Məhkəmə qərarları › İş №8(105)-104/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-104/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-104/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1622/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənəndinin yenidən icraya yönədilməsi barədə tələbkar X2 tərəfindən verilmiş ərizəyə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdehlər X6 və Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə saxlamaq üçün verdiyi 140 baş qoyuna görə 19600 manat, vurulmuş ziyanla bağlı 58800 manat, bir il ərzində ödədiyi əmək haqqına görə 960 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat pulun, cəmi 79390 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehlərdən 139 baş qoyunun və ya bazar dəyərinə əsasən pulunun, qoyunların qışlaq və yem xərci kimi verdiyi 650 manat pulun, 39 baş qoyunun 16 ay ərzində saxlanılması üçün hər qoyuna görə hər ay ödədiyi 2 manatdan olmaqla 16 ay üçün 1248 manat pulun, 100 baş qoyundan illik artım olaraq ona düşəcək 50 baş quzunun, sonrakı il üçün isə 139 baş qoyundan 70 baş quzunun, cəmi 120 baş quzunun və ya bazar dəyərinin, ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(027)-2618/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X1 xeyrinə Borclu alındığı dövrdə manatla olan məzənnə ilə 500 ABŞ dolları, X4 və Borclu müştərək qaydada 139 baş qoyun, həmin qoyunların qışlaq və yem xərci kimi verdiyi 650 manat pul, 39 baş qoyunun 11 ay ərzində saxlanılması üçün verdiyi cəmi 918 manat pul, 100 qoyundan illik artım olaraq ona düşəcək 40 baş, sonrakı il üçün isə 139 baş qoyundan 60 baş quzu, cəmi 100 baş quzu və ya onların bazar dəyərinin verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 faizinin iddiaçıya, 90 faizinin cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 27 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Cavabdeh İlqar Əskərov apelyasiya şikayəti verərək, ona aid hissədə qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının 08 may 2019-cu il tarixli, 2(105)-1622/2019 nömrəli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(027)-2618/2018 saylı qətnaməsinin iddia tələbinin X6 qarşı təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin X6 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə üzrə 13 yanvar 2020-ci il tarixdə icra vərəqəsi icra edilməsi üçün Tələbkarnə göndərilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borcluya 10 gün müddətində icranın könüllü təmin edlməsi təklif edilmişdir. Ərizəyə əlavə edilmiş tələbkar X2 ərizə ilə müraciət edərək borclu ilə razılığa gəldiyini, borclunun hər ilin may ayının sonadək 5 il müddətinə ildə 6000 manat olmaqla ümumilikdə 30000 manat ödəməklə borcunu qaytaracağını, bu səbəbdən icra sənədiunin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Tələbkar xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar X2 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənəndinin yenidən icraya yönədilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-292/2023 nömrəli qərarı ilə ərizə təmin edilməmişdir. Hazırda tələbkar X2 ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənəndinin yenidən icraya yönədilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu ona yalan vədlər verərək onu aldatmış və ona olan borcunu ödəməkdən yayınır. Məhkəmə kollegiyası verilmiş ərizəni müzakirə edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tələbkar X2 ərizə ilə icra şöbəsinə müraciət edərək borclu ilə razılığa gəldiyini, borclunun hər ilin may ayının sonadək 5 il müddətinə ildə 6000 manat olmaqla ümumilikdə 30000 manat ödəməklə borcunu qaytaracağını, bu səbəbdən icra sənədiunin məhkəməyə geri qaytarılmasını xahiş etmiş, həmin ərizə əsasında Tələbkar xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar X2 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənəndinin yenidən icraya yönədilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2022-ci il tarixli qərarınıdan görünür ki , icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini geri qaytarmışdır. İş materiallarından göründüyü kimi, tələbkar borlcu ilə aralarında aparılmış razılığa əsasən icra sənədini geri qaytarılmasını xahiş etmiş, lakin borclu razılaşmaya əməl etməmiş, razılaşma əsasında borcunu ödəməli olsa da ödəməmişdir. Bununla da müəyyən edilir ki, tərəflər arasında razılaşmanın şərtləri pozulduğundan icra sənədinin geri qaytarılması üçün əsas olan hal aradan qalxmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönədilməlidir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və öz mövqeyini aşağıdakı formada əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1622/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi yenidən icraya yönədilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1622/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılması barədə Tələbkar xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1622/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Tələbkarnə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar