Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-113/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Borclu iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 8(012)-192/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 8(012)-192/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin olunmuş, Borclu iş saatlarında, yəni saat 09:00-dan 18:00-dək Abşeron rayon İcra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, Borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1043/2019 saylı, 11.03.2020-ci il tarixli icra sənədinə əsasən X3, X2, X4 və Borclu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışına əsasən Tələbkar məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu Abşeron rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1043/2019 saylı, 11.03.2020-ci il tarixli icra sənədinə əsasən X3, X2, X4 və Borclu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışına əsasən Tələbkar məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmalıdırlar. İcra sənədi 19.03.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədindəki tələb təmin edilməmişdir. Borclu ilə dəfələrlə əlaqə saxlanılmış və SMS bildirişi göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Buna görə də Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad prosessual hüquq normasının düzgün tətbiq edilmədiyi səbəbindən ləğv olunmalıdır. Belə ki, o, icra məmıurunun ünvanına göndərmiş olduğu bildirişlə bağlı ailəsi ilə birlikdə icra şöbəsində olmuş və müvafiq izahatlar verilmişdir. Bundan sonra ona heç bir bildiriş və ya SMS göndərilməmişdir. Onlar məcburi köçkün olduqlarından Azərbycan Respublikası Prezidentinin sərəncamlarına əsasən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin buna qiymət verilməmişdir. Həmçinin məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. Şikayətdə iş üzrə qərardadın ləğv edilib təqdimatın təmin olunmaması xahiş edilmişdir. Borclu məhkəmə iclasında şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə qərardadın ləğv edilib təqdimatın təmin olunmamasını xahiş etdi. Abşeron rayon İcra və probasiya şöbəsi və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Abşeron rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, Tələbkar məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1043/2019 saylı, 11.03.2020-ci il tarixli icra vərəqəsinə əsasən X3, X2, X4 və Borclu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışına əsasən Tələbkar məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Qeyd edilən icra sənədi əsasında Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 19.03.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından görünür ki, təqdimata icraat materialının surəti əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığı barədə işdə hər hansı sübut olmadığından birinci instansiya məhkəməsinin borclunun Abşeron rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardadı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-192/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-113/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-113/2021
20.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver