Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-114/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata Abşeron Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(012)-194/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)1043/2019 saylı, 11.03.2020-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-194/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, xx.xx.1969-cu il tarixdə Laçın rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-194/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadından Borclu tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-194/2021 saylı, 09.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, o, icra şöbəsində olmuş və müvafiq izahatlar vermişdir. Bundan sonra ona heç bir bildiriş göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə tərəflərə, eləcə də Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq tərəflər və şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)- 194/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ləğv edilməli, borclunun məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən müəyyən etmişdir ki, borcluya məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə istinad edərək təqdimatı təmin etmişdir. «İcra haqqında» Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırısı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerdə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, icra vərəqəsi üzrə icraata başlıamaq haqqında 19.03.2020-ci il tarixdə qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında 19.03.2020-ci il tarixli bildirişi cavabdehlər tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, 08.02.2021-ci il tarixli borclunun məcburi gətirilməsi barədə icra məmuru qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 19.03.2020-ci il tarixli bildiriş təqdim edildikdən sonra 08.02.2021-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilənədək borclulara hər hansı bildiriş göndərilməmiş, borclunun icra şöbəsinə dəvət edilməsinə dair hər hansı məlumat təqdimata əlavə etməmişdir. Bununla da təqdimatda borclunun İcra şöbəsinə çağırılması barədə borcluya bildirişlərin göndərilməsinə dair sübutlar mövcud deyildir. Bir halda ki, borclunun İcra şöbəsinə çağırılması barədə bildiriş borcluya təqdim edilməyib, başqa sözlə, borclu İcra şöbəsinə çağrılmasından məlumatsız olub, belə olan halda borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi səhvə yol verib. Halbuki «İcra haqqında» Qanunun 84.2-ci maddəsinin tətbiqi üçün məlumatı olan borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması əsas şərtdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarından görünür ki, icra sənədi üzrə borclu qismində ƏLəkbərov Təbriz Şükür oğlu, Ələkbərov Pərviz Şükür oğlu, X3, X4 göstərilsə də, icra məmuru icra sənədi üzrə 4 nəfər borcludan yalnız X1 icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul etmiş və məhkəməyə təqdimatla müraciət etmişdir. Buna baxmayaraq, icra şöbəsi heç bir əsas olmadığı halda hazırki təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də yuxarıda şərh olunan halları nəzərə almayaraq borclunun icra idarəsinə məcburi gətirilməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(012)-194/2021 saylı qərardadı qərardadı ləğv edilməli, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(012)-194/2021 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-114/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-114/2021
25.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver