Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-109/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızının ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadından tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-383/2021 nömrəli 26 yanvar 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus **********90 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-496/2023 nömrəli qərardadından Tələbkar QSC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 04 saylı şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" QSC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim G.Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadından Tələbkar Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayət təmin edilməsin və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-383/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus **********98 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar "xxxx" QSC Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e8(060)-496/2023 nömrəli qərardadı ilə Beynəlxalq Lizinq QSC-nin xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayəti geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-8(060)-496/2023 nömrəli qərardadı qаnunsuz və əsаssız оlma səbəbindən ləğv еdilməli, xx.xx.2023-cü il tarixli qərardaddan verilən şikayət qanuna müvafiq olaraq apellyasiya mərhələsinə göndərilməlidir. Məhkəmə tərəfindən heç bir əsaslı səbəb olmadan geri qaytarılan şikayət qanunvericiliyə uyğun verilmiş və şikayətin əsaslılığını təsdiq edən əsaslar şikayətdə əsaslandırılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli və onunla bağlı 08 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, şikayətinin mümkünlüyünə yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. İşdən görünür ki, tələbkar "xxxx" QSC birinci instansiya məhkəməsinin 19 iyul 2023cü il tarixli qərardadından şikayət vermiş, birinci instansiya məhkəməsi isə 08 sentyabr 2023-ci il tarixli qərardadla işin nömrəsinin səhv yazılması əsası ilə şikayətin geri qaytarılmasını qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal texniki xəta olduğundan və bu xətanın aradan qaldırılması mümkün olduğundan, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə gəldiyini nəticəni əsaslı hesab etmək olmaz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli və onunla bağlı 08 sentyabr 2023cü il tarixli qərardadları ləğv edilməli, 20 iyun 2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar "xxxx" QSC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli və onunla bağlı 08 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilsin, 20 iyun 2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-109/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-109/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver