Məhkəmə qərarları › İş №8(105)-106/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-106/2022

02.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-106/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rəhimov Elman Gülbala oğlundan ibarət tərkibdə, Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli icra qeydinin Maraqlı şəxsnə geri qaytarılması barədə Tələbkar tərəfindən verilmiş şikayətə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 7E2640 reyestr nömrəli icra qeydindən görünür ki, borcalan Borclu borcverən Tələbkar xeyrinə 9144 manat borcun tutulmasına dair kredit müqaviləsi icraya yönəldilmişdir. Abşeron Rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Borclu barəsində Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədinin hazırkı mərhələdə icrasının mümkün olmadığı nəzərə alınmaqla icra sənədi notariat kontoruna geri qaytarılmışdır. Bu qərardan icra sənədi üzrə Tələbkar şikayət verərək, Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestr nömrəli xx.xx.2015-ci il tarixli icra qeydinin Maraqlı şəxsnə geri qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli 3-M-1-17 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli 7E-2640 reyestr nömrəli icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Maraqlı şəxsnə qaytarılmışdır. Həmin qərardaddan Borclu şikayət vermiş və şikayətini onunla əsaslandırılmışdır ki, qərardad qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Abşeron Rayon İcra Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən xx.xx.2017-ci il tarixdə, 3M- 01/17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədinin notariusa geri qaytarılması barədə qərar qəbul olunmuşdur. Həmin qərarın qəbul olunmasından 5 ilə yaxın müddət keçdikdən sonra Tələbkar Firuddin oğlu məhkəməyə müraciət etmiş və xx.xx.2017-ci il tarixli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələbindən də göründüyü kimi tələbkar icra məmuru tərəfindən qəbul olunmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində məhkəməyə şikayət verə bilərdi. Hazırda tələbkar tərəfindən müddət ötürüldükdən sonra məhkəməyə müraciət olunmuş və müddətin bərpası ilə bağlı heç bir müraciət olunmamışdır. Həmçinin tələbkar Kərimov X1 Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli icra sənədinin notariusa geri qaytarılması barədə qərarından məlumatlı olmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli kredit müqaviləsinə əsasən Tələbkar ilə aralarında hər ay 381 manat ona ödəmək şərtilə 9144 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqavilə həmin tarixdə Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən 3-M1-17 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydi icra olunması üçün Abşeron Rayon İcra Şöbəsinə daxil olmuşdur. Buna baxmayaraq, eyni iş üzrə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi verilmiş və Abşeron Rayon İcra Şöbəsinə daxil olmuşdur. Bununla bağlı Borclu cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tələbkar cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ- 1424 nömrəli, xx.xx.2021- ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Borclu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3530/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021- ci il tarixli icra qeydi etibarsız hesab edilmişdir. Qeyd olunan məhkəmə proseslərində Tələbkar Firuddin oğlu iştirak etmiş və bu qətnamədə öz əksini tapmışdır. Həmin qətnamələrdən açıqaşkar görünür ki, 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydinin Abşeron rayon İcra Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. Tələbkar bütün bunlardan xəbərdar olmuşdur. Göründüyü kimi məhkəmə sadalanan hallara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli hüquq normalarını formal sadalmaqla qərarını əsaslandırmağa çalışmışdır. Qeyd olunanlar əsasında şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 19 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Apellyasiya kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. “İcra haqqında” Azərbycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılmasının əsasları və qaydası müəyyən edilmişdir. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra sənədi onu qəbul etmiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Eyni qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Yenə həmin qanunun 23.3-cü maddıəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin qanunun 23.7-ci maddəsinə əsasən İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası sadalanan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, işdən aydın olduğu kimi Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Borclu barəsində Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestrli, xx.xx.2015-ci il tarixli icra sənədinin həmin mərhələdə icrasının mümkün olmadığı nəzərə alınmaqla icra sənədi notariat kontoruna geri qaytarılmışdır. İcra məmuru qərarın əsası kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad etmişdir ki, kollegiya həmin qərarı əsaslı hesab edir. Belə ki, iş materiallarından aydın olur ki, sözügedən kredit müqaviləsi əsasında verilmiş icra qeydi Maraqlı şəxs icra məmuru İlyas Həsənovun icraatına daxil olduqdan sonra, icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar icra sənədi üzrə tərəflərə göndərilmiş, Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, habelə borclu haqqında axtarış elan edilmiş, borclunun əmlakı, digər gəlirləri barədə məlumat əldə edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına sorğular verilmiş, görülən tədbirlər nəticəsində icra sənədinin icrası həmin vaxt mümkün olmadığından yuxarıda qeyd olunan əsasla icra məmuru icra sənədini notariat ofisinə geri qaytarmışdır. Göründüyü kimi icra məmuru tərəfindən bütün mümkün zəruri icra tədbirləri həyata keçirilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığından icra məmuru icra sənədini geri qaytarmışdır. Bundan əlavə, daha öncə qeyd olunduğu kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırda mübahisələndirilən qərar xx.xx.2017-ci ildə qəbul edilmişdir. Tələbkar isə həmin qərardan 30 gün müddətində şikayət vermək imkanından istifadə etməmiş, müddəti ötürmüşdür. Beləliklə, kollegiya qeyd edir ki, sadalanan hallar nəzərə alınmaqla hazırkı halda icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, işin faktiki hallarından aydın olduğu kimi tərəflər arasında rəsmi qaydada kredit müqaviləsi bağlanmış, Tələbkar Borclu müqavilədə qeyd olunan kredit vəsaitini vermiş, borclu isə qrafik üzrə ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. Sonradan borclu müqavilənin şərtlərini pozduğundan, tələbkar icra qeydinin icraya yönəldilməsi barədə notariat ofisinə müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, icra sənədinin geri qaytarılması haqqında qərarın qanuni hesab edilməsi, heç də Borclu icra sənədi üzrə borclu qismində tələbin icrasının təmin edilməsi öhdəliyindən azad etmir. İcra sənədi üzrə Tələbkar sözügedən qərarın ləğv edilməsi barədə şikayətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********41 saylı, xx.xx.2021-ci il tarixli məktub əlavə etmişdir ki, həmin məktubda Borclu adına ümumbirgə əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsinə dair JN-25899D saylı Kod-00500066 olan “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamənin tərtib edildiyi bildirilmişdir. Bununla bağlı kollegiya bir daha qeyd edir ki, sadalanan hallar icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. İcra sənədi üzrə Tələbkar izah olunur ki, hazırkı şikayətində qeyd etdiyi dəlillər əsasında sözügedən icra sənədinin yenidən icraya yönəldilməsi barədə Bakı şəhəri 22 saylı notariat kontoruna müraciət etməlidir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Borclu şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından Tələbkar Firuddin oğlu tərəfindən verilən şikayət təmin edilməsin. İcra sənədi üzrə Tələbkar izah olunsun ki, sözügedən icra sənədinin yenidən icraya yönəldilməsi barədə Bakı şəhəri 22 saylı notariat kontoruna müraciət etməlidir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar