Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-106/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatı əsasında borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının məcburi gətirilməsi barədə iş üzrə (Açar sözlər: məcburi gətirilmə) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədovun təqdimatına əsasən çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-51/2023-023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00dək, uşağın doğum günündə saat 11:00-dan 15:00-dək, iki gündən ibarət bayram günlərində bir gün saat 11:00-dan 15:00-dək ünsiyyət vaxtı müəyyən olunmuşdur. İcra sənədi xx.xx.2023-cü il tarixdə onun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Cəfərquliyeva (İsmayılova) Aygün Əkbər qızının icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə onlar tərəfindən qəbul edilərək borclu X1 ********* və ********* mobil nömrələrinə SMS bildiriş göndərilmiş və tələbin icrası tələb edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən əsasən iddiaçı Tələbkar xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək, uşağın doğum günündə saat 11:00-dan 15:00-dək, iki gündən ibarət bayram günlərində bir gün saat 11:00-dan 15:00-dək ünsiyyət vaxtı müəyyən olunmuşdur.
4. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızına rəsmi qaydada göndərilmişdir. Bundan əlavə icra işinin materiallarından və icra məmurunun məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, borclu icra sənədinin icrasından yayınır.
Birinci instansiya məhkəməsində icraat
5. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) təqdimatın təmin edilməsi, ünvan 1 ünvanında qeydiyyatda olan borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.
6. Borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadına əsasən (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
8. Borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Tələbkar birgə nikahdan olan övladları xx.xx.2019-cü il təvəllüdlü X7 ilə görüş-ünsiyyət tələbi ilə bağlı icra işinin dayandırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədova dəfələrlə ərizə ilə yazsa da , icra məmuru Sumqayıt Şəhər Məkəməsinə təqdimatla müraciət etmişdir. Qeyd edir ki, Tələbkar övladı xx.xx.2019-cü il təvəllüdlü X5 görüş-ünsiyyət zamanı xəsarət yetirmiş, bununla bağlı cinayət işi vardır. Cinayət işi öz həllini tapana qədər icra işinin dayandırmasını xahiş etmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin Tələbkar ********* saylı cinayət işinə xitam verilmişdir. Borclu Cəfərquliyeva (İsmayılova) Aygün Əkbər qızına müstəntiq tərəfindən 19 aprel 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə Qərar təqdim edilmişdir. Lakin Tələbkar isə məhkəmədə işinə yarayacaq 28 mart 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bu sənədlərin hansının düz olması belə şühbə altındadır? 19 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə Qərardan rəsmi şəkildə Sumqayıt şəhər Prokurorluğuna şikayət edilmişdir. 16 yanvar 2025-ci il tarixdə tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas, ünvan 1 ünvanında yaşayan Borclu ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Qurd dərəsi ərazisində keçmiş həyat yoldaşı Tələbkar övladı 2019-cu il təvəllüdlü X4 üz nahiyyəsinə sillə ilə vuraraq xəsarət yetirməsi barədə toplanmış materiallar olmuşdur. Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2106 saylı rəyindən görünür ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, üzün yumşaq toxumalarının əziyi, sol yanağın qulaqaltı çeynəmə nahiyyəsini tutan qançırı, sağ yanağın qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2024-cü tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam vermişdir. Bu qərardan Sumqayıt Şəhər Prokurorluğuna şikayət verilmişdir. Hesab edir ki, Tələbkarun verdiyi ifadəsindəki “Emilin qartopu oynamaq üçün həyətə düşdüyünü, həmin səbəbdən bunların baş verdiyini düşündüyünü bildirmişdir” sözləri istintaqı aldatmaqdan ibarət sözlərdir. Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2106 saylı rəyindən görünür ki, xəsarətlərin tam şəkildə nədən ibarət olması və nəyin nəticəsində əmələ gəldiyinə tam izah verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-322/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilən borclu X1 istifadəsində olan ********* və ********* mobil nömrələrinə SMS bildiriş göndərilməsi barədə qeyd edir ki, Borclu istifadəsində olan 994 99 *** ** ** mobil telefon nömrəsidir və həmin mobil nömrəyə heç bir SMS göndərilməmişdir. O, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməcəyəcini bildirərək, iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə iclası keçirilərək qanunsuz qərar qəbul edilmişdir. Bundan əlavə olaraq və ən diqqət edilməli məsələdən bir odur ki, xx.xx.2019-cu il təvəllüdlü X6 atasına getmək isdəmir, hər dəfə döyulərək evinə qayıtdığı üçün uşaq atasından qorxur. Bununla bağlı icra məmuru Samir Məmmədova xx.xx.2019-cu il təvəllüdlü X3 atası ilə görüş ünsiyyəti ilə bağlı psixoloq dəvət edilərək uşaqın dindirilməsi dəfələrlə xahiş eilsə də, icra məmurunun nədənsə işinə gəlməmişdir. Məhkəmə iclaslarında xx.xx.2019-cu il təvəllüdlü X6 psixoloqun iştirakı ilə dindirilməli idi.
Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 84.2. İcra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. İşin müəyyən edilmin hallarından göründüyü kimi icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızına rəsmi qaydada göndərilmişdir. İcra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Həmçinin borclunun icra sənədinin icrasından üzürlü səbəbdən yayınması müəyyən edilməmişdir. Bütün qeyd olunanlar borclunun icra məmurunun çağrışlarından yayınması qənaətinə gəlməsinə əsas vermişdir.
15. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı ilə təqdimat təmin edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.
16. Borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir.
18. Kollegiya şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq qeyd edir ki, iddiaçının barəsində cinayət təqibinin aparılması, hazırkı halda uşağın iddiaçı ilə ünsiyyətinin məqsədə müvafiq və uşağın mənafeyinə uyğun olmaması ilə bağlı dəlillər borclunun məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun çağrışlarından yayınmasına əsas olan üzürlü səbəb kimi qəbul edilə bilməz.
19. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Reaspublikası Ali Məhkəməsinin Plenumu 28 oktyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir və bu hüquq qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılmamalıdır”. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.
20. Beləliklə, məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(060)-322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.