Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-110/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına dair Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayonu, Küpçal-Dağlı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 09 saylı icra sənədinə əsasən borclu X6 6360,15 manat məbləğində pul alınaraq Quba rayonu, X7 hesabına ödənilməldir. Qeyd olunan icra sənədi üzrə 79378/20 saylı icra işi açılmış və borclunun yaşadığı ünvana tələbi könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmiş, borclu icra sənədinin icrasını qismən təmin etmişdir. Məlumat üçün bildirirki icra sənədi üzrə borclu X9 bu günə kimi tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədlərinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclu X8 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və “icra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini rəhbər tutaraq Quba rayonu, Qırmızı qəsəbə, S.Vurğun küçəsi, ev 88 yaşayan borclu X8 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxımasını xahiş edir. Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Quba rayonu, Küpçal-Dağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququnun icra sənədi icra edilənədək məhdudlaşdırılması qərara alınmışdır (hakim Vüqar Seyidov). Borclu vəkili və nümayəndəsi Vəkil qərardaddan şikayət verərək Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya MƏhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayonu, Küpçal-Dağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-c il tarixli 01 saylı qərarı Sumqayıt İnzibati Məhkəməsinə inzibati qaydada iddia verilməklə mübahisələndirilmiş və hazırda iddia Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Qeyd olunan icra sənədinin verilməsinə əsas olmuş qərarın və digər sənədlərin tərəfindən məhkəmə qaydasında mübahisələndirəcəyi, verginin yalnız son 3 il müddəti üçün hesablanmalı olduğunu, həmçinin icraya yönəldilmiş qərarın iştirakı olmadan qəbul edildiyini, torpaq vergi borcunun düzgün hesablanmadığını icra məmuruna da bildirdiyi halda məhkəmə müdafiə hüququ gözlənilmədən, haqqında ölkədən çıxışına məhdudiyyət qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, bununla da Avropa Konvensiyası, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqları lüzumsuz şəkildə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (17.1) Tərəfindən icra məmurunun çağırışına gəlməmək kimi heç bir hərəkətə yol verilməmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadı ləğv edilməli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borclu Quba rayonu, Küpçal-Dağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 09 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Borclunun icra sənədini icra etməmək üçün ölkə ərazisini tərk edəcəyi barədə şübhələr kifayət qədər inandırıcıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə icra işini tələb edərək işin hallarını tam araşdırmadan təqdimatı təmin etmişdir. İş materiallarında olan Quba Rayonu, Küpçal-Dağlı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X6 6360,15 manat məbləğində pul alınaraq Quba Rayonu, X7 hesabına ödənilməldir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013cü il 22 aprel tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını da yoxlamalıdır. Hazırki işdə isə icra məmuru təqdimatla məhkəməyə müraciət edən zaman yuxarıda qeyd olunan təlimata uyğun hərəkət etməmiş, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamamış, eyni zamanda həmin hərəkətləri etməsi barədə hər hansı sübutu təqdim etməmiş, təqdimatı isə yuxarıda qeyd edilən Təlimata uyğun tərtib etməmişdir. Həmçinin iş materiallarında borclunun icra sənədinin icrasından üzrsüz olaraq yayınmasına dair hər hansı sübut təqdimatı verən şəxs tərəfindən təqdim edilməmişdir. Halbuki «İcra haqqında» Qanunun 84-1-ci maddəsinin tətbiqi üçün borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı mövcud olmalıdır. iş materiallarına əlavə edilmiş borclu xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, uzun müddətdir Rusiya Federasiyasında yaşayır, qeyd edilən borcla bağlı məlumatı olmamışdır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişin borcluya çatdılması barədə xəbərnamədən görünür ki, xəbərnamədə yalnız borclunun adı, soyadı, ünvanı qeyd edilmiş, bildirişin alınması ilə əlaqədar borclu tərəfindən imza edilməmiş və tarix qeyd edilməmişdir. Bu da həmin bildirişin borclu tərəfindən alınmamasını təsdiq edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şikayətə əlavə edilmiş iddia ərizəsindən görünür ki, borclu Quba rayonu, Küpçal-Dağlı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarını məhkəmə qaydasında mübahisələndirmişdir. İş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansıya məhkəməsi ilk əvvəl iş üzrə icra işini tələb edərək icra sənədinin icrası ilə əlaqədar aparılmış hərəkətləri araşdırmalı və bundan sonra qərar qəbul etməlidir. Bundan başqa birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən borclu tərəfindən icra sənədinin verilməsinə əsas olmuş qərarın mübahisələndirilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən icra işi tələb edilməli, yuxarıda sadalanan hərəkətlərin aparılıb-aparılmaması müəyyən etməli, təqdimata yenidən qiymət verilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadı ləğv edilməli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(027)-338/2023 saylı qərardadı ləğv edilsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-110/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-110/2023
03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver