Məhkəmə qərarları › İş №8(105)-109/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-109/2024

11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-109/2024 11.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, tələbkarın nümayəndəsi Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim E.Məmmədov) şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra hərəkətləri davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcu xx.xx.2023-cü il tarixdən hesablanması, şikayətin digər hissələrdə rədd edilməsi qərara alınmışdır. Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 8(012)-260/2024 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən yanında qalmalı olan qızı xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalması üçün borclu Maraqlı şəxs2 tərəfindən ona qaytarılması üzrə icra hərəkətlərinin edilməsindən imtina olunmasına dair Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və sözügedən icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 ona qaytarılması üçün icra hərəkətlərinin edilməsi vəzifəsinin Maraqlı şəxs1 üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsinə əlavə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən yanında qalmalı olan qızı xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalması üçün borclu Maraqlı şəxs2 alınması üzrə icra hərəkətlərinin edilməsindən imtina olunmasına dair Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi, X3 onun yanına qaytarılması üçün icra hərəkətlərinin davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan icra sənədlərində idda tələbi (predmet kimi) uşağın və ya uşaqların atadan alınaraq anaya verilməsi nəzərdə tutulmamışdır. Başqa sözlə məhkəmə iş üzrə qətnamə qəbul edərkən uşaqların ananın yanında olması faktını təsdiqləyib. Lakin əfsuslar olsun ki, Abşeron rayon Məhkəməsi 8(012)-260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla icra məmurunun qərarını əsassız şəkildə ləğv edilməsi və predmetdən kənar bir tələb üzrə icra hərəkətlərin davam etdirilməsi (yəni tələbkarın istəyinə uyğun atanın yanında qalan uşağın alınaraq anaya verilməsi üzrə icra hərəkətlərin davam edilməsi) nəticəsinə gəlmişdir. Digər tərəfdən qeyd olunur ki, icra məmurunun xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarın qəbul edilməsinə əsas tələbkar Güntəkin Qaybullayevanın xx.xx.2023-cü il tarixli ərizəsi olmuşdur. Lakin buna baxmayaraq məhkəmə işin real vəiyyətinə və sübutlara deyil tələbkarın mülahizələrinə əsaslanmaqla səhv bir nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il təvəllüdlü Menese adlı uşaq anası G.Qaybullayeva tərəfindən könüllü şəkildə uşağın atası Maraqlı şəxs2 verilib, lakin sonradan aralarında mübahisə yaranmış və tələbkar belə bir nəticəyə gəlmişdir ki, uşağı icra məmuru atadan alıb borcluya verməlidir. Halbuki, bir daha vurğulanır ki, icra şöbəsinin icraatında “uşağın atadan alınıb anaya verilməsi” tələbinə dair icra sənədi yoxdur. Belə olan halda icra məmuru tərəfindən icraatında olmayan iddia tələbi üzrə hər hansı icra hərəkətlərin aparılması qanunamüvafiq deyil. Həmçinin bildirir ki, iclas zamanı müəyyən olunmuşdur ki, Cəbrayıl Rayon Məhkəməsinin icraatında 2(072)-385/2024 nömrəli “uşağın himayəyə verilməsi” tələbinə dair mülki iş var və məhkəmə araşdırılması davam edir. Lakin məhkəmə nədənsə bu hala nəzər yetirməmişdir (qərardad şikayətə əlavə olunur) Bundan başqa, 8(012)-260/2024 nömrəli qərardadda göstərilən digər nəticəxx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulması barədə icra məmurunun hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcu xx.xx.2023-cü il tarixdən hesablanması da, heç bir normaya əsaslanmır. Çünki, icra işindən görünür ki, tələbkar şəxsən özü xx.xx.2023-cü il tarixli ərizə ilə icra şöbəsinə (rəsmi qeydiyyata alınıb) müraciət edərək həmin günədək aliment üzrə borcun olmamasını qeyd etmişdir. Yalnız 3 (üç) aydan sonra xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizənin etibarsız sayılmasını xahiş edir. Bununla bağlı qeyd olunur ki, tələbkar artıq xx.xx.2023-cü il tarixinə olan vəziyyətlə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə iradə ifadəsini əks etdirmişdir. Beləliklə məhkəmə işin halların obyektiv şəkildə araşdırmadan, yalnız tələbkarın şəxsi mülahizələrinə əsasən 8(012)-260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsi xoşagəlməz bir məhkəmə presedenti yaranması ilə nəticələnə bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkarın nümayəndəsi Vəkil şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə borclu Maraqlı şəxs2 və Maraqlı şəxs1nə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli və onunla bağlı 30 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, Güntəkin Qaybullayeva Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və sözügedən icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 ona qaytarılması üçün icra hərəkətlərinin edilməsi vəzifəsinin Maraqlı şəxs1 üzərinə qoyulmasına dair şikayətlə məhkəməyə müraciət etmiş, daha sonra şikayətə əlavə verərək Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi, X3 onun yanına qaytarılması üçün icra hərəkətlərinin davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv etməklə icra hərəkətlərinin davam etdirilməsi qənaətinə gəlmişdir. Lakin bu nəticəyə gələn məhkəmə ilk növbədə həmin qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin Güntəkin Qaybullayeva tərəfindən ötürülübötürülməməsini müzakirə etməmişdir. Halbuki “İcra haqqında” Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Daha sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbkarın xx.xx.2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizənin hansı səbəbdən yazıldığını belə ətraflı araşdırmamışdır. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, tələbkar Güntəkin Qaybullayevanın 01 dekabr 2023-cü il tarixdə yazılı ərizə ilə Maraqlı şəxs1nə müraciət etməsini, həmin ərizədə məhz tələb etdiyi dövrə borcun olmadığını göstərməsinin səbəblərini yoxlamamış, ərizənin verildiyi vaxtdan bir müddət sonra məhkəməyə müraciət etməsinin səbəblərini ətraflı araşdırmamışdır. Eyni zamanda Maraqlı şəxs2 Cəbrayıl Rayon Məhkəməsinə uşağın himayəyə verilməsinə dair iddia tələbinin nəticəsi barədə dəqiqləşdirmə aparmamışdır. Bu baxımdan yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli və onunla bağlı 30 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın əsaslandırıcı hissəsində göstərilən halları araşdırıb yenidən baxılaraq yekun məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli və onunla bağlı 30 iyul 2024cü il tarixli qərardadları ləğv edilsin və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar