Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-105/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2, Borclu iştirakı ilə, Xızı Rayon İcra və Probasiya Şöbəsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-142/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından iş üzrə tələbkar “Xalq” Bank” ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-605/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu xx.xx.2014-cü il tarixli, **********96114/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 27 nömrəli binanın 8-ci mərtəbəsində 39.6 kv.m yaşayış, 25.7 kv.m yardımçı, 65.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 51 nömrəli mənzilə tutmanın yönəldilməsi, xx.xx.2014-cü il tarixli **********96114 №li Kredit müqaviləsi üzrə borc alan Borclu iddiaçı ASC «Xalq» Bankı qarşısında 35615.23 manat məbləğində əsas borcu, 2668.22 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 262.14 manat məbləğində cərimə faizləri, cəmi 38545.59 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün 23 manat məbləğində pulun Borclu alınaraq ASC «Xalq» Bankına ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, xx.xx.2014-cü il tarixli, **********96114/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) yerləşən 27 nömrəli binanın 8-ci mərtəbəsində 39.6 kv metr yaşayış, 25.7 kv metr yardımçı, 65.3 kv metr ümumi sahədən ibarət 3 otaqlı, 51 nömrəli mənzilin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddia tələbi həcmində pulun tutularaq iddiaçı ASC «Xalq» Banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 (altmış min) manat məbləğində müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat məbləğində pul vəsaitinin cavabdehlər X6 və Borclu müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim İ.Mahmudov) Qətnamədən iddiaçı ASC “Xalq” Bank apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər X7 və Borclu da birgə qaydada apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, onlardan 24800 manat pulun tutulması, qalan hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-142/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 605/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qətnaməsi əsas və faiz borcu hissələrində dəyişdirilərək, **********96114 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh Borclu 35273 manat 05 qəpik əsas borc və 10253 manat 19 qəpik faiz borcu tutularaq iddiaçı ASC «Xalq» Bankına ödənilməsi, qətnamənin xx.xx.2014-cü il tarixli, **********96114 №-li Kredit müqaviləsi üzrə borc alan Borclu iddiaçı ASC «Xalq» Bankı qarşısında xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 262.14 manat məbləğində cərimə faizləri, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün 23 manat məbləğində pulun Borclu alınaraq ASC «Xalq» Bankına ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, cavabdeh Borclu xx.xx.2014-cü il tarixli, **********96114 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus Sumqayıt şəhəri, 9cu mikrorayonda (təzə) yerləşən 27 nömrəli binanın 8-ci mərtəbəsində 39.6 kv.m yaşayış, 25.7 kv.m yardımçı, 65.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 51 nömrəli mənzilə tutmanın yönəldilməsi, xx.xx.2014-cü il tarixli, **********96114/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) yerləşən 27 nömrəli binanın 8-ci mərtəbəsində 39.6 kv metr yaşayış, 25.7 kv metr yardımçı, 65.3 kv metr ümumi sahədən ibarət 3 otaqlı, 51 nömrəli mənzilin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddia tələbi həcmində pulun tutularaq iddiaçı ASC «Xalq» Banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 (altmış min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılması, cavabdehlər X7 və Borclu apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 195 (yüz doxsan beş) manat pulun cavabdeh Borclu tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-142/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsi, icra olunması üçün Xızı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, Xızı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Bayramovun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi icra edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardan tələbkar “Xalq” Bank” ASC şikayət verərək, qərarın ləğv edilməsini və icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onun əsaslandırılmışdır ki, icra orqanı icra sənədi üzrə öz üzərinə düşən əsas vəzifələri tam və düzgün icra etməmişdir. Belə ki, qərarda icra sənədi üzrə icraata xitam verilməsinin əsası kimi Borclu 195 manat ekspertiza xərcinin alınaraq dövlət nəfinə ödənilməsi tələbinin tam şəkildə icra edilməsi göstərilmişdir. Bununla razılaşmayan tələbkar qeyd edir ki, ilk növbədə borc alan Borclu tərəfindən qətnamə ilə müəyyən edilmiş 35 273.05 manat əsas borc, 10253.19 manat faiz borcu, 262.14 manat cərimə faizləri üzrə borc və 50 manat məbləğində çəkilmiş xərclərə görə dövlət rüsumunun məbləği tələbkara ödənilməmiş, bununla da faktiki olaraq icra sənədi icra edilməmişdir. İcra sənədi əsasında İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində icra vərəqi Ədliyyə Nazirliyinin müvafiq elektron portalında “ekspertiza xərcləri” kateqoriyasında qeydiyyata alınmış, icra sənədi üzrə yalnız ekspertiza xərcinin ödənilməsini təmin edilərək, bununla da “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə istinad edərək icra sənədinin tam icra olunması əsası ilə xitam haqqında qərar qəbul edilmişdir ki, bu tamamilə qanunsuz və əsassızdır, həmin qərar tələbkarın hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, şikayət təmin edilməli, sözügedən qərar ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X5 şikayətin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu izahatında bildirdi ki, onunla bank arasındakı razılaşmaya əsasən ona yeni qrafik verilmiş və o, həmin qrafik üzrə ödənişlərini həyata keçirir, bununla belə şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə icra qurumuna vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə qeyd olunan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti, ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. “İcra haqqında” Azərbycan Respublikası Qanununun 20-ci maddəsində icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası müəyyən edilmişdir. Həmin qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Eyni qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Yenə həmin qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Yenə həmin qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, göründüyü kimi məhkəmə qətnaməsi əsasında verilən icra sənədində nəzərdə tutulan hərəkətlərdən yalnız bir hissəsini (ekspertiza xərcinin ödənilməsini) təmin edən icra məmuru bununla icra sənədində nəzərdə tutulan tələbin tam ödənilməsi qənaətinə gəlmiş və icra sənədinə yetərincə əsas olmadan xitam vermişdir. Tələbkarın şikayətinin əsas dəlili ondan ibarətdir ki, icra məmuru icra sənədi üzrə digər tələblərin icrasını təmin etməmişdir, iş materiallarında bunun əksini sübüt edən hər hansı mötəbər sübut icra məmuru tərəfindən əlavə edilməmişdir. Əksinə məhkəmə iclasında Borclu izahatında onunla bank arasında yeni razılaşma əldə edildiyini və bu razılaşmaya uyğun olaraq, borcu hissə-hissə ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, borclu özü tələbi tam icra etməməsi ilə razılaşdığı halda, icra məmurunun icra sənədi üzrə icraata xitam verməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını qeyd olunan hallar nəzərə alınmaqla, hazırkı mübahisəyə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır, təmin edilməli, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilməli və icra tədbirlərinin davam etdirilməsi üçün qərar icra qurumuna göndərilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbycan Respublikası Qanununun 20.4- 20.6-cı maddələrini və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ Şikayət təmin edilsin. Xızı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-142/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-142/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-105/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-105/2022
16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver