Məhkəmə qərarları › İş №8(105)-105/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-105/2024

04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-105/2024 04.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2289/2021 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 tutulmalı olan pul məbləğinin indeksasiyası və tələbkara ödənilməsi barədə tələbkar X1 ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadından tələbkar X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Xacmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2289/2021 qətnaməsi ilə borclular Borclu1 və (Abdullayeva) Borclu2 müştərək qaydada 27600 manat pul məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, tələbkar X2 ödənilməsi qət edilmişdir. Xacmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2289/2021 qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. X3 qətnamə ilə tutulmalı olan pul məbləğinin indeksasiya edilərək tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2289/2021 saylı, xx.xx.2021-ci tarixli icra vərəqəsində göstərilən 27630 manat (iyirmi yeddi min altı yüz otuz manat) pul məbləğinin 01 yanvar 2022-ci il tarixindən başlayaraq 2024-cü ilin 01 martadək olan müddət üçün 27630 manat (iyirmi yeddi min altı yüz otuz) pul məbləğin indeksasiya edilərək və borclular Abdullayeva (Əlıiyeva) Sevil Ramazan qızından və Borclu2 tutularaq X2 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2289/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən borclular Borclu1 və (Abdullayeva) Borclu2 27630 manat pui məbləğinin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 16 dekabr 2021-ci ildə qüvvəyə minmiş və 2(067)- 2289/2021 saylı, 17 dekabr 2021-ci il tarixli icra vərəqəsi Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnaməni qəsdən icra etmədikləri üçün Xaçmaz rayon Məhkəməsinin müvafiq qərarına əsasən borclular Borclu1 və Borclu2 barəsində inzibati tədbirlər görülmüşdür. Lakin borclular dövlət adından çıxarılan qərarı qəsdən icra etmir. Bu isə ona çox böyük maddi və mənəvi zərər vurur. Belə ki, 01 yanvar 2022-ci ildən bəri manatın dəyərində xeyli dəyişiklik olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2022-ci ildən bütün məhsulların və xidmətlərin qiyməti bir neçə dəfə artmışdır. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) ərizə təmin edilməmişdir. Ərizəçi qərardaddan şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən borclular Abdullayeva (Əliyeva) Sevil Ramazan qızından və Borclu2 27.630 manat pul məbləğinin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş və 2(067)-2289/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Borclular qətnaməni qəsdən icra etmədikləri üçün Xaçmaz Rayon Məhkəməsinin müvafiq qərarına əsasən borclular Borclu1 və Borclu2 barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Lakin borclular dövlət adından çıxarılan qətnaməni qəsdən icra etmirlər. Bu isə ona çox böyük maddi və mənəvi zərər vurur. Məhkəmə qətnamənin qanuni qüvvəsini aldığı gündən 3 ilə yaxın müddət ərzində ölkədə indeksasiyanın tətbiq edilməsinə əsas ola biləcək kəskin şəkildə inflyasiya olmadığını qeyd edir. Bununla bağlı bildirir ki, qətnamənin qanuni qüvvəsini aldığı gündən 3 ilə yaxın müddət ərzində ölkədə indeksasiyanın tətbiq edilməsinə əsas ola biləcək kəskin şəkildə inflyasiya olmuş, ancaq məhkəmə nədənsə olmadığını qeyd etmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumatına əsasən 2022-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,4 faiz bahalaşıb. 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib. 2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən isə 19,0 faiz artıb. 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2,1 faiz təşkil artıb. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 0,8 faiz yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artmışdı. 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən14,4 faiz yüksəlmişdi. 2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 19 faiz artmışdı. Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməmiş, əvvəlki ilin dekabr ayına nisbətən 2,7 faiz artmışdır. 2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 3,7 faiz yüksəlib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, müşahidə olunmuşdur. Göründüyü kimi Dövlət Statistika Komitəsinin yaydığı məlumatlarına əsasən hər il ölkədə ayrı-ayrı ərzaq məhsullarında, içkilər və tütün məmulatlarında, qeyri-ərzaq məhsullarında, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə əvvəlki illərə nisbətən qiymətlərdə bahalaşma olduğu müşahidə olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2289/2021 nömrəli icra sənədinə əsasən borclular Abdullayeva (Əliyeva) Sevil Ramazan qızından və Borclu2 tutulmalı olan pul məbləğinin indeksasiyası haqqında ərizəsi təmin edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadı ləğv edilməli, pul məbləğin indeksasiyasının müəyyən edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamənin qanuni qüvvəsini aldığı gündən 3 ilə yaxın müddət keçmiş və bu müddət ərzində ölkədə indeksasiyanın tətbiq edilməsinə əsas ola biləcək kəskin şəkildə inflyasiya olmamışdır. Belə olan halda, qətnamə icraya yönəldikdən sonra ödənilməli olan pul məbləğinin, yəni manatın inflyasiya dərəcəsinin müəyyən edilməsi mümkün olmadığından ərizə təmin olunmamalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin əsaslandırması bir-birinə zidd olmaqla, hər hansı bir rəsmi statistik məlimata istinad etmədən keçən dövr ərzində kəskin infilyasiyanın olmadığını, daha sonra isə manatın inflyasiya dərəcəsinin müəyyən edilməsinin mümkün olmadığını qeyd etməklə əsassız qərardad çıxarmışdır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin qanunun 2-ci maddəsinə əsasən vəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən istehlak qiymətləri indeksinə dair məlumatlar dərc edilməklə yanaşı, həmin məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin internet səhifəsində də mövcud olmaqla, illər və aylar üzrə istehlak qiymətləri indeksinin hesablanması qaydası da mövcuddur ki, məsələn 2023-cü ildə 2022-ci ilə nisbətən istehlak qiymətləri indeksinin 8,8 faiz artması müəyyən olunmaqdadır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxılması zərurəti ilə əlaqədar olaraq ölkə üzrə istehlak qiymətləri indeksi ilə bağlı məlumatları sorğu etməklə aidiyyəti dövlət orqanından da rəsmi qaydada almaq imkanında malik olsa da hər hansı bir araşdırma və əsaslandırma aparmadan, ziddiyyətli və ümumi ifadələrlə ərizəni təmin etməmişdir ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Buna görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadlı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasəm tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 8(067)-126/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar