Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-111/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 8(060)-372/2023 nömrəli qərardadından Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-702/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməməsi qərara alınmışdır. İcra məmuru Məmmədov Rüfət Eldar oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsi və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-514/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılması və qərardadın qərara aldı hissəsinin 1-ci sətrində olan “və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin” sözlərinin çıxarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu 195.000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə nəzərə alınmaqla, manat hesabı ilə alınaraq Tələbkar verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi hazırki iş üzrə mübahisələndirilən 38.628 Avro məbləğində pulun borclu şəxsdən tutulmasına dair iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Sözügedən icra sənədi Sumqayıt şəhər İcra idarəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və icraata başlanılaraq müvafiq olaraq xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası barədə bildirişlə birlikdə Borclu təqdim edilmişdir. İcra sənədi üzrə göstərilən tələbi təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. Belə ki, həmin təqdimat X2 Məhkəməsi “Xyustov Rusiyaya qarşı” işi üzrə xx.xx.2013-cü il tarixli qərarına istinad olaraq təqdimat rədd edilmişdir. X2 Məhkəməsinin 4 saylı Protokoluna əsasən hər kəsin hər hansı dövlətin ərazisində sərbəst hərəkət etmək hüququ o zaman məhdudlaşdırıla bilər ki, onu bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün təmin edilməsi zərurəti yaradır. Həmçinin Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli, 2-N nömrəli təlimatına əsasən borclunun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı, onun bildiriş və qərarla tanış olması əsas şərtlərdən biridir. Belə ki, xx.xx.2023-cü il tarixdə Borclu Sumqayıt şəhəri üzrə İcra idarəsinə gələrək, qərar və bildirişlə tanış olmuş və surəti borcluya təqdim olunmuşdur. Belə ki, qeyd olunan cümlədə digər şəxslər dedikdə, fiziki, hüquqi şəxslər nəzərdə tutulur. Buradan belə nəticəyə gəlmək olar ki, tələbin təmin edilməsi ilə bağlı göndərilmiş təqdimat məhkəmə qərarı üzrə tələbkar olan Tələbkar hüquqlarını təmin edilməsi ilə bağlıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsini borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatının kifayət qədər əsaslandırılmaması və ehtimallara söykənməsi ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli və onunla bağlı 08 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş təqdimata baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi 12 may 2023-cü il tarixli qərardadında Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsaslanaraq Borclu məxsus müxtəlif markalı altı ədəd avtomobilin mövcudluğu barədə çıxarışa istinad etsə də, lakin 12 may 2023-cü il tarixli məhkəmə iclas protokolunda həmin sənədin tədqiq edilməsi və iş materiallarına hansı qaydada əlavə edilməsi öz əksini tapmamışdır. Halbuki həmin tarixli iclasda yalnız təqdimat və ona əlavə edilmiş sənədlər tədqiq edilmişdir. Bununla yanaşı işin 7-ci səhifəsindəki bildirişə Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə edilmiş qeyddən görünür ki, sonuncu icraata başlamaq haqqında qərarı mübahisələndirəcəyini, eləcə də heç bir yerdə işləmədiyini və heç bir məbləğdə ödəmə imkanının olmadığını bildirmişdir. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməmiş, tərəflərin bu məsələyə münasibətini öyrənmək üçün onları dəvət edib ətraflı müzakirə etməmiş, zərurət yarandığı halda icra işini tələb edib baxış keçirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi mövcud təqdimata baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli və onunla bağlı 08 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla icra məmurunun təqdimatına yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli və onunla bağlı 08 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlunun təqdimatına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-111/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-111/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver