Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-11/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, X1nun nümayəndəsi və vəkili Nümayəndə, borclu Maraqlı şəxs3 nümayəndəsi Borclu, borclu Maraqlı şəxs2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İcra sənədi üzrə X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadı ilə həmin Məhkəmənin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir (Məlahət Abbasova). İcra sənədi üzrə X1 qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadının ləğv edilməsini və icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə qərarın ləğv edilməsi ilə bağlı verilmiş şikayətin təmin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 9 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında X1nun nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qanunsuzdur. Belə ki, müvəkkili tərəfindən 0,03 ha torpaq sahəsinin mülkiyyətində olması, həmin torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni istifadəsindən alınıb ona təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Cavabdeh Maraqlı şəxs2 da məhkəmə iclasında iştirak etmiş və müvəkkilinin iddiası təmin olunmuşdur. İddiaçı torpaq sahəsini etibarnamə əsasında şəxsən Maraqlı şəxs2 almışdır. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə icraya yönəldildi. Torpaq iddiaçıya təhvil veriləndən sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi müddəti bərpa etsə də Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərardad ləğv olunmuş, məhkəmə belə qənaətə gəlmişdir ki, artıq 7 ay müddət keçib, cavabdeh qətnamə elan olunarkən prosesdə iştirak edib və qətnaməni alıb. Sonradan Maraqlı şəxs3 apellyasiya şikayəti verdi. O, torpaq sahəsinin əvvəlki mülkiyyətçisidir. Onunla əlaqə saxlayıb bildirilib ki, torpaq sahəsi notarial alğı-satqı olunub və onun haqqı ödənilib. Bu zaman Maraqlı şəxs3 məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etmişdir. Əlavə olaraq torpağı satan şəxs qismində bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanuni və əsaslıdır. Qətnamədən məlumatlı olmuşdur. Maraqlı şəxs2 hazırki iş üzrə məhkəməyə ünvanladığı izahatında bildirir ki, torpağı Maraqlı şəxs3 etibarnamə əsasında almışdır. Hazırda məhkəmə torpağın hansı əsasla alındığını araşdırmır. Cavabdeh qeyd edir ki, torpaq sahəsinin 10000 manata alıb. Məhkəmə bu hissəni də araşdırmır. Burada əsas məsələ qətnamənin icrasıdır. Elektron kabinet vasitəsilə alğı-satqı müqaviləsinin surətini məhkəməyə göndərmişdir. Müqavilədən də görünür ki, Maraqlı şəxs2 aldığı etibarnamə əsasında 0.03 ha torpaq sahəsini Rüstəmov Ələmdara satır, müqaviləyə də imza edir. Həmin müqaviləni mübahisələndirən yoxdur. Torpaq artıq xüsusi mülkiyyətdədir. Satılan torpaqdan çıxmayan cavabdehin iddia qaldırmağa subyektiv hüququ yoxdur. Qətnamə yarımçıq icra olunub. Bu səbəbdən də icraata xitam verilməsi qərarından şikayət verilib.Torpaq sahəsi onlara təhvil verildikdən sonra borclular qapını qıraraq torpaq sahəsinə təkrar giriblər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadının ləğv edilməsini və icra sənədinin yenidən icraya qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında borclu Maraqlı şəxs3 nümayəndəsi Borclu bildirdi ki, atası 2011-ci ildə ölmüşdür. Ölümündən əvvəl 2006- cı ildə 0.03 ha torpaq sahəsini Maraqlı şəxs2 satmışdır. Sonradan Fərman X3 tapmış və bildirmişlər ki, torpaq sahəsini özəlləşdirmək lazımdır. Anası vərəsəlik qaydasında torpağı qəbul etmişdir. O, torpağı Nadir Fərmanovun adına keçirmək istəyəndə o, aralarındakı münasibətə görə torpağı Rüstəmov Ələmdarın adına keçirməyi ona demiş, rəsmiləşdirmə də bu formada oldu. Məsələni həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasında borclu Maraqlı şəxs2 şikayəti qəbul etməyərək göstərdi ki,, alğı-satqı müqaviləsini o, imzalasa da torpaq satmamışdır. Ancaq müqavilə qüvvədədir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. Qətnamədən apellyasiya şikayəti versə də baxılmadı. 5300 manata həmin ərazidə 0.03 ha torpaq sahəsi almaq mümkün deyil. Həmin ərazidə torpağın sotu 8000 manatdır. Onun başqa şəxsə borcu var idi. Bu səbəbdən torpağı Ələmdar Rüstəmovun adına keçirib. İddiaçı onu aldadıb. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadı ləğv edilməli, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət tərəflərin iştirakı ilə yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Maraqlı şəxs1 icra məmuru xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamış, bu barədə icra sənədi üzrə tərəflərə məlumat vermiş və son nəticədə xx.xx.2022-ci il tarixdə icra sənədini icra etmiş, bu barədə tərəflərin, o cümlədən tələbkar Ə.A.Rüstəmovun iştirakı ilə akt tərtib etmiş, mübahisəli torpaq sahəsini boşaldaraq ona təhvil vermişdir. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon Polis İdarəsinə müraciət edərək, Maraqlı şəxs2 və Maraqlı şəxs3 gələcəkdə həmin ünvanda mübahisə və münaqişə yarada biləcəklərini, bununla əlaqədar olaraq həmin ünvanın nəzarətdə saxlanılması üçün orada xidmət aparan sahə müvəkkilinə müvafiq tapşırığın verilməsini xahiş etmişdir. Daha sonra isə qətnamə tam icra olunduğundan xx.xx.2022-ci il tarixli qərarla icra icraatına xitam verilmişdir. İcra məmurunun “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad edərək icra icraatına xitam verməsi qanunidir, çünki bu icra sənədi qanunauyğun surətdə tam icra edilmiş, mübahisəli əmlak boşaldılaraq tələbkara təhvil verilmişdir. Göründüyü kimi, icra məmuru qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmiş, buna kifayət qədər hüquqi əsas olduğundan icra sənədi üzrə icraata xitam vermişdir. Buna görə də icra icraatına xitam verilməsi barədə Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkarın şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Mübahisəli torpaq sahəsindəki qanunsuz tikilinin borclular tərəfindən yenidən zəbt olunması icra məmurunun icra sənədinin icraatına xitam verilməsinə dair qərarının ləğv olunması üçün əsas hesab edilə bilməz, çünki bu mübahisə üzrə tərəflər eyni olsalar da, mübahisənin predmeti və əsası müxtəlifdir. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 20.1.5, 20.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, tələbkar şikayətində mübahisəli torpaq sahəsində yerləşən qanunsuz tikilinin cavabdehlər tərəfindən yenidən zəbt edilməsini qeyd etmişdir. “İcra haqqında” Qanunun 72.7-ci maddəsinə əsasən vorclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.5-cü maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. 73.6-cü maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansıya məhkəməsi şikayət üzrə işi tam araşdırmamış, tələbkara məxsus torpaq sahəsində yerləşən qanunsuz tikilidə məskunlaşmış səxslərin dairəsini, həmin evdə məskunlaşmış şəxslərin borclularla bağlılığını müəyyən etməmişdir. Qeyd edilən hal araşdırıldıqdan sonra tələbkarın ərizəsinə qiymət verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarlən icra işini tələb edilməli, tərəflərin iştirakı təmin edilməli, “İcra haqqında” Qanunun 72-ci maddəsinin tələblərinə əməl olunmaqla qərar qəbul edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadı ləğv edilməli, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət yenidən müzakirə edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 8(012)-684/2022 saylı qərardadı ləğv edilsin. Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət yenidən müzakirə edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-11/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-11/2023
31.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver