının icrasından qərəzli şəkildə yayınmasına, habelə icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsinə əsas yaratmır.” Bir daha bəyan edir ki, o məhkəmə qərarının icrasının məcburiliyini ilk gündən – hər zaman dərk edərək, məhkəmə aktının icrasından qətiyyən yayınmamışdır. Əksinə, icra məmurunun tək bircə Whattsap mesajı ilə dərhal Yunanıstandan Azərbaycana qayıtmış, dəfələrlə şəxsən icra idarəsinə getmiş, iki dəfə – 15 və 20 sentyabr 2023-cü il tarixlərdə uşağı şəxsən İcra İdarəsinə apararaq, icra məmuruna təhvil vermişdir. Lakin, uşaq qarşı tərəfə getməkdən qətiyyətlə imtina etdiyi üçün, fiziki təzyiqlərə və gücə, sürüməyə və pəncərədən zorla verilmə cəhdlərinə ciddi dirəniş göstərdiyi üçün –icra sənədinin icrası mümkün olmamış, icra məmuru uşağı qaytarıb ona vermişdir. Uşağı qarşı tərəfə vermək üçün iki dəfə (15 və 20 sentyabr 2023-cü il) uğursuz cəhd etdikdən sonra, xidməti vəzifəsinin icrası ilə əlaqədər Yunanıstana qayıtmalı olduğunu icra məmuruna bildirmiş (Bakı-Afina təyyarə biletinin surətini təqdim etmiş), övladını Sumqayıt Dünya Məktəbinin 2ci sinfinə yerləşdirib, onu müvəqqəti olaraq (himayəsinin dəyişdirilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsində qaldırdığı iddia yekunlaşana qədər) bibilərinin yanında qoyub Azərbaycan Respublikasının Yunanıstadakı Səfirliyindəki xidməti vəzifəsini icrası ilə əlaqədər Afina şəhərinə geri dönmüşdür. 15 və 20 sentyabr 2023-cü il tarixlərdə uşaq qarşı tərəfə getməkdən qətiyyətlə imtina etdiyi üçün, icra sənədinin icrası mümkünsüz olmuşdur. Bu barədə psixoloqun yazdığı yekun Rəyi icra məmuru qərəzli və qanunsuz olaraq qəbul etməmiş, ona təzyiq edərək rəyi cırın atın göstərişi vermişdir Daha sonra, çoxsaylı şikayətlər nəticəsində psixoloq öz Rəyini təqdim etsə də, icra məmuru həmin Rəyi iş materiallarından çıxarmış, iz buraxmamaq üçün “itirmişdir”. Bu barədə psixoloq telefon vasitəsilə şəxsən borcluya bildirmiş, həmin səs yazılarının mətnini aşağıda olduğu kimi təqdim edir. 15 və 20 sentyabr 2023-cü il tarixlərdə İcra İdarəsində baş icra məmuru Aqil Məmmədovun hədə-qorxuları və fiziki təzyiqi nəticəsində azyaşlı uşaq fiziki-psixoloji sarsıntı keçirmiş, tibbi göndəriş əsasında 4 aya yaxın psixoloji müalicə almış, uşaqda yaranmış fiziki travmanın (axsaqlıq) müalicəsi isə bu günə qədər davam etməkdədir. Uşağa qarşı edilmiş qeyr-insani qanunsuz əməllərin videogörüntülərini dəfələrlə tələb etsə də, icra məmuru məhz həmin (səs yazılarındakı) video epizodları gizlətmiş, silib atmış, “itirmişdir”! (səs yazılıarı, tibbi sənədlər, Psixoloji Rəy və həmin rəyin əsasını təşkil edən video-görüntü CD-də iş materiallarında). 1-ci instansiya məhkəməsi qərardadını əsaslandırmaq üçün “psixoloqun rəylərinə” (mövcud olmayan) istinad etmişdir ki, təkcə bu faktın özü təqdimatın rədd esilməsi üçün ciddi əsasdır. Belə ki,, “Psixoloqun Rəyləri” (?) ilə bağlı 1-ci instansiya məhkəməsi Qərardadında yazır ki, “e137866/2023-47-21-005 nömrəli icra işindən də görünür ki, X8 oğlu ilə 15 və 20 sentyabr 2023-cü il tarixlərdə psixoloqun iştirakı ilə görüş keçirilmiş, psixoloqun rəylərinə əsasən X8 oğlunun azyaşlı olduğunu nəzərə alaraq, profilaktik tədbirlərin görülməsi məsləhət görülmüşdür.” Təkrar bildirir ki, iş materiallarında 15 və 19 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş icra tədbirlərinin nəticəsinə dair heç bir yekun “Rəy” yoxdur. Qərardadda gah “psixoloqun məktubları”, gah da “psixoloqu nrəyləri ” kimi istinad edilən “sənəd”, icra prosesləri günləri (2 gün) üçün ayrılıqda yazılımış əlyazma qeydləridir. xx.xx.2023-cü il tarixli həmin əlyazma qeyddə psixoloq Sevinc Əsədova qeyd edir ki: “...rəy vermək mümkün olmadı.” Psixolqun Rəy verməyin mümkün olmadığını öz əlyazması ilə təsdiq etsə də, məhkəmə də öz qərardadında psixoloqun yazdığını (“...Rəy vermək mümkün olmadı”) olduğu kimi qeyd etsə də, nəticədə məhkəmə həm psixoloqu, həm də özü-özünü inkar edərək, əlyazmalara “psixoloqun rəyləri” kimi istinad edib təqdimatı təmin etmişdir. İş materiallarında mövcud olan yeganə rəy 11 yanvar 2024-cü il tarixdə, ünvan 7 ünvanlanan “Vəkil Sorğusu” əsasında həmin müəssisədən verilmiş psixoloji rəydir ki, həmin rəydə aşağıdakılar qeyd olunmuşdur “X8 oğlunun idrak prosesləri (diqqəti yaradıcı və məntiqi təfəkkürü) yüksək səviyyədədir. Uşağın təlim motivasiyası, təlim və təhsil prosesinə marağı, təhsil almaq motivləri, məktəbə olan sevgisi yüksək səviyyədədir. Uşaqla bu günə qədər olan görüşlərə əsasən aparılan psixoloji metodikaların nəticələrinə əsaslanaraq deyə bilər ki, uşaqla ana arasında emosianal bağlılıq, anaya qarşı sevgi-məhəbbət hissi, anaya qarşı inam və güvən duyğusu yoxdur. Ataya qarşı isə sevgi emosional bağlılıq yüksək səviyyədədir. Nurlan atasını həyatının mərkəzinə qoyub və atasını itirmək ən böyük qorxusuna çevrilib. Hal-hazırki durumda uşaq atadan ayrılmağa hazır deyil. Atadan ayırmağa cəhd olunarsa uşaqda psixoloji travma, ağır stress, psixoloji sarsıntı özünə xəsarət yetirmə halları yaşana bilər. Sonda qeyd edilir ki, X8 oğlu ilə reabilitasiya prosesimiz davam edir. Bu müddətdə uşaqda olan travma, qorxular, həsasslıq üzərində korreksiya işlərimiz davam edəcək.” 11 yanvar 2024-cü il tarixli “Psixoloji Rəy”dən göründüyü kimi, uşaqda anaya qarşı heç bir “bağlılıq, hiss və duyğu yoxdur.” Digər tərəfdən, uşaq son dərəcə ataya bağlıdır və uşağın atadan alınmasına cəhd edimləsi uşaqda fiziki (özünə xəsərət yetirmə) və psixoloji (ağır stress) kimi ciddi fəsadlarla nəticələnə bilər. 1-ci instansiya məhkəməsi qərardadını əsaslandırmaq üçün “2-günlük Azərbaycana qayıtmağına” istinad etmişdir ki, bu fakt da təqdimatın rədd esilməsi üçün ciddi əsaslardan biridir. Belə ki, qoşmadakı sübutlardan da göründüyü kimi 2-günlük Azərbaycana qayıtmaqda əsas məqsədi, icra sənədi üzrə uşağın qarşı tərəfə verilməsinə növbəti dəfə cəhd etmək olmuşdur. Diplomatik xidmətdə olduğu Yunanıstandakı Səfirliyinin “Əmr”indən də göründüyü kimi, 20-21 iyun 2024-cü il tarixlərdə məzuniyyət götürərək Azərbaycana qayıtmış (“Əmr”in surəti qoşmada), dərhal Sumqayıt İcra İdarəsinin və İcra Baş İdarəsinin rəhbər vəzifəli şəxslərinə məlumat verərək, icra sənədi üzrə proseslərə başlanmasını xahiş etmişdir. Belə ki, qoşmada təqdim etdiyi sübutlardan da göründüyü kimi, 20 iyun 2024-cü il saat 17:16-da Sumqayıt İcra İdarəsinin rəisi cənab Anar Həsənovun mobil telefonuna (***-***-**-**) zəng edərək qətnaməni icra etmək məqsədilə Azərbaycana gəldiyini bildirmişdir. X15, xidməti vəzifəsini icrası ilə bağlı 2 gün sonra (həftəsonu) yenidən Yunanıstana qayıtmalı olduğunu və uşağın qarşı tərəfə verilməsi üçün bu günlərdə yenidən cəhd edilməsini xahiş etmişdir. Əgər ölkədə olduğu bu 2 gün ərzində mümkün olmazsa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsini (“borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir”) xatırladaraq, icra sənədini icra etmək məqsədilə, istənilən vaxt (yəni, ölkədə olmasa belə) uşağı yaşadığı ünvandan (Sumqayıt Xəzər Bağları 571) müvafiq Qəyyumluq və Himayəçilik Komissiyasının əməkdaşları/psixoloqu ilə (əvvəlki icra proseslərində uşağın aldığı fiziki və psixoloji travmaları nəzərə alaraq) gəlib aparmalarını xahiş etmişdir (telefon zənginin tarixi, saatı, dəqiqəsi, və danışığın sürəsini (3 dəqiqə) əks etdirən ekran şəklini qoşmada təqdim edir). Telefon danışığı zamanı, İdarə rəsi Anar Həsənov, 15 və 20 sentyabr 2023-cü il tarixlərdə şahidlik etdiyi icra məmurlarının uşağa qarşı qeyri-insani və qanunsuz əməllərini yaxşı xatırladığını, “Həmin icra məmurlarının cəzalandırıldığını” bildirərək aşağıdakı yekun cavabı vermişdir: “Bu dəqiqə uşağı sizdən tələb edən yoxdur ki. Qoyun görək məhkəmə təqdimatla bağlı nə qərar çıxarır. Ondan sonra sizin məsələyə baxarıq.” İdarə rəsi Anar Həsənovun verdiyi qərəzli cavabla qane olmayıb, dərhal, 20 iyul 2024-cü il tarixdə İcra Baş İdarəsinə getmiş, Baş İdarədə Sumqayıt üzrə kurator Elvin Qulubəyliyə (***-***-**-**, saat 17:22-də) telefon zəngi edib, qətnaməni icra etmək məqsədilə Yunanıstandan Azərbaycana gəldiyini, (hazırda İdarənin dəhlizində gözlədiyini), lakin Sumqayıt İcra İdarəsinin məmurlarının təşəbbüsünə və çağırışlarına məhəl qoymadığını bildirərək, məhkəmə qətnaməsnin icrasına göstəriş verilməsini xahiş etmişdir (ekran şəklini qoşmada təqdim edir). 20 iyul 2024-cü il tarixdə, kurator Elvin Qulubəylinin tapşırığı əsasında, onu əvəz edən kurator Güney Hadıyeva tərəfindən İcra Baş İdarəsində (1-ci mərtəbədə) şəxsən qəbul edilmişdir. Qəbulda, qətnaməni icra etmək məqsədilə Yunanıstandan Azərbaycana gəldiyini, lakin Sumqayıt İcra İdarəsinin icra məmurlarının təşəbbüsünə və çağırışlarına məhəl qoymadığını bildirərək, məhkəmə qətnaməsnin icrasına göstəriş verilməsini xahiş etmişdir. Güney Hadıyeva kurtor vəzifəsini müvəqqəti icra etdiyi üçün Sumqayıt İcra İdarəsinə göstəriş vermək səlahiyyətinin olmadığını bildirmişdir. Qətnaməni icra etmək təşəbbüsünə və çağırışlarına İcra məmurlarının biganə münasibətini görüb Ədliyyə Nazirliyi Strate planlaşdırma və Monitorinq idarəsinin Baş məsləhətçisi Azər Cəforova (***-***-**-**, saat 17:45-də) telefon zəngi etmiş, şəxsən Ədliyyə Nazirliyinə şikayətə getmiş və növbəti gün – 21 iyun 2024-cü il tarixdə saat 15:30da A. Cəfərov tərəfindən Ədliyyə Nazirliyinin əsas binasında (1-ci mərtəbədə qəbul otağında) qəbul edilmişdir. Qətnaməni icra etmək məqsədilə Yunanıstandan Azərbaycana gəldiyimi, lakin Sumqayıt İcra İdarəsinin icra məmurlarının təşəbbüsümə və çağırışlarıma məhəl qoymadığını bildirərək, məhkəmə qətnaməsnin icrasına köməklik göstərilməsini xahiş etmişdir (ekran şəklini qoşmada təqdim edirəm). Baş məsləhətçisi A.Cəforov İcra Məmurlarının qərəzi ilə bağlı Strateji planlaşdırma və Monitorinq İdarəsinə ərizə ilə müraciət etməyini tövsiyyə etmişdir (həmin idarəyə təkcə 2024-cü ildə 14 ərizə təqdim etmişdir!) Dərhal Ədliyyə Nazirliyi Strateji planlaşdırma və Monitorinq İdarəsinin rəis Toğrul Hüseynova (***-***-**-**, 21 iyun 2024-cü il, cümə günü, saat 16:20-də) telefon zəngi etmişdir. Heç bir nəticə əldə edə bilməyib, geri Sumqayıta (yaşadığı ünvana), həftəsonu isə xidməti işi ilə bağlı Yunanıstana qayıtmışdır. (telefon zənginin ekran şəkli və xx.xx.2024-cü il tarixdə Afina şəhərinə giriş möhürünü göstərən passport səhifəsini təqdim edir). Yunanıstana qayıtdıqdan sonra da qətnaməni icrası ilə bağlı etdiyi təşəbbüs və cağırışlara İcra İdarəsindən heç bir reaksiya verilmədiyi, icra məmurları tərəfindən hərəkətsizlik və qərəzin davam etdiyini görüb, etibarnamə ilə nümayəndəsi Gülyaz Mehdiyeva vasitəsilə 15 iyul 2024-cü il tarixdə ərizə ilə Sumqayıt İcra İdarəsinin rəisi X15 müraciət etmiş və uşağı yaşayış ünvanından aparmağa gəlmələrini xahiş etmişlər (surətini qoşmada təqdim edir). Bu günə qədər ərizələrinə cavab, reaksiya verilməmişdir. Ərizə ilə kifayətlənməmiş, etibarnamə ilə qanuni nümayəndəsi Gülyaz Mehdiyeva vasitəsilə 16 iyul 2024-cü il tarixdə telelqram ilə Sumqayıt İcra İdarəsinin rəisi X15 yenidən müraciət edərək, 2(060)-329/2021 saylı icra sənədinin icrasna növbəti dəfə çağırış edərək aşağıdakıları bildirmişdir: “2(060)-329/2021 icra sənədinin icrasıyla bağlı Sumqayıt İcra İdarəsində dəfələrlə fiziki və psixoloji şiddətə məruz qalmış Nurlan Şahhüseynli yenidən İcra İdarəsinə getməkdən qətiyyətlə imtina edir! Çoxsaylı cəhdlərə baxmayaraq, onu heç cür İdarəyə apara bilmir. Atasının diplomatik xidmətdə olduğunu və uşağın İdarəyə getmədiyini nəzərə alaraq, sənədin icrası ilə əlaqədar, Nurlanı yaşadığı evdən (Sumqayıt Xəzər Bağları 571) video-çəkiliş və psixoloqun iştirakıyla aparmağı xahiş edir. Tel: **********. Qanuni nümayəndə Gülyaz Mehdiyeva” (surətini qoşmada təqdim edirəm). Bu günə qədər teleqrama cavab, reaksiya verilməmişdir. Qeyd edir ki, Nurlan sonuncu dəfə anası tərəfindən döyüldüyü tarixdən bəri – 3 ildir ki, kəsintisiz onun himayəsində yaşayır. Ötən bu illər ərzində “ana” uşağı görmək üçün bir dəfə də olsun cəhd etməmişdir! Bütün bu “canfəşanlıq”, “şou”, məhkəmə çəkişmələri keçmiş qayınatası Qurban Qurbanovun real vəziyyəti həzm edə bilməməsinin, ona qarşı kin, nifrət, qisas yanğısı və mənasız düşmənçiliyinin təcəssümüdür. Uşağın anasına qətiyyən getməməsinin və dolayısı ilə icra sənədinin icrasının mümkün olmamasının gunahını kiməsə yazmağa və ya “kənar təsir” axtarmağa cəhd etmək sadəlövhlük olardı. Uşağın anaya getməməsinin səbəbini məhz ananın özündə – uşaq doğulduğu gün etibarən ona qarşı daim ögey və laqeyd münasibətində, sevgisizliyində (qadının, boşandıqdan sonra “Nurlan ‘atasında’ (dırnaq arası) qalacaq” dair xx.xx.2018-ci il tarixli əlyazması qoşmada) uşağa qarşı mütəmadi fizki və psixoloji şiddətində (İXM 157, 158..) və s. kimi şəxsi keyfiyyət və psixi-ruhi sağlamlıq məsələlərində axtarmaq lazımdır (ana tərəfindən mütəmadi döyüldüyünü təsdiq edən xx.xx.2022-ci il tarixli Məhkəmə Psixoloji Ekspertizasının Rəyi, həmin işlə bağlı polisin qərarı, barəsində davam edən istintaq araşdırmasına dair Baş Prokurorluğun xx.xx.2024-cü il tarixli, və qadının psixi vəziyyətinə dair Arayiş qoşmada). Ana və uşaq arasında zərrə qədər belə emosional bağ qalmadığı halda (xx.xx.2024, Psixoloji Rəy), məhkəmə qərarı (icra sənədi) uşağa fiziki-psixoloji travma yetirməklə, ona hədə-qorxu gəlməklə, onu zor gücünə sürüyərək pəncərədən verməyə (uğursuz) cəhd etməklə icra olunmalıdırmı. Beləliklə, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, xx.xx.2023-cü il tarixli təqdimatın təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələbkarın şikayətə qarşı etirazı: Tələbkar etirazını onunla əsaslandırmışdır ki, borclunun bacısı Mehdiyeva Gülyaz tərəfindən borclunun dəsti xətti ilə yazılmış məktubu Sumqayıt İcra İdarəsinə göndərərək icra prosesi üçün icra məmurlarını naməlum ünvana dəvət edərək gözdən pərdə asmağa çalışmışdır. Sumqayıt Şəhər Məhkəməsində 11 iyul 2024-cü ildə Borclu məcburi gətirilməsi barədə İcra məmuru Rüfət Məmmədovun verdiyi təqdimata baxılıb qərar elan olunduqdan cəmi 4 gün sonra Sumqayıt Şəhər İcra İdarəsinə böhtan və nalayiq ifadələrlə dolu məktub ünvanlayaraq guya icra ilə bağlı narazılıq olmadığını deyərək, icra prosesi üçün icra məmurlarını naməlum ünvana dəvət edərək özünü icradan yayınmırmış kimi göstərmişdir. Bununla da onlar məhz bu yalanla dolu məktubu apellyasiya şikayəti zamanı işə yarayacaqlarını təxəyyül etmişlər. Elə bu zaman aşağıdakı haqlı suallar yaranır: Niyə borclunun məcburi gətirilməsi barəsində təqdimat təmin olunduqdan 4 gün sonra 15 iyul tarixində Borclu bacısı Gülyaz tərəfindən Sumqayıt Şəhər İcra idarəsinə guya icra məqsədilə bu məktubu ünvanlayır? Bəlkə borclu “sənəd toplamaq niyətilə bəlkə apellyasiyada işinə yarayar, bəlkə bu vasitə ilə məhkəməni aldadarıq” deyə belə bir biabırçı vasitəyə əl atmışlar? Sonra borclu apellyasiya şikayətində yazır ki, guya cəmi 2 dəfə icra prosesində iştirak etmiş psixoloq Əsədova Sevinc adlı qadın ona şifahi demişdir ki, icra prosesi dayanmalıdır, lakin yenə də borclu Rəhman uydurma təxəyyülünün növbəti məhsulu olan fikirlərinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bunun əksinə olaraq Sevinc Əsədova tərəfindən verilən 2 rəydə əslində Nurlanın anasına meylli olduğu və Nurlana kənar təzyiqlərin olması da müşahidə edilirdi deyə yazılı və möhürlü rəy vermişdir. Sentyabr ayında qısamüddətli təxmini 30 dəqiqə davam edən icra prosesi zamanı Nurlanı ağlatmaq məqsədilə ata adına belə layiq olmayan borclu Rəhman uşağı necə çimdikləmişdirsə uşaq o çimdikdən qorxaraq ağlamış Rəhman da dərhal bunu səsyazma cihazı ilə yazaraq guya uşağın anasını istəmədiyi üçün belə etdiyini demişdir. Təbii ki bu da borclunun icra prosesindən yayınmaq üçün əl atdığı növbəti variantlardan biri idi. Maraqlısı isə odur ki, sentyabr ayında guya icra prosesi zamanı gərginlik keçirən uşağın yalnız 3 ay sonra yanvar ayında reabilitasiyaya cəlb edilməsi həqiqətən də gülüncdür. Haqlı sual olunur ki, uşaq 3 ay gərginlik vəziyyətində necə qalmışdır? (hərçənd əslində uşaq heç bir gərginlik keçirmədiyindən dolayısı ilə reabilitasiyaya da cəlb edilməmişdir). Bundan sonra borclu ənənəvi saxtakarlıq proseslərini yerinə yetirərək uydurma yazılarla dolu saxta rəy almışdır. Lakin etdikləri çoxsaylı şikayətlər nəticəsində Sahhüseynli Rəhmanın diqtəsi ilə rəyi hazırlayan 1 saylı ASM-in guya psixoloqu olan (hərçənd bu qadının doğurdan da psixoloq olub-olmaması bəlli deyil) Zeynallı Lalə qadın və müəssisənin bas həkimi olan Təranə adlı qadın barəsində qanuna müvafiq tədbirlər görülmüş, barələrində araşdırma başlamış və onlara şiddətli töhmət verilmiş, həmçinin heç bir kargüzarlıq qaydalarına uymayan rəy haqqında xəbərdarlıq edilmiş və rəyin heç bir hüquqi əsası olmadığı vurğulanmışdır. Borclu yenə də öz saxta əməllərinə haqq qazandırmaqdan ötrü barəsində hər hansısa inzibati xəta barədə məhkəmə qərarı olduğunu iddia edir. Lakin bununla bağlı heç bir məhkəmə qərarını təqdim edə bilmir. Bir daha qeyd edir ki, barəsində hər hansısa orqanda heç bir araşdırma aparılmamaqdadır. Qeyd etməyi zəruri hesab edir ki, borclunun məcburi gətirilməsi ilə bağlı iki dəfə Sumqayıt Apellyasiya Məhkəməsi nədənsə guya işin tam araşdırılmaması qənaətinə gələrək əlavə olunmuş yeni suallarla təqdimatı yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Hətta Borclu və onun vəkili fürsətdən istifadə edərək vaxt udmaqdan ötrü Sumqayıt Şəhər Məhkəməsində bir neçə dəfə müxtəlif bəhanələrlə məhkəmə iclasını da təxirə salmışlar. 11 iyul 2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarında bütün suallar tam aydın, bariz, obyektiv şəkildə araşdırılmışdır. Əslində Apellyasiya Məhkəməsi də məhkəmə qərarının icra olunmamasına laqeyd yanaşmamalı və qərarın icra olunması üçün bütün zəruri hüquqi tədbirlər görməkdənsə təqdimatı nədənsə iki dəfə boş və mənasız suallarla geri qaytarmışdır. Lakin qoyulan bütün suallara 11 iyul 2024-cü il tarixli qərarla və təkzib olunmaz sübutlarla cavab verilmişdir. Azərbaycan Respublikası adından çıxarılan qərar 1 il 4 aydan çoxdur ki, icra olunmur. Yuxarıda qeyd edilənlərə və qoşmaya əlavə edilən mötəbər və təkzib olunmaz sənədlərə əsasən Borclu tərəfindən verilən şikayətin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadını dəyişdirmədən saxlanılmasını xahiş edir. İşdə olan sənədlər: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 oğlu anaları X1 yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-329/2021 saylı qərardadına əsasən ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 329/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədindəki “xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlunun anaları X2 yanında qalsın” ifadəsinin–uşaqlar atada olduğu halda onları atadan alınıb anaya verilməsini ehtiva etdiyi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə bildirişi aldığını imza edərək təsdiqləmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin X4 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2800/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər həftənin şənbə günü saat 10:00-dan 19:00-dək xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlu ilə anaları X2 iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatında daxil olmuş və görülmüş tədbirlər təmin edilmiş, lakin o uşağı icra sənədində qeyd olunan vaxtda geri qaytarmamışdır. Daha sonra digər uşağı X7 ilə bağlı görüş üçün müraciət etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “borclunun və uşağının axtarılması barədə” qərara əsasən xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu və uşağı xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlunun barəsində axtarış elan edilməsi qərara alınmışdır. Böyük icra məmuru Rüfət Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. 1 saylı Ailə Sağlamlıq Mərkəzinin Psixi Sağlamlıq Bölməsinin psixoloqu Əsədova S.Q. tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlu və atası - Borclu ilə ünsiyyət 15 sentyabr 2023-cü il tarixdə saat 11:00-da icra binasında təyin olunmuş icra prosesində rəy verilməsi üçün iştirak edilmişdir. Borclu və oğlu X8 oğlu ilə fərdi konsultasiyalar aparılmışdır. X8 oğlu anası ilə görüşməkdən, ünsiyyətdən imtina etdiyini bildirsə də, onun anaya meylli olduğu və bacısının adı gələndə kövrəldiyi hiss olunurdu. Qarşı tərəf, yəni anası X6 prosesə dəvət olunmadığından tam rəy vermək mümkün olmadı. Nurlanın ən böyük arzusu başqaları kimi onun da ailəsinin bir arada olmasıdır. 1 saylı Ailə Sağlamlıq Mərkəzinin Psixi Sağlamlıq Bölməsinin psixoloqu Əsədova S.Q. tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlunun anası X6 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün icra prosesində prosesə hər iki tərəf gəlmişdir. Hər iki tərəflər fərdi konsultasiyalar aparılmışdır. X8 oğlu ünsiyyət zamanı anasını görmək istəmədiyini bildirsə də, anası ilə ünsiyyət qurdu, bacısının adı çəkiləndə kövrəldiyi hiss olundu. Nurlan anaya tərəf getməkdən çəkinirdi. Ağlayıb qışqırırdı. Ailədə valideynlərin bir-biri ilə anlaşılmazlıqları, boşanmalar uşaqlarda psixoloji travmalar yaradır. Kənar təzyiqlərin Nurlana təsiri müşahidə olunurdu. X8 oğlunun azyaşlı olduğunu nəzərə alaraq, profilaktik tədbirlərin görülməsi məsləhətə uyğundur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılaraq, borclunun məcburi gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 oğlunun anaları X1 yanında qalması qət edilmiş, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-329/2021 saylı qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 329/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədindəki “xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlunun anaları X2 yanında qalsın” ifadəsinin – uşaqlar atada olduğu halda onları atadan alınıb anaya verilməsini ehtiva etməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi 12 iyun 2023-cü il tarixdə icraya yönəldilmiş və həmin tarixdə də icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsin mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlu ilə və anası X6 ilə aparılmış söhbətlər zamanı X8 oğlu anası ilə ünsiyyətdən yayınmaqla onunla görüşməkdən və onun yanına getməkdən imtina etmiş, X8 oğlunun psixoloji vəziyyəti nəzərə alınaraq, icraatda psixoloqun iştirakına zərurət yarandığından müvafiq qərar qəbul edilmişdir. İcra sənədi üzrə xx.xx.2016-cı iİ təvəllüdlü X8 oğlunun atasından alınaraq anasına verilməsi ilə bağlı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icra tədbirləri həyata keçirilmiş, lakin uşağın anasına verilməsi mümkün olmamış, növbəti icra tədbiri xx.xx.2023-cü il tarixinə təxirə salınmış, həmin tarixdə isə borclu Azərbaycan Respublikasında olmadığından icra tədbiri baş tutmamış və bununla bağlı icra məmurlarının iştirakı ilə 27 sentyabr 2023-cü il tarixli akt tərtib edilmiş və icra tədbiri 05 oktyabr 2023-cü il tarixinə təxirə salınmışdır. Borclunun nümayəndəsinin 27 sentyabr 2023-cü il tarixli akta verdiyi qeyddən isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə icra tədbiri zamanı növbəti icra tədbirinin xx.xx.2023-cü il tarixdə keçirilməsinin razılaşdırıldığını, lakin borclunun razılığı olmadan sonradan icranın günü dəyişdirildiyini, borclu isə həmin gün işi ilə əlaqədar olaraq ölkədən çıxmalı olduğundan 27 sentyabr 2023-cü il tarixə təyin edilmiş icra tədbirində iştirak edə bilməmişdir. 05 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş aktla isə borclunun xarici ölkədə olması ilə əlaqədar icra tədbirinin baş tutmaması müəyyən edilməkdədir. xx.xx.2023-cü il tarixdə borclunun və onun uşağı X8 oğlu barəsində axtarış elan olunması qərara alınmış, xx.xx.2023-cü il tarixdə isə borclunun məcburi gətirilməsi barədə qərar qəbul olunaraq, təqdimatla məhkəməyə müraciət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin qanunun 10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Həmin qanunun 11.1-ci maddəsinə əsasən icra hərəkətləri saat 8-dən tez və saat 22dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər Həmin qanunun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin qanunun 27.3-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Həmin qanunun 32.1-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Həmin qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin hallarından göründüyü kimi hazırkı icra sənədi üzrə icra hərəkətinin xüsusiyyəti borclunun şəxsən icra etməli olduğu vəzifədən kənara çıxmaqla, artıq icra sənədi üzrə anaya verilməli olan uşağın psixoloji vəziyyətindən və iradəsindən asılı hala gəlmişdir. Əks təqdirdə 2023-cü ilin sentyabr ayında aparılmış icra tədbiri nəticəsində uşağın anaya verilməsi təmin edilməli idi. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası hesab edir ki, uşağın anasına verilməsi ilə əlaqədar icra hərkətlərini borclunun icra prosessində təmsil edən nümayəndəsi və ya ona nümayəndə vasitəsi ilə uşağın təqdim edilməsi təklif edilməklə, təyin edilmiş icra yerində borclunun nümayəndəsi gəlmədiyi tədirdə də həyata keçirmək mümkündür. İşdə olan sənədlərdən isə görünür ki, borclunun icra icraatında nümayəndəsi olmaqla, işdə iştirak etməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları uşağın yaşadığı və ya təhsil aldığı yer müəyyən olmaqla, icra tədbirlərinin həmin yerdə də həyata keçirilməsi mümkündür. Hərçənd ki, iş materiallarından göründüyü kimi borclu şəxs xarici ölkədə olması ilə əlaqədar müvafiq icra hərəkətlərini nümayəndəsi vasitəsi ilə həyata keçirilməsinə, o cümlədən uşağın nümayəndəsi vasitəsi ilə icra prosessinə cəlb edilməsinə etiraz etməməkdədir. Həmçinin, icra məmurunun borclunun nümayəndəsi vasitəsi ilə icra hərəkətlərinə cəhd etməsi və borclunun da nümayəndəsi vasitəsi ilə də icra hərəkətlərindən yayınması iş materialları ilə müəyyən edilməməkdədir. Halbuki, icra tədbirinin borclunun qərəzli hərəkətləri nəticəsində nümayəndəsi vasitəsi ilə də aparıla bilməməsi onun üçün məsuliyyət yaradan hal hesab oluna bilər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, tərəflər arasında yaranmış gərgin münasibətlər zəminində tələbkarın müvafiq icra hərəkətlərinin həyata keçirilməsi üçün uşağın yaşadığı yerə getməkdən imtinası da mümkündür. Həmçinin, borclu tərəf isə uşağın İcra idarəsində icra tədbirlərinə gəlməkdən imtina etdiyini iddia etməkdədir. Belə olduğu təqdirdə isə dərs saatlarından sonra uşağın təhsil aldığı müəssisədə və ya digər məqsədəmüvafiq sayılan yerlərdə (uşaqlar üçün yaradılan istirahət guşələridə) müəyyən müddət ərzində uşağın anasına verilməsi ilə bağlı proflaktiki icra tədbirlərinin həyata keçirilməsi də mümkündür. Hərçənd ki, iş materiallarında olan tələbkarın müraciətlərindən görünür ki, o, borclunun icra tədbiri zamanı uşağa psixoloji təzyiqlər etməsini iddia etməkdədir. Qeyd edilən vəziyyətin mövcudluğu halında isə borlunun icra tədbirində iştirak etməməsi, əksinə icra tədbirinin effektliyini artıra bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə edilməyən halı kimi borclunun xarici öləkədə işləməsi, işlədiyi, onun ölkədə yaşayış yerinin məlum olması, uşağın qaldığı ünvanın, təhsil aldığı müəssisənin müəyyən oludğu halda icra məmurunun borclunun axtarışının elan etməsi, borclunun məcbiri gətirilməsinə dair müvafiq qərar qəbul edilməsi hazırkı icra sənədinin icrası istiqamətində görülmüş effektiv icra tədbiri hesab olunmamaqla, hazırkı işin xüsusiyyətlərinə görə borclunun xarici ölkədə işləməsi ilə əlaqədar icra şöbəsinə gələ bilməməsi isə onun icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması halı kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, borclu barəsində məcburi gətirilmənin tətbiqi üçün onun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması halı sübut olunmalıdır. İş materialları ilə isə bu hal sübut olunmamaqdadır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli qərardadı ləğv edilməli, borclunun məcburi gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-103/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-103/2024
26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver