Məhkəmə qərarları › İş №8(105)-109/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-109/2021

25.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-109/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Borclu1 iştirakı ilə, Borclu1 münasibətdə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-cı il tarixli, 2(105)1986 saylı və Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı icra sənədlərinə izah verilməsinə dair Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20 tərəfindən verilmiş ərizəyə tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4, Tələbkar, X21 oğlu və X7 cavabdehlər Borclu1 qızma, Borclu2 və X18ma qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Quba şəhəri, Qələbə küçəsi, ümumi sahəsi 119,4 kv.metr olan dörd otaqlı 14 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişlər ki, Borclu2, X14 və X19 mülkiyyətçi kimi onların razılığı və xəbəri olmadan Quba şəhəri, Qələbə küçəsi, 14 saylı evə pasport qeydiyyatına düşmüşlər. Qeyd olunanlara əsasən Borclu1, X10, X12 və Borclu2 Quba şəhəri, Qələbə küçəsi, 14 saylı evdən çıxarılmaları və Borclu2, X10 və X12 həmin evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda Borclu1, Borclu2, X14 və X19 X2, Tələbkar, X21 oğluna və X6 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia üzrə iddiaçıların Quba şəhəri, Qələbə küçəsindəki 14 saylı evə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, Borclu1 Quba şəhəri, Qələbə küçəsi, dalan 2, ümumi sahəsi 119,4 kv.metr olan 14 saylı evdən çıxarılması, X10 və X12 həmin evdən istifadə hüququna xitam verilməsi qət olunmuş, digər hissədə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Borclu2 Quba şəhəri, Qələbə küçəsi, dalan 2, 14 saylı evə istifadə hüququ tanınmış, digər hissədə qarşılıqlı iddia təmin edilməmişdir (hakim F.M.Yaqubov). Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər X4, Tələbkar, X21 oğlu və X7 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsinin qismən ləğv olunması, ilk iddanın tam təmin olunması, qarşılıqlı iddianın isə tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2016-cı il tarixli, 2(105)-240/2016 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdehlər X4, Tələbkar və X21 oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2016-cı il tarixli, 2(102)-2328/2016 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2016-cı il tarixli, 2(105)- 240/2016 saylı qətnaməsi Borclu2 münasibətdə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair hissədə ləğv olunmuş, bu hissədə iş yeni apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03 oktyabr 2016-cı il tarixli, 2(105)-1986/2016 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsi Borclu2 münasibətdə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması hissəsində ləğv olunması, iddiaçılar X1, Tələbkar, X21 oğlunun və X5 cavabdeh Borclu2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin olunması, cavabdeh Borclu2 Quba şəhəri, Qələbə küçəsi, ümumi sahəsi 119,4 kv.metr olan dörd otaqlı 14 saylı evdən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 cavabdehlər X2, Tələbkar, X21 oğluna və X6 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiasının təmin olunmaması, apelyasiya şikayətinin verilməsi üçün X4, Tələbkar, X21 oğlu və X7 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Borclu1, Borclu2, X14 və X11 müştərək qaydada tutularaq onlara qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh Borclu2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2017-ci il tarixli, 2(102)-693 saylı qərarı ilə cavabdeh Borclu2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03 oktyabr 2016-cı il tarixli, 2(105)-1986/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1986/2016 saylı, 03.10.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə üzrə icra vərəqəsi verilərək icra edilməsi üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Quba rayon İcra Şöbəsinin icra məmuru Vahid Məmmədov 02.02.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Quba şəhəri, Qələbə küçəsi, ümumi sahəsi 119,4 kv.metr olan dörd otaqlı 14 saylı evin yerləşdiyi ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.0298 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən borcluların çıxarılıb-çıxarılmamaları ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1986/2016 saylı, 03.10.2016-cı il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1986/2016 saylı, 22.05.2017-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. 31 iyul 2019-cu il tarixdə Tələbkar Quba rayon İcra Şöbəsinin icra məmuru Vahid Məmmədova ərizə ilə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1986/2016 saylı, 03.10.2016-cı il tarixli icra sənədi icra olunub yaşayış evinin ona təhvil verildiyi üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. 02 avqust 2019-cu il tarixdə Tələbkar yenidən Quba rayon İcra Şöbəsinin icra məmuru Vahid Məmmədova ərizə ilə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1986/2016 saylı, 03.10.2016-cı il tarixli icra sənədi icra olunub yaşayış evinin tamamilə boşaldılaraq ona təhvil verildiyi üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Quba rayon icra və probasiya şöbəsinin 02 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1986/2016 saylı, 03.10.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bu qərardan Tələbkar məhkəməyə şikayət vermiş, Quba rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 8(027)-444/2019 saylı qərardadı ilə Quba rayon icra və probasiya şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə 02 avqust 2019-cu il tarixli qərarından Tələbkar verdiyi şikayət təmin edilməmişdir (hakim X.Tağıyev). Həmin qərardaddan Tələbkar şikayət vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 8(105)-223/2019 saylı, 10.12.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Quba rayon məhkəməsinin 23 oktyabr 8(027)-444/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 14 yanvar 2020-ci il tarixdə cavabdeh Tələbkar ərizə ilə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03 oktyabr 2016-cı il tarixli, 2(105)- 1986/2016 saylı qətnaməsinin real icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1986/2016 saylı, 18 mart 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar ərizə ilə müraciət edərək icra məmurunun 02.08.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməs barədə qərarın ləğv edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 8(027)378/2020 saylı qərardadı ilə ərizə təmin edilərək Quba rayon icra və probasiya şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə 02 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-cl il tarixli, 2(105)1986 saylı icra sənədi yenidən icra olunması üçün 17.12.2020-ci il tarixdə icraya yönəldilmişdir. Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20 ərizə ilə müraciət edərək Borclu1 münasibətdə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-cı il tarixli, 2(105)1986 saylı və Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı icra sənədlərinə izah verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı icra vərəqəsinə əsasən Borclu2, Borclu1-Məmmədəli qızı ünvan 1 ünvandan çıxarılmalı və həmin evdən X19 və X10 istifadə hüququna xitam verilməlidir. Qeyd olunan icra sənədi 27.03.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı X19 və X10 mübahisəli evdən istifadə hüquqlarına xitam verilməlməsi təmin edilmiş, o cümlədən 02 avqust 2019-cu il tarixdə icra sənədi üzrə digər borclular Borclu2, Borclu1 əmlakları ilə birlikdə ünvan 2 ünvanından çıxarılmış və həmin yaşayış evi Tələbkar tam boş vəziyyətdə təhvil verilmişdir. İcranın nəticəsinə dair tərəfimizdən müvafiq akt tərtib edilmiş, tələbkar və digər icra tədbirinin iştirakçıları aktı imzalamışdır. Eyni zamanda Tələbkar ərizə ilə Quba Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbin təmin olunduğunu, Quba şəhəri, Qələbə küçəsi, 14 saylı evin tamamilə boş vəziyyətdə ona təhvii verildiyini, iş üzrə heç bir tələbinin olmadığını göstərmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı icra sənədinin icraatına xitam verilməsi barədə 02 avqust 2019-cu il tarixdə qərar qəbul edilərək, qərarın surəti tərəflərə və məhkəməyə göndərilmişdir. İcra məmurunun icraata xitam verilməsinə dair 02.08.2019-cu il tarixli qərarından şikayət verilmədiyi üçün icra sənədi 19.08.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sonradan Tələbkar Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı icra sənədinin icraatına xitam verilməsi barədə icra məmuru Vahid Məmmədovun 02 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi ilə bağlı Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 23.10.2019-cu il tarixli qərardadına əsasən Tələbkar verdiyi şikayət təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qərardadının ləğv edilməsi ilə bağlı Tələbkar Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 10.12.2019-cu il tarixli qərarına əsasən Quba Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-ci il tarixli, 2(105)- 1986 saylı qətnaməsinin real icra olunması üçün Quba RİPŞ-nə göndərilməsi barədə Tələbkar ərizəsi təmin edilməmişdir. Bundan sonra Quba rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı qətnaməsi ilə Borclu1 Quba şəhəri, Qələbə küçəsi, 14, dalan 2 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Quba rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında verilən icra vərəqəsi şöbənin icraatına 11.06.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat üzrə görülmüş tədbirlər nəticəsində Borclu1 sözügedən fərdi yaşayış evinə köçürülməsi təmin edilmiş və 16.07.2020-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar ərizəsinə əsasən Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı icra sənədinin icraatına xitam verilməsinə dair icra məmuru Vahid Məmmədov tərəfindən qəbul edilmiş 02.08.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı icra sənədi yenidən icra olunması üçün '12.2020-ci il tarixdə icraya yönəldilmişdir. Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlı X8 tərəfindən verilən şikayət həmin məhkəmənin 02.03.2021-ci tarixli qərarına əsasən təmin olunmamış və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin 08.04.2021-ci il tarixli, 8(105)-83 saylı qərardadına əsasən Zümrüd Məmmədova verdiyi şikayətdən imtina etdiyinə görə apellyasiya icraatına xitam verilmişdir. Göründüyü kimi mübahisəli mənzillə bağlı iki qüvvədə olan məhkəmə qərarı mövcuddur və adıçəkilən qərarların birində Zümrüd Məmmədovanın evdən çıxarılması, digər qərarda isə onun evə köçürülməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən hazırda icraata yenidən verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı icra vərəqəsinin icrasında ciddi çətinliklər yaranmışdır. Odur ki, Borclu1 münasibətdə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-ci il tarixli, 2(105)-1986 saylı və Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)- 1897 saylı icra sənədlərinin icrasını hansı qaydada təmin edilməsinə dair izah verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Borclu1 izahatında göstərdi ki, hazırki iş üzrə icra sənədinə əsasən çıxarılmalı evdən çıxarılmışdır. Lakin digər məhkəmə qətnaməsi ilə hazırki işin predmeti olan fərdi yaşayış evi ilə bir həyətdə yerləşən digər fərdi yaşayış evinə köçürülmüşdür. Göründüyü kimi hər iki qətnamə üzrə mübahisə predmeti olan fərdi yaşayış evləri fərqlidir. Lakin Tələbkar Məmmədağa qızı isə ona aid olmayan evdən də çıxarılmasını istəyir. Hazırki ərizəyə gəldikdə isə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə Tələbkar və ərizəni vermiş icra Məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 376.2ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03 oktyabr 2016-cı il tarixli, 2(105)-1986/2016 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsi Borclu2 münasibətdə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması hissəsində ləğv olunması, iddiaçılar X1, Tələbkar, X21 oğlunun və X5 cavabdeh Borclu2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin olunması, cavabdeh Borclu2 Quba şəhəri, Qələbə küçəsi, ümumi sahəsi 119,4 kv.metr olan dörd otaqlı 14 saylı evdən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 cavabdehlər X2, Tələbkar, X21 oğluna və X6 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiasının təmin olunmaması, apelyasiya şikayətinin verilməsi üçün X4, Tələbkar, X21 oğlu və X7 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Borclu1, Borclu2, X14 və X11 müştərək qaydada tutularaq onlara qaytarılması qət edilmişdir. Ərizəyə əlavə edilmiş Tələbkar tərəfindən tərtib edilərək imzalanmış 02.08.2019-cu il tarixli ərizədən görünür ki, 03.10.2016-cı il tarixli icra sənədi üzrə ünvan 3 ünvanından borclular Borclu1 və Borclu2 çıxarılmış, 31.07.2019-cu il tarixdə ona təhvil verilmişdir. 02.08.2019-cu il tarixdə qələbi küçəsi ev 14 ünvanından borclular tərəfindən icra məmurunun nəzarəti altında yaşayış evi boşaldılaraq və həmin evdə olan əmlaklar çıxarılmış, bundan sonra həmin ev tamamilə boş vəziyyətdə ona təhvil verilmişdir. Heç bir narazılıq və tələbi yoxdur. Göründüyü kimi, məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi icra edilmiş və borclular tələbkara məxsus fərdi yaşayış evindən çıxarılmış, ev boşaldılaraq tələbkara təhvil verilmişdir. Bu səbəbdən də qətnaməyə, eləcə də qətnamə üzrə verilmiş icra sənədinə izah verilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 03.10.20.16-cı il tarixli, 2(105)- 1986/2016 saylı qətnaməsi və eləcə də qətnamə üzrə verilmiş icra sənədində icra edilməli hissə konkret göstərilmiş, nəticə qətnamənin nəticə hissəsində aydın şəkildə qeyd edildiyindən əlavə izaha da ehtiyac yoxdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırki icra sənədi üzrə borclu olan Borclu1 fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsinin hazırki işə hər hansı bağlılığı mövcud deyildir. Belə ki, Borclu1 fərdi yaşayış evinə köçürülməsi barədə tələb üzrə Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)1897 saylı qətnamə qəbul edilmiş və icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Qeyd edilən işin hazırki işlə hər hansı bağlılığı olmadığından, eyni zamanda hazırki iş üzrə qətnamə üzrə verilmiş icra sənədi icra edildikdən sonra qəbul edildiyindən Borclu1 fərdi yaşayış evin köçürülməsi barədə Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)1897 saylı qətnaməsinə izah verilməsi üçün müvafiq olaraq Quba Rayon Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bu səbəbdən də icra məmuru Borclu1 fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsinə izah verilməsi üçün Quba Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, icra məmurunun ərizəsi təmin edilməməli, icra sənədlərinin izah edilməsindən sindən imtina edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Borclu1 münasibətdə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03.10.2016-cı il tarixli, 2(105)1986 saylı və Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı icra sənədlərinə izah verilməsinə dair Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20 tərəfindən verilmiş ərizə təmin edilməsin və qətnaməyə (icra sənədinlərə) izah verilməsindən imtina edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar