Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-104/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X3, X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr N7-ci il tarixli, 2(060)-16988/N7 saylı əmrinin hissə-hissə icra olunması barədə icra sənədi üzrə X1 ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 8(060)-103/2021 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmri üzrə öhdəliyin hissə-hissə- 6 ay ərzində icra edilməsi barədə qəradad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, 2006-cı il tarixdən Azərbaycan Ordusunda xidmət edir. Hal-hazırda Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdədir. N6-cı ildə aprel döyüşlərində və 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixlərə qədər aparılmış döyüş əməliyyatlarında hərbi hissədə şəxsi heyəti ilə birlikdə iştirak etmişdir. Etdiyi nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müdafiə Naziri adından müxtəlif adda medallarla təltif olunmuş, yuxarı komandanlığın və hərbi hissə komandirinin adından fəxri fərmanlar və digər qiymətli hədiyələrlə mükafatlandırılmışdır. O, 20.02.N3-cü il tarixdə Tələbkar ASC dən kredit müqaviləsi ilə götürdüyü 500 manat kredit borcunu müəyyən vaxtlarda bank tərəfindən verilmiş qrafikə uyğun olaraq 50 manat məbləğində ödənişlər etmişdir. Sonradan ailə vəziyyətində yaranmış problemlər nəticəsində banka olan kredit borcunun bir qismini ödəyə bilmədiyi üçün kredit öhtəliyində gecikmələr yaranmışdır. Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək kredit borcunun ödənilməsi barədə iddia qaldırmışdır. 07.11.N7-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən onun aylıq məvacibindən 50 faiz pul tutularaq Tələbkar ASC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Onun ailə üzvləri özü ilə birlikdə 5 nəfərdən ibarətdir, hər ay 640 manat məvacib alır və 264 manat məbləğində “xxxx“ ASC-yə ipoteka krediti ödəyir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-16988/N7 saylı, 07 noyabr N7-ci il tarixli məhkəmə əmrində göstərilmiş tələblərdə ona güzəştlər olunmasını və kredit tutulmasının ailə tərkibini, aldığı aylıq məvacibi nəzərə alaraq 50 faizdən 10 faizə endirilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 07.11.N7-ci il tarixli, 2(060)- 16988/20l7 saylı məhkəmə əmrində göstərilən pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur, çünki maaşı azdır, ailədə öhtəliyində 3 azyaşlı yetkinlik yaşına çatmayan uşaq var, həyat yoldaşı isə heç yerdə işləmir. Tələb olunan məbləği o, hissə-hissə 6 ay ərzində ödəyə bilər və buna görə də ərizə təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 8(060)-103/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim R.Qoşqarlı) Qərardaddan icra sənədi üzrə borclu X6 şikayət verərək ləğv edilməsini, dəbbə pulu və faiz borcunu ləğv edərək onun Tələbkar ASC-yə olan borcunun qalan hissəsinin ödəmə qrafikinə əsasən ödəməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(060)-103/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə 7 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İcra sənədi üzrə borclu X6 şikayətini onunla əsaslandırmışdır ki, qərardad bir sıra prosessual normaların pozulması nəticəsində çıxarılmışdır. Məhkəmə onun hərbçi olmasını, maddi imkanının pis olduğunu, himayəsində 3 azyaşlı uşağın olmasını, həyat yoldaşının işləməməsini və onun ailədə yeganə qazanc gətirən olmasını, digər banka da borcunun olmasını nəzərə almamış, əsaslı ərizəsinin rədd edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir. Buna görə də qərardad ləğv edilməli, dəbbə pulu və faiz borcu ləğv edilərək onun Tələbkar ASC-yə olan borcunun qalan hissəsinin ödəmə qrafikinə əsasən ödənilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə borclu X6 şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Tələbkar ASC-nin nümayəndəsi X5 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Nümayəndə bildirdi ki, X4 hazırda banka 562 manat borcu vardır və uzun müddətdir ki, o, borcunu ödəmir. Bununla belə, banka müraciət etsə ona müəyyən güzəştlər oluna bilər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 8(060)-103/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kredit öhdəliklər üzrə X4 Tələbkar ASC-yə borcu yaranmışdır və bu borcun tutulması barədə Sumqayıt Şəhər Məhkəməsinin 07.11.N7-ci il tarixli, 2(060)-16988/20l7 saylı məhkəmə əmri çıxarılmışdır. X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmri üzrə öhdəliyin hissə-hissə-6 ay ərzində icra edilməsi barədə qəradad çıxarılmasını xahiş edir. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə AR-in MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra edilməsi, habelə icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə qaydasında baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul N4-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşdən görünür ki, məhkəmə əmrindən 4 il müddət keçsə də, əmrə əsasən tutulmalı borc vaxtında qaytarılmamışdır və hazırda bu borc cəmi 562 manat təşkil edir. Beləliklə də, iş materialları ilə müəyyən edildi ki, məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə X4 ərizəsi əsaslandırılmamışdır. Ərizədə onun konkret xahişi (əmrin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra olunması) göstərilməmişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, ərizə məhkəmə əmrinin operativ icrasına maneçilik törədir və təmin edilə bilməz, bu isə qanunvericiliyə əsasən qadağandır. Belə ki, AR MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 8(060)-103/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 8(060)- 103/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-104/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-104/2021
07.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver