Məhkəmə qərarları › İş №8(105)-106/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-106/2021

07.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-106/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili Vəkil, Borclu, ərizəçi X4 iştirakı ilə, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı“birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Zəngilan rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli qərardadı ilə tətbiq olunmuş iddianı təmin etmə tədbirinin ləğvi ilə bağlı X4 ərizəsinə dair Zəngilan Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 8(034)- 1/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 ərizə ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan «Mercedes E200CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Zəngilan Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 2(034)-415/2019 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(034)-1/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-415/2019 saylı 09.08.2019-cu il tarixli qərardadı ləğv edilmiş, X6 məxsus olan «Mercedes E200CDİ» markalı 99BV 064 dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə Zəngilan Rayon Məhkəməsinin 2(034)-415/2019 saylı 09.08.2019-cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri olaraq qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Seyidova X5 Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(034)-1/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 8(034)-1/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Tələbkar nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırdı ki, Zəngilan Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(034)- 1/2021 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin 2(034)415/2019-saylı 09.08.2019-cu il tarixli qərardadının ləğv edilməsi, X6 məxsus olan, «Mercedes E200CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə Zəngilan Rayon Məhkəməsinin 2(034)-415/2019 saylı, 09.08.2019-cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri olaraq qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmin qərardad ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk növbədə məhkəmə onların iştirakını təmin etmədən qanunsuz və əsassız qərardad çıxartmışdır.X8 ərizə ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan «Mercedes E200CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Zəngilan Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli, 2(034)-415/2019 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddaçı Tələbkar cavabdeh Borclu qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin iddiaçı iddianın təmin tədbiri kimi ərizə ilə məhkəməyə müraciət edərək «Mercedes E200CDİ» markalı 99BY 064 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 2(034)-415/2019 saylı qərardadı ilə həmin avtomobil üzərinə həbs qoyulmuşdur. İşin faktiki halları ilə əlaqədar olaraq bildirir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-28/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdeh Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi iddiaçı Tələbkar, 2/3 hissəsi isə cavabdeh Borclu arasında bölünməsi, cavabdeh Borclu məxsus 2001-ci buraxılışlı, gümüşü rəngli, Ban: WDB 2100071B426957, “Mersedes E 200CDİ MİNİK” markalı **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6000 manatın 1/2 hissəsinin Tələbkar və 1/2 hissəsinin cavabdeh Borclu arasında bölünməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xəcləri olan 100 manat tərəflərə aid edilərək, iddiaçı Tələbkar 50 manat və cavabdeh Borclu 50 manat olmaqla tutularaq “xxxx” MMCnin “xxxx” ASC-nin Neftçilər fillialında olan bank hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə onların iştirakını təmin etmədən və qətnamə əsasında həmin avtomobilə görə onlara ödənilməli 3000 manat pulun icra edilib-edilməməsini araşdırmadan (ümumiyyətlə həmin pul onlara ödənilməmişdir) əsassız olaraq ərizəni təmin etmişdir. Halbuki, mövcud məhkəmə qətnaməsinin icra olunması üçün Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə onun ərizəsinə baxılması təxirə salınmışdır. Odur ki, Zəngilan Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(034)-1/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ərizəçi X8 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, üzərinə həbs qoyulmuş əmlak alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Zəngilan Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 2(034)-415/2019 saylı qərardadı ilə həmin avtomobil üzərinə həbs qoyulmuşdur.X3 şəhadətnaməsinə əsasən «Mercedes E200CDİ» markalı 99BV 064 dövlət qeydiyyat nişanlı avtomobil 02.08.2019-cu il tarixdən alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətindədir. Bu yaxınlarda ona məlum olumşdur ki, onun mülkiyyətində olan avtomoblil üzərinə Zəngilan Rayon Məhkəməsinin 09.08.2019cu il tarixli 2(034)-415/2019 saylı qərarıdadı ilə həbs qoyulmuşdur. Avtomobil üzərinə həbs qoyulması onun bir vətəndaş kimi bütün hüquqlarını pozulmuşdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, məhkəmə qətnaməsi ilə avtomobilin bölünməsi deyil, onun satışından əldə edilmiş pulun bölünməsi qət edilmişdir. Həmin pulu da özü ödəyəcəkdir. Hazırda maddi imkanı zəifdir. Avtomobili ərizəçiyə satıb. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(034)-1/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə ərizənin təmin edilərək avtomobil üzərində olan həbsin götürülməsi qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayır. Belə ki, iş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)- 415/2019 saylı 09.08.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, «Mercedes E200CDİ» markalı 99BV 064 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 02.08.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən aydın olur ki, «Mercedes E200CDİ» markalı 99BV 064 dövlət qeydiyyat nişanlı avtomobil X1. İş materiallarında olan X3 Şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes E200CDİ» markalı 99BV 064 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r. Belə ki, iş materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 28/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinjion iddiaçı Tələbkar, 2/3 hissəsinin isə cavabdeh Borclu arasında bölünməsi, cavabdeh Borclu məxsus 2001-ci buraxılışlı, gümüşü rəngli, Ban: WDB 2100071B426957, “Mersedes E 200CDİ MİNİK” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6000 manatın 1/2 hissəsi Tələbkar və 1/2 hissəsinin cavabdeh Borclu arasında bölünməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xəcləri olan 100 manat tərəflərə aid edilərək, iddiaçı Tələbkar 50 manat və cavabdeh Borclu 50 manat olmaqla tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-nin Neftçilər fillialında olan bank hesabına köçürülməsi qət edilmişdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli avtomobil 02.08.2019-cu il tarixdə nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsinə əsasən X2, qeyd edilən şəxsin adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi verilmişdir. Müəyyən edilmişdir ki, hazırda mübahisəli avtomobil 08.08.2019-cu il tarixdə üzərinə həbs qoyulmamışdan əvvəl, 02.08.2019-cu il tarixdə satılmış və ərizəçinin mülkiyyətinə keçmişdir. Eyni zamanda məhkəmə qətnaməsindən göründüyü kimi, mübahisəli avtomobil tərəflər arasında paylara bölünməmiş, avtomobilin satışından əldə edilmiş 6000 manat pulun bölünməsi qət edlmişdir. Bununla da müəyyən edilir ki, qeyd edilən avtomobil tərəflərin arasında payın bölünməsinin predmeti olmamışdır. Bu səbəbdəndə məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətində olan avtomobil üzərində həbsin olması mülkiyyətçi kimi Samir Əhmədovun hüquqlarını pozur və birinci instansiya məhkəməsi haqlı olaraq avtomobil üzərinəı qoyulş həbsin götürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda ərizəçinin mülkiyyətində olan avtomobil üzərində həbsin götürülməsi qanunvericiliyə uyğundur. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, qətnamə ilə avtomobilə dair hər hansı göstəril olmadığından, həmin qətnamənin icasına görə başqa şəxsin mülkiyyətində olan avtomobil üzərində həbsin qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozduğundan qanunvericiliyə ziddir. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar qızının şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 8(034)-1/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar