Məhkəmə qərarları › İş №8(105)-111/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-111/2020

04.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-111/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İcra sənədi üzrə Borclu Xaçmaz Rayon Məhkəməsinin 2(067)-77/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İcra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-77/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsilə tutulmalı pulun hər ay 50 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadı ilə (hakim İ.Xəlilov) icra sənədi üzrə Borclu qeyd edilən ərizəsi təmin edilməmiş, Borclu həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadı ilə Borclu həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra məhkəmə, iş materiallarını şikayətə baxılması üşün yuxarı instansiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası sadalanan halları verilmiş şikayət ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Məhkəmə kollegiyasının apellyasiyanın mümkünlüyünün yoxlanılması ilə bağlı keçirilən iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin icra sənədi üzrə Borclu məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməməsini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası şikayətin apellyasiya qaydasında baxılmasını məsələsini icra sənədi üzrə borclunun (ərizəçinin) iştirakı olmadan müzakirə etməyi mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Tələbkar şikayətin mümkünlüyü barədə hər hansı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 268-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Yenə həmin Məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)- 61/2020 saylı qərardadı ilə icra sənədi üzrə Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmiş, Borclu həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadı ilə Borclu həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər qanunla nəzərdə tutlmuş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bundan sonra məhkəmə, iş materiallarını Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadından verilmiş çikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu qərardaddan isə iş üzrə tərəflərin şikayəti iş materiallarında mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 405-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu Xaçmaz Rayon Məhkəməsinin 2(067)-77/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-61/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayət müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntular aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində AR Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bay--can Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar