Məhkəmə qərarları › İş №8(105)-11/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-11/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-11/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlunun “İcraata başlamaq haqqında” 12 iyul 2023-cü il tarixli qərarından X4 Əhməd qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 655/2023 nömrəli qərardadından X4 Əhməd qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4785/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2016-cı il təvəllüdlü X3 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/34 saylı evin 10-cu mənzilinə köçürülməlidir. Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlu Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4785/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” 12 iyul 2023-cü il tarixli qərar qəbul etmişdir. X4 Əhməd qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlu tərəfindən qəbul olunmuş icraata başlamaq haqqında 12 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadı ilə Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlunun “İcraata başlamaq haqqında” 12 iyul 2023-cü il tarixli qərarından X4 Əhməd qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır (hakim G.Tanrıverdiyeva). Həmin qərardaddan narazı qalan Cəlilova Səmayə Əhməd qızı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadının ləğv edilməsini və onun Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlunun “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadından X4 Əhməd qızı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır (şikayətin elektron kabinet vasitəsilə verilməməsi əsası ilə). Daha sonra xx.xx.2022-ci il tarixdə X4 Əhməd qızı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadından yenidən şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadının ləğv edilməsini və onun Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlunun “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadı ilə X4 Əhməd qızının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə verdiyi şikayət və ona əlavə edilmiş sənədlər qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. X4 Əhməd qızı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 saylı qərardadından yenidən şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini və şikayətinə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə xx.xx.2016-cı il təvəllüdlü X3 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/34 saylı evin 10-cu mənzilinə köçürülməlidir. Bu məqsədlə Cavabdeh böyük icra məmuru G.B.Əzizov xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icra edilməsi haqqında bildirişi poçt vasitəsi ilə borcluya göndərmiş və o həmin sənədləri poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır. Bildirişdə, göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunduğu halda, həmin 10 günü gözləmədən X3 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/34 saylıevin 10-cu mənzilinə köçürülməsi icra gününün təyinatı xx.xx.2023-cü il tarixə saat 11.00-a təyin edilmişdir. Əgər, o, icraata başlamaq haqqında qərarın surətini və göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildirişi poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdırsa, göstərilən tələbi könüllü icra etmək üçün onun xx.xx.2023-cü il tarixədək hələ 6 gün vaxtı qalır. İcra məmuru isə məzuniyyətə getməli olduğuna görə tələsmiş və icra gününün təyinatını məhz xx.xx.2023-cü il tarixə saat 11.00-a təyin etmişdir. Bundan başqa, icraata başlamaq haqqında qərarın “Qərara Aldım” hissəsinin 4-cü bəndində göstərilmişdir ki, qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə bilər. Hesab edir ki, onun hüquqları pozulmuşdur və qərardan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 nömrəli qərardadı ilə X4 Əhməd qızının ərizəsinin təmin edilməsi, X4 Əhməd qızının Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 8(060)-655/2023 saylı qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-141/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 nömrəli qərardadından Cəlilova Səmayə Əhməd qızı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-655/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 655/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır (6.1.1). Həmin Qanunun 7-ci maddəsinə əsasən icra sənədində məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; icra edilməli olan qərarın qəbul edildiyi vaxt; ələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti göstərilməlidir (7.1). Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir (7.3). Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur (7.4). “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. (8.1). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. (8.2). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2016-cı il təvəllüdlü X1 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/34 saylı evin 10-cu mənzilinə köçürülməsi barədə e-2(060)-4785/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi verilmiş, icra məmuru həmin icra sənədinə əsasən “İcraata başlamaq haqqında” 12 iyul 2023-cü il tarixli qərar qəbul etmişdir. Borclu həmin qərarı mübahisələndirərək şikayətinin əsası kimi Cavabdeh tərəfındən ona könüllü icra üçün 10 gündən az vaxt verildiyinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, bu hal sözügedən qərarın ləğv edilməsi üçün əsas bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Göründüyü kimi qanunvericilikdə könüllü icra üçün veriləcək müddətin son həddi kimi 10 gün müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, icra sənədinin verilməsi üçün əsas olan məhkəmə aktından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Beləliklə icra sənədinin verilməsi üçün əsas olan məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almış və borclu həmin vaxtdan qətnamənin qanuni qüvvəsini aldığından xəbərdar olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlunun “İcraata başlamaq haqqında” 12 iyul 2023-cü il tarixli qərarından X4 Əhməd qızı tərəfindən verilmiş şikayət təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-655/2023 nömrəli qərardadı ilə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-655/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar